Icma.az
close
up
RU
İlham Haqverdiyevin məhkəməsində şahidlər dindirilib

İlham Haqverdiyevin məhkəməsində şahidlər dindirilib

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Yeganə Əbdülvahabova bildirib ki, işə düzəlmək üçün ondan 1500 manat istənilib, amma hamısını verməyə imkanları olmayıb: “Qardaşım min manatı rəis müavini Muraz Həsənova (hazırda “İstirahət evi”nin rəisi vəzifəsini icra edən-red. )verib”.

Şahid bildirb ki, İlham Haqverdiyev ondan pul istəməyib:

“Qəbuldan sonra rəislə görüşdüm. İlham Haqverdiyev işə qəbulla bağlı ödənişin tələb olunmasının qanunsuz olduğunu, belə halla qarşılaşdıqda ona məlumat verməyimi istədi”.

Şahidin ibtidai istontaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. Onun ilkin ifadəsi elan olunub.

Şahidə bildirilib ki, bilə-bilə yalan ifadə versə, məsuliyyətə cəlb oluna bilinər.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib.

İfadədə qeyd edilib ki, işə qəbuil üçün qardaşı Muraz Həsənova pul verib. O da pulu İlham Haqverdiyevə çatdırıb.

Eyni zamanda, şahid əlavə edib ki, qardaşınıın verdiyi min manat onlara geri ödənilib.

Daha sonra Müdafiə Nazirliyinin “İstirahət ev”nin Arxa Təminat Xidmətinin müdiri Seyran Əhmədov ifadə verib.

O, bildirib ki, İlham Haqverdiyev iclasda bir neçə vakant yerin olduğunu bildirib. O, da bununla bağlı müavin Muraz Həsənova yaxınlaşıb və işə qəbula görə xahiş edib: “Bacım oğlunu işə düzəltmək üçün Muraz Həsənova dedim. Bildirdi ki, 2500 manatla işi həll etmək olar. Razılaşdıq. Əmr veriləndən sonra pulu elə Muraz Həsənovun xidməti otağında ona verdik. Pulun kimə çatacağını bilmirdim”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə iıə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib.

Sonra şahid Etibar Xanvəliyev ifadə verib. O da işə qəbul üçün Muraz Həsənova 2500 manat verdiklərini deyib: “Pulun sonrakı taleyi ilə bağlı məlumatım yoxdur. İlham Haqverdiyevi əmrim çıxandan sonra görmüşəm”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olub və istintaqa verilən ifadə elan edilib.

Şahid məhkəmədəki ifadəni əsas götürülməsini istəyib.

Məhkəmə martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Mart 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri