Icma.az
close
up
RU
Yasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü

Yasamalda 35 yaşlı kişi keçmiş arvadını küçədə döydü

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bakının Yasamal rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 22-də Yasamal rayonu, Ş.Əzizbəyov küçəsində baş verib. 
Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Əjdər Babayev həmin gün saat 10:00-da həmin küçədə yerləşən marketdə keçmiş arvadı Cəmilə (adlar şərtidir - red.) ilə mübahisə edib. 
Bu zaman Əjdər keçmiş arvadından mobil telefonunun şifrəsini deməməsi tələb edib. Sosial şəbəkədə özünü paylaşması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi yaranıb. 
Mübahisə zamanı o, keçmiş arvadının üz və baş nahiyəsinə yumruqla, təpiklə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Əjdərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əjdər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Cəmilə ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nikahlarından 3 övladları dünyaya gəlib: 
“Aramızda mütəmadi mübahisələrimiz olduğu üçün arvadım məhkəməyə müraciət etdi və Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Lakin buna baxmayaraq birlikdə qalırdıq”. 
Onun sözlərinə görə, hadisə günü səhər saatlarında Cəmiləyə zəng edib və harada olduğunu soruşub: 
“Mənimlə telefonda kobud danışdı. Bundan sonra onun işlədiyi marketə getdim. Marketdə telefonunun kodunu açmasını bildirdim. Lakin Cəmilə kodu açmadığı üçün telefonunu ondan aldım və yerə çırparaq sındırdım. Həmin telefonu ona özüm almışdım. Marketin içərisində olan zaman onun üzərinə hücum etdim, üz və baş nahiyyələrinə təpik, yumruq zərbələri vurdum. Daha sonra oradan getdim”.
İş üzrə zərərçəkmiş Cəmilənin sözlərinə görə, hər bir ailədə olduğu kimi onların ailəsində də müəyyən söz-söhbətlər olub: 
“Biz yola getməmişik və mənə xəyanət edb. Bu səbəbdən boşanmaq üçün məhkəməyə müraciət etdim. 2021-ci ildə Yasamal Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Buna baxmayaraq, hələ də onunla birlikdə yaşamışıq”. 
Zərərçəkmiş qeyd edib ki, hadisə günü səhər saatlarında tanışının salon açılışına gedib: 
“Oradan çıxarkən Əjdər zəng etdi və harada olduğumu soruşdu. Ona harada olduğumun heç bir aidiyyəti olmadığını bildirdim. Bundan sonra küçədə Əjdər qarşımı kəsdi və küçənin ortasında mənimlə ucadan danışdı, söz mübahisəsi etməyə başladı. Telefonunu küçədə əlimdən aldı və məni döyməklə hədələdi. Əjdərdən qorxduğum üçün işlədiyim  marketə qaçdım. Orada Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Əjdər də marketə daxil oldu, üzərimə hücum etdi. Hər iki əlləri ilə üz və baş nahiyyələrimə yumruqla vurdu. Bu zaman  yerə yıxıldım. Yerdə olarkən baş və üz nahiyyəmə də ayaq zərbələri vurmağa başladı”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş şəxs məhkəməyə barışıq ərizəsi təqdim edib. 
Bu səbəbdən Əjdərin barəsində olan cinayət təqibinə xitam verilib. 
O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri