Icma.az
close
up
RU
500 nəfərə yaxın qonaq üçün brifinq keçirildi FOTOLAR

500 nəfərə yaxın qonaq üçün brifinq keçirildi FOTOLAR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

10 noyabr tarixində COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib. 

Gununsesi.info xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər.

Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib.

Brifinqdə, həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.

Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.

Gununsesi.info



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Noyabr 2024 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see141

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see127

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see122

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri