Icma.az
close
up
RU
525 ci qəzet ABŞ Aİ qarşıdurması

525 ci qəzet ABŞ Aİ qarşıdurması

Icma.az bildirir, 525.az portalına istinadən.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ-la Avropa İttifaqı arasında mövcud gərginlik getdikcə daha da dərinləşir. Gərginliyə səbəb olan əsas məsələlərdən biri Ukrayna mövzusudur. Prezident Donald Tramp hələ təşviqat kampaniyası dövründə Rusiya-Ukrayna müharibəsini tezliklə bitirəcəyini bəyan etmişdi. Hazırda Trampın komandası bununla məşğuldur. Qərbi Avropa isə yenə də müharibəni davam etdirmək, bununla da Ukraynanı tamamilə məhv etmək istəyir. Məlumdur ki, bugünkü ABŞ-Aİ qarşıdurmasına məhz Bayden-Blinken administrasiyası dövründə qəbul edimiş yanlış qərarlar səbəb olub. Ümumiyyətlə, Bayden-Blinken cütlüyündən Tramp hakimiyyətinə həlli çox çətin olan problemlər qalıb ki, bunlardan da biri və daha vacib olanı Ukrayna-Rusiya müharibəsidir. Artıq müharibə dördüncü ilə keçib və əgər demoktarlar yenidən hakimiyyətdə olsaydı, o zaman vəziyyəti təsəvvür etmək belə çətin olardı.

Ötən üç il ərzində Bayden administrasiyası və Avropa münaqişənin sülh yolu ilə həllində heç bir addım atmadılar. Əksinə, müharibəni daha da alovlandırdılar. Tramp məhz buna görədir ki, Ukraynanın taleyini Avropasız həll etməyi seçdi. Təkcə Avropasız deyil, elə Ukraynanın özü də kənarda qalıb. Vəziyyət əlbəttə ki, bu nöqtəyə çatmaya bilərdi. O halda ki, Bayden administrasiyası və Avropa Ukraynanı dağıtmaq əvəzinə, sülh üçün imkanları nəzərdən keçirərdilər. Amma onlar üçün Ukraynanın taleyi, Ukrayna xalqının düşdüyü çətin vəziyyət, ökənin xarabazara çevrilməsi, on minlərlə insanın ölməsi, vətənlərini tərk etmələri deyil, öz maraqlarını təmin etmək ön planda idi. Ukrayna timsalında bir daha bəlli oldu ki, dövlət və lider mütləq öz gücünə arxalanmalıdır, bunu başqasından gözləyəndə isə vəziyyət acınacaqlı olur, elə Ukraynada olduğu kimi...

Fevralın 16-da Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey di Vensin çıxışı da bütün Avropa üçün "soyuq duş" oldu. Vens dedi ki, Avropa problemlərlə üz-üzədir, lakin qitə indi üzləşdiyi böhranı özü yaradıb: "Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var".

Vitse-prezident əlavə edib ki, Avropa ilə bağlı onu ən çox narahat edən təhlükə nə Rusiya, nə də Çinlə bağlıdır: "Məni daxildən gələn təhlükə, Avropanın öz əsas dəyərlərindən geri çəkilməsi narahat edir. Avropa nəyi müdafiə etdiyini belə başa düşə bilmir".

Avropa Bayden-Blinken administasiyası ilə birgə bir sıra regionlarda yaratdıqları xaosdan, qarşıdurmadan çıxa bilmir. ABŞ-nin indi Avropanın iştirakı olmadan aldığı qərarlar qoca qitəni daha çıxılmaz vəziyyətə salıb. Belə bir məqamda isə illərdir Afrikada cinayətlər, soyqırımlar törətmiş, dənizaşırı ərazilərdə xalqların səsini boğmaqda davam edən Fransa ön plana çıxmaq, liderlik etmək istəyir. Fürsətcil Makronun tələsik Aİ liderlərinin Ukrayna ilə bağlı sammitini təşkil etməsi də bundan irəli gəlir. Amma sammit deyilən bu toplantı Makronun növbəti iflası oldu. Bununla belə, Makron və onu dəstəkləyən qoca qitənin digər ölkələri neokolonializm siyasətinin davam etdirməklə, sivilizasiyalar arasında qırmızı xətlər çəkməyə çalışırlar.

Qeyd etdiyimiz kimi, bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Bu həm də Ukraynanın narıncı inqilablar poliqonuna çevrilməsi nəticəsində baş verib. Qərbin məqsədi münaqişəni uzatmaq, bununla da Rusiyanı zəiflətmək idi və öz məqsədinə çatmaq üçün Ukraynanı sadəcə qurban verdi.

Qərbin Ukraynada təşkil etdiyi narıncı inqilablar ölkənin dayaqlarını sarsıtdı, onun müstəqil söz demək, siyasət aparmaq imkanlarını əlindən aldı. Vaxtilə ABŞ dövlət katibi olmuş Kondalisa Rays, ABŞ dövlət katibinin köməkçisi olmuş Viktoriya Nuland bu inqilabların əsas təşkilatçıları idilər. Bu gün isə onlar rahat həyatlarını yaşayırlar, olan Ukrayna xalqına və dövlətinə oldu. ABŞ açıq şəkildə Ukraynada narıncı iqilablara dəstək verib, külli miqdarda maliyyə ayırmışdı. 2013-2014-cü illərdəki hadisələrdən sonra jurnalistlərin "kölgə Mərkəzi Kəşfiyyat İdarəsi" adlandırdıqları Stratfor korporasiyasının rəhbəri Corc Fridman Ukraynadakı hadisələrin Amerika tərəfindən maliyyələşdirilən çevriliş olduğunu təsdiqləyib. ABŞ prezidenti Barak Obama faktiki olaraq 2014-cü ilin fevralında Ukraynada baş vermiş dövlət çevrilişində ABŞ-nin rolunu açıq şəkildə etiraf edib: "Ukraynada hakimiyyətin keçidində vasitəçi kimi çıxış etdik".

ABŞ tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondu (NED) hesabatında bildirib ki, onun qrantları 2013-2014-cü illərdə Kiyevdə keçirilən Avromaydanın ilkin mərhələlərində mühüm rol oynayıb. Fondun 2015-ci ildə dərc olunmuş illik hesabatına görə, 4 il ərzində (2011-ci ildən 2014-cü ilə qədər) NED Ukraynanın qeyri-kommersiya təşkilatlarını dəstəkləmək üçün demək olar ki, 14 milyon dollar ayırıb. Viktoriya Nuland bildirib ki, ABŞ Ukraynada "demokratiya"nı dəstəkləmək üçün rəsmi olaraq 5 milyard dollar xərcləyib.

Keçmiş ABŞ konqresmeni Ron Pol deyib: "Mən Rusiya tərəfdarı deyiləm, Putin tərəfdarı deyiləm, faktların tərəfdarıyam... Ukraynadakı çevriliş NATO və Aİ tərəfindən planlaşdırılıb. Ukrayna üçün edilə biləcək ən yaxşı şey bütün əcnəbiləri oradan qovmaqdır".

Paulun sözlərinə görə, Ukraynada dövlət çevrilişi Dövlət Departamenti tərəfindən NATO və Aİ ilə birlikdə planlaşdırılıb.  Mövcud məlumatlara görə, bu pulun əhəmiyyətli bir hissəsi Ukrayna müxalifətinin liderlərinin ram edilməsinə xərclənib.

Azərbaycanda  da həmin qüvvələr (Nuland və s.) NED, NDİ və s. fondlar vasitəsilə rəngli inqilablar təşkil etmək istəyirdilər. Bunun üçün müxtəlif istiqamətlərdə iş aparır, öz fondları, institutları vasitəsilə inqilab layihəsini həyata keçirməyə çalışırdılar. Onlar xüsusən gənclər arasında yad dəyərlərin təbliğatını aparırdılar. Məsələn, novorçular Azərbaycan gənclərinin Qarabağı unutması üçün təbliğat aparır, LQBT fəalları vasitəsilə Azərbaycan ailəsi modelini dağıtmağa cəhd edirdilər. Amma heç nəyə nail ola bilmədilər. Azərbaycan gəncləri könüllü şəkildə öz torpaqlarının işğaldan azad edilməsi üçün döyüşə yollandılar.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin bütün təhdidlərə, təzyiqlərə tab gətirməsi, onları dəf etməsi üçün güclü, uzaqgörən liderinin olması həyati əhəmiyyət daşıyır. Ukraynadan fərqli Azərbaycanın rəhbərliyində güclü lider var və o, həmin təhdidləri görərək vaxtında onları neytrallaşdırmaq üçün müvafiq addımlar atdı. Bunun nəticəsi olaraq Azərbaycanda digər dövlətlərdə olduğu kimi, rəngli inqilablar layihəsi baş tutmadı, ölkəmiz parçalanmadı, əksinə, ərazi bütövlüyü və suverenliyi tam təmin etdi. Azərbaycan hansısa siyasi eksperimentlər üçün poliqona çevrilmədi. Öz müstəqil və qətiyyətli siyasətini davam etdirən Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlət, beynəlxalq aləmdə söz sahibidir. Bütün güclər ölkəmizi məhz bu cür qəbul edirlər, onunla hesablaşırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri