Ən çox fındıq istehsal edən ölkələr Azərbaycan neçəncidir?
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, Beynəlxalq Qoz-fındıq və Quru Meyvə Şurasının (INC) 2026/2027-ci mövsümü üzrə proqnozlarına əsasən, dünyada fındıq istehsalının 1 milyon 432 min tondan çox olacağı ehtimal edilir.
Ən böyük istehsalçı Türkiyə olacaq. Belə ki, qardaş ölkədə fındıq istehsalının 809 min 940 tona çatacağı proqnozlaşdırılır. Bu göstərici Türkiyənin dünya bazarındakı lider mövqeyini qoruduğunu göstərir.
Dünyanın ən çox fındıq istehsal edən 10 ölkəsi:
Türkiyə - 809 940 ton
ABŞ - 123 500 ton
Çili - 120 000 ton
Çin - 100 000 ton
İtaliya - 90 000 ton
Azərbaycan - 65 000 ton
Gürcüstan - 45 000 ton
İran - 22 600 ton
İspaniya - 10 530 ton
Fransa - 9 500 ton
Yeni proqnozlarda diqqət çəkən məqamlardan biri ABŞ-ın ikinci pilləyə yüksəlməsidir. Belə ki, 123 min 500 ton istehsal gözləntisi ilə ABŞ Çilini geridə qoyaraq dünya sıralamasında ikinci yeri tutub. Çilidə isə bu mövsüm 120 min ton fındıq istehsalı proqnozlaşdırılır.
Çin 100 min tonla dördüncü, İtaliya isə 90 min tonla beşinci yerdə qərarlaşıb.
Azərbaycan 2026/2027-ci mövsümündə 65 min ton fındıq istehsalı ilə dünya üzrə altıncı yerdə qərarlaşa bilər. Bu göstərici ölkəmizin qlobal fındıq bazarında mühüm istehsalçılardan biri olduğunu bir daha ortaya qoyur.
Qeyd edək ki, siyahıda Gürcüstan 45 min tonla yeddinci, İran 22 min 600 tonla səkkizinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:203
Bu xəbər 02 Noyabr 2026 05:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















