Icma.az
close
up
RU
500 şagirdin başqa məktəbə köçürülməsi xəbərinə Rəsmi cavab

500 şagirdin başqa məktəbə köçürülməsi xəbərinə Rəsmi cavab

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevrilməsi və yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqda məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə bir qrup məktəb müəllimi və valideynlər Anews.az-a şikayətində bildiriblər. 

Məlumata görə, Lənkəran Təhsil İdarəsinin keçirdiyi iclasda qərar elan edilib ki, məktəb yalnız ibtidai siniflər üzrə fəaliyyət göstərəcək.
Hazırda 700-dən çox şagirdin təhsil aldığı məktəbdə təxminən 200 şagird ibtidai siniflərdə oxuyur. Qalan 500-ə yaxın şagirdin isə Lənkəran şəhər 10 nömrəli məktəbə köçürülməsi planlaşdırılır.

Müəllimlərin bildirdiyinə görə, bu qərarla bağlı onlara heç bir rəsmi sənəd təqdim olunmayıb.

1500-dən çox şagirdin təhsil aldığı 10 nömrəli məktəb artıq iki növbəli qaydada fəaliyyət göstərir və ora əlavə şagirdlərin köçürülməsi müəllim və valideynlərin fikrincə, təhsilin gələcək səviyyəsini sual altına alır. 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən məsələ ilə bağlı “Qafqazinfo”ya bildirildi ki, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin tipinin dəyişdirilməsi şagirdlərin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir: “Təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.  

Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.  

Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək”.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri