Icma.az
close
up
RU
525 ci qəzet Ağ günlərinə qovuşan Ağdam, Xankəndidə Zəfər parkı, yaraları sarınan Xocalı

525 ci qəzet Ağ günlərinə qovuşan Ağdam, Xankəndidə Zəfər parkı, yaraları sarınan Xocalı

525.az saytına istinadən Icma.az xəbər verir.

Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul katibi

Bu il şanlı Zəfərimizin 5-ci ili tamam olur. Azərbaycan yalnız döyüş meydanında deyil, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla siyasi müstəvidə də böyük qələbəyə nail oldu. Bəyanata əsasən bir güllə atılmadan tarixi sahiblərinə qaytarılan Ağdam, Kəlbəcər, Laçın rayonları düşmən tapdağından təmizləndi. Beləliklə, Azərbaycan tarixində yeni bir dövr başladı.

Ötən 30 ildə tarixi dini-mədəni abidələrimiz, sosial obyektlərimiz, ictimai binalar, yaşayış evləri düşmənin qəsbkar siyasətinin qurbanı olub. 2020-ci ildə çəkilən videolardan da görünürdü ki, düşmən yaşayış məqsədilə deyil, bu torpaqları dağıtmaq, viran qoymaq niyyəti ilə qəsb etmişdi. Özlərinin də yaxşı bildiyi bir həqiqət vardı: gec-tez torpağın əsl sahibləri qayıdacaq. Bəli, torpağın gerçək sahibləri qayıdır, düşmənin murdar nəfəsindən cadar bağlamış torpağın qəlbi isinir, güllələr yağan yerdə indi güllər açır, tarixi-mədəni irsimiz bərpa olunur, yeni, gözəl binalar ucaldılır, insanlar öz doğma yurduna-yuvasına köç edirlər.

Ağ günlərin astanasında

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası Ağdamda da uğurla davam etdirilir. Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyətə malik rayonlarındandır və zəngin tarixi-mədəni irsə sahibdir. Ağdam azad edildikdən sonra 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bura gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Ölkə başçısının 2021-ci ildə növbəti səfəri zamanı Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması Ağdamın ağ günlərinin astanasında olmasının bariz göstəricisi idi. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin iştirakı ilə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu yenidən qurulan şəhərin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu platforma idi.

"Qafqazın Xirosiması"ndan dünyanın ən gözəl şəhərinə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam şəhərinə növbəti səfərləri, həyata keçirilən genişmiqyaslı tikinti işləri ilə tanışlıq, açılış mərasimində iştirakları ilə əlamətdar oldu. Ağdamlı məktəblilər müasirtipli məktəb binasında təhsil alacaqlar. Təməli 2021-ci ilin mayında qoyulan 3 mərtəbədən ibarət 1 nömrəli məktəb 960 şagird yerlikdir. Müasir, innovasiyalara əsaslanan təhsil ocağının yaradılması gələcəyə xidmət, bilikli, dünyagörüşlü nəslin yetişməsinə ərməğandır. Fidanlar da unudulmayıb. Onlar üçün körpələr evi-uşaq bağçasının inşasına 2023-cü ildən başlanılıb. Aparılan tikinti işləri ilə tanış olan dövlətimizin başçısına və birinci xanıma məlumat verilərək bildirilib ki, 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası zirzəmi və iki mərtəbədən ibarətdir.

Tikdim ki, izim qala...

Əzəldən Qarabağın sakinləri məscidlər, abidələr, qalalar inşa ediblər. Yaradılışdan bu torpaqlara Azərbaycançılıq möhürü vurulub. Hər daşı, hər qayası milli nəqşlərlə bəzədilib. Nə qədər düşmənin işğalına məruz qalsa da, tarixin bu torpaqlara vurduğu möhürbəndi silmək, yox etmək mümkün olmayıb. Torpaq da savaşıb sanki yadellilərlə. Qoynunda gizləyib, sinə gərib, özünü tamamilə yox olmaqdan xilas edə bilib. XVIII əsrə aid Əsgəran qalası Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunub. Azərbaycan memarlığının nadir nümunələrindən sayılan bu tarixi-memarlıq abidəsi artıq Ağdamın müasir tarixi dövrünə, çalarlarına uyğun fəaliyyət göstərəcək. Qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur. Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olan ölkə başçısına bildirilib ki, dizayn layihəsi "Mədəni və təbii irs", "İnfrastruktur və xidmətlər", "Əyləncə və istirahət", "Marketinq və təşviqat" olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Havalansın Xanın səsi

Ağdam Muğam Mərkəzinin inşası yekunlaşmaq üzrədir. Dövlətimizin başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı bildirilib ki, ümumi sahəsi 1,4 hektar olan mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. Ərazidə 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin nəticəsi olaraq Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına salınıb. Qarabağ muğamın beşiyidir. Muğam mərkəzinin tikintisi mədəni irsimizə, irsimizi yaradanlara və bu gün qoruyanlara töhfədir. İllərlə "Qarabağ şikəstəsi"nə həsrət qalan Qarabağda artıq Xanın səsi havalanır. Yeni muğam ifaçılarının yetişməsi üçün sənət məbədgahları yaradılır. Uğurlu olsun!

İşıqlı sabaha doğru

Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən mühüm tədbirlərdən biri də enerji təhlükəsizliyinin təmin olunmasıdır. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edən dövlətimizin başçısına mərkəzdə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, Ağdam şəhərinin Baş Planına uyğun olaraq şəhər ərazisində dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək.

Ağdamın gözü yolda...

Həmin gün Prezident İlham Əliyev "Ağdam Residence" yaşayış kompleksində yaradılan şəraitlə də tanış olub. 1,55 hektar olan ərazidə 6 mərtəbəli 6 yaşayış binası ucaldılıb. Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleksin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində də tikinti işləri öz axarında davam edir. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.

Bütün bunlar Ağdamda hazırda görülən işlərin tərkib hissəsidir. Bir də Ağdamın sabahını düşünün! Qısa zamanda gözəl, abad, işıqlı bir şəhərə çevriləcək Ağdama qonaq gəlmək istəyənlər də az olmayacaq. Tək xaricilər deyil, elə biz özümüz də Ağdamın ağ günlərinə şahidlik etmək, yurduna dönən ağdamlıların sevincinə şərik olmaq üçün qonaq gedəcəyik. Bizim rahatlığımız üçün də şərait yaradılır. Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan "Hilton Garden İnn" hotelində işlərin 60 faizi yerinə yetirilib.

Saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan, doğmalarının sığal çəkdiyi bu şəhəri görmək, əsarətdən qurtulub qısa zamanda gözəlliyinə qovuşacaq Ağdamda xatirə fotosu çəkdirmək istəyənlər də az olmayacaq. Yaradılan şərait həm də turizmin inkişafına öz töhfəsini verəcəkdir. Ağdam öz sakinlərini qarşılamağa hazırlaşır, həm də təmtəraqlı. Kim bilir, bəlkə, elə gələn il yay tətilimizi Ağdamda keçirdik?!

Zəfər parkının növbəti ünvanı - Xankəndi

Doğma sakinlərinin nəfəsi ilə isinən Xankəndi də turizm imkanlarına sahibdir. Xankəndidə qonaqları qarşılamaq üçün şərait yaradılır, əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm işlər görülür. Fevralın 19-da Prezident İlham Əliyev əsaslı təmir və bərpadan sonra müasir iaşə məkanlarının da yaradıldığı "Bulud" hotelin açılışında iştirak edib, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub. Fəaliyyətinin genişləndiriləcəyi nəzərdə tutulan fabrikdə, ümumilikdə, 800 iş yeri yaradılacaq ki, bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna mühüm təsir göstərəcəkdir.

Yenilənən, gözəlləşən Xankəndi şəhərində Zəfər parkı da salınır. Döyüş meydanında qazanılan Zəfər ab-havası şəhərlərimizdə yaradılan Zəfər parklarının timsalında yaşanır. Keçilən şərəfli döyüş yolu, canını Vətən torpaqları üçün qurban vermiş oğullar ehtiramla xatırlanır və bu parklar bizə qürur hissi yaşadır. Zəfər parkının Xankəndi şəhərində də yaradılması tarixi qələbəmizin, ərazi bütövlüyü və suverenliyimizin bərpasının rəmzi kimi əlamətdardır.

Yaraları sarınan Xocalı və ya Ballıca sakinlərinin sevinci

"Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi". Bu fikirləri Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində bir qrup sakinlə görüşü zamanı deyib.  Fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan ölkə başçısı İlham Əliyev bildirib ki, Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Ballıca kəndində 137 ev artıq bərpa edilib və 60-a yaxın evin bərpası nəzərdə tutulub.  Hazırda kənddə 460 keçmiş köçkün yerləşib. "Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir", - deyən Prezident İlham Əliyevin sakinlərlə keçən səmimi görüşü onlarda yüksək əhval yaradıb. "Dəmir yumruq" buradadır", - deyə əzmlə çıxış edən sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, 1992-ci ildə ermənilərin ən böyük terror dəstələri Ballıca kəndində məskunlaşmış və buradan öz çirkin əməllərini həyata keçirməyə çalışmışlar. İndi Ballıcada həyat qaynayır, sakinlər rahat həyat şəraiti ilə təmin olunurlar. Artıq qocaların fəryadı, uşaqların çığırtısı deyil, işığı yanan evlərdə gülüşləri eşidilir. Torpağın yaraları bu gülüşlərlə sarınacaq. Öz doğmalarına həsrət qalmış torpaq sakinləri qayıtdıqca dirçələcək. Bu günümüzə şükür!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri