Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan Çin strateji tərəfdaşlığı hər iki ölkə üçün yeni inkişaf perspektivləri açır Ekspert

525 ci qəzet Azərbaycan Çin strateji tərəfdaşlığı hər iki ölkə üçün yeni inkişaf perspektivləri açır Ekspert

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan-Çin münasibətlərinin 2024-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrin yeni mərhələyə daxil olmasını və daha dərin inteqrasiyanı nümayiş etdirir. Bu tərəfdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və logistika, texnologiya və rəqəmsal infrastruktur, eləcə də mədəni və humanitar əlaqələri əhatə etməklə geniş spektrdə əməkdaşlıq imkanlarını artırır.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, hər iki ölkə təkcə siyasi dialoqu intensivləşdirməklə kifayətlənməyib, eyni zamanda qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli iqtisadi və investisiya layihələrinin həyata keçirilməsinə yönəlib.

“Azərbaycan hökuməti Çinin transmilli konqlomeratlarının ölkədə irimiqyaslı investisiya və texnologiya layihələri həyata keçirməsi üçün əlverişli şərait yaratmaqla, xarici sərmayə axını üçün də yeni qapılar açır. Xüsusilə, ölkənin sənaye parkı və rayonlarında Çin şirkətlərinin fəaliyyətini genişləndirmək üçün əlverişli şərtlər təklif olunur.

Bundan başqa, enerji əməkdaşlığı və yaşıl enerji sahəsindəki imkanlar ikitərəfli əlaqələrin strateji istiqamətlərindən birinə çevrilir. Azərbaycanın zəngin bərpa olunan enerji potensialı, xüsusilə günəş və külək enerjisi ehtiyatları Çin şirkətləri üçün perspektivlər təqdim edir. Çinin bu sektorda planetin ən böyük investoru olması və yüksək texnologiyalar sahəsində təcrübəsi nəzərə alındıqda, iki ölkə arasında yaşıl enerji üzrə tərəfdaşlıq genişmiqyaslı layihələrlə daha da gücləndirilə bilər. Alternativ enerji mənbələri üzə əməkdaşlıqların geniş vüsət alması Azərbaycana enerji ixracatının diversifikasiyası və ekoloji dayanıqlılığın artırılması yönündə ciddi dəstək ola bilər”, - ekspert bildirib.

Əlavə edib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığında son illərdə mühüm rol oynayan beynəlmiləl layihələrdən biri də şübhəsiz ki, Orta Dəhliz tranzit xəttidir. Qitələrarası əsas ticarət marşrutlarından biri kimi Orta Dəhlizin, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Çinin Avropaya çıxışı üçün alternativ və etibarlı ticarət marşrutu kimi əhəmiyyəti artmaqdadır:

“Bu, çoxmodullu trans-regional nəqliyyat dəhlizinin inkişafı Azərbaycan üçün tranzit gəlirlərinin artması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və beynəlxalq ticarətdə strateji mövqeyinin güclənməsi baxımından ciddi əhəmiyyət daşıyır. Bundan başqa, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması həm qitələrarası məsafə və müddətin qısalmasına, həm də marşruta daxil olan dövlətlər arasındaki ticarət dövriyyəsinin və maliyyə axının artmasına şərait yarada bilər.

Başqa sözlə, Çindən Avropaya və əks istiqamətdə yük konteynerlərinin Orta Dəhliz üzərindən intensiv nəqli Azərbaycanın logistika və nəqliyyat sektorunu inkişaf etdirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər irimiqyaslı regional infrastruktur layihələri Azərbaycanın həm quru, həm də dəniz əsaslı ticarət yollarının üstündə yerləşən trans-kontinental logistik qovşaq kimi mövqeyini daha da möhkəmləndirir. Pekin üçün isə bu alternativ marşrut siyasi və iqtisadi riskləri diversifikasiya etməyə, Qərb istiqamətində uzanan ticarət kanallarını şaxələndirməyə və Avropa bazarına çıxışı daha səmərəli təşkil etməyə imkan yaradır. Sadalanan faktorlar da, şərq-qərb beynəlxalq nəqliyyat dəhlizinin yük ötürücülük qabiliyyətinin artırılması yönündə müştərək layihələrin sayını artırmağa və eyni zamanda Çinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində investisiya cəlbinə zəmin yaradır”.

BMTM-nin eksperti deyib ki, üstəlik, ikitərəfli əməkdaşlıqların gücləndirilməsi Orta Dəhlizə daxil olan həm quru, həm də dəniz əsaslı ticarət yollarının inteqrasiyası və onların potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Xüsusilə, tranzit imkanlarının genişləndirilməsi, infrastruktur layihələrinin əlaqələndirilməsi və gömrük-keçid məntəqələrində prosedurların optimallaşdırılması sözügedən marşrutun daha səmərəli fəaliyyət göstərməsinə şərait yarada bilər. Bununla yanaşı, regional və beynəlxalq ticarət əlaqələrinin dərinləşməsi Orta Dəhlizin daha rəqabətqabiliyyətli və dayanıqlı logistika şəbəkəsinə çevrilməsinə töhfə verə bilər.

Digər tərəfdən, Orta Dəhliz Azərbaycan mənşəli məhsulların sanksiya altında olan İran və Rusiya ərazilərindən yan keçərək Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinə ixracında mühüm rol oynaya bilər. Bu marşrutun təkmilləşdirilməsi Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanlarını genişləndirə, yerli istehsalçıların beynəlxalq bazarlara çıxışını asanlaşdıra və ölkənin iqtisadi şaxələndirmə strategiyasına uyğun olaraq yeni ixrac istiqamətlərinin formalaşmasında ciddi əhəmiyyət kəsb edə bilər. Xüsusilə, aqrar məhsullar, yüngül sənaye məhsulları və emal edilmiş malların Orta Dəhliz vasitəsilə sürətli nəqli Azərbaycan üçün əlavə iqtisadi üstünlüklər qazandıra bilər”.

V.Quliyevə görə, Çin ilə ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın həm regional, həm də qlobal müstəvidə geosiyasi və iqtisadi dayaqlarının daha da güclənməsinə xidmət edəcək: Azərbaycan Orta Dəhliz və “Kəmər və Yol” təşəbbüsü çərçivəsində öz tranzit potensialını reallaşdırmaqla uzumüddətli perspektivdə Çinin ticarət strategiyalarında əhəmiyyətli yer tuta bilər. Eyni zamanda, Çinin investisiya və texnologiya transferi Azərbaycanın iqtisadiyyatının diversifikasiyasına və innovativ inkişafına töhfə verəcək. Bununla yanaşı, ikitərəfli əməkdaşlıqlar yalnız ticari-iqtisadi və nəqliyyat-kommunikasiya kimi kommersiya sahələri ilə məhdudlaşmayacaq, mədəni-humanitar, elmi və texnoloji sahələrdə də genişlənəcək. İki ölkə arasında konstruktiv əməkdaşlığın inkişafı üçün ictimai-mədəni əlaqələrin daha da gücləndirilməsi və institusional koordinasiya mexanizmlərinin formalaşdırılması prioritet istiqamətlərdən biri olacaq. Bu kontekstdə, yaxın və orta perspektivdə ictimai diplomatiyanın rolu artacaq, həmçinin birgə texniki və humanitar yardım layihələrinin geniş vüsət almasının şahidi olacağıq.

Xülasə, Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iqtisadi və siyasi müstəvidə deyil, həm də texnoloji, sosial və mədəni aspektlərdə genişlənərək hər iki ölkə üçün yeni inkişaf perspektivləri açır. Bu tərəfdaşlığın möhkəmləndirilməsi regionda davamlı iqtisadi inkişafa rəvac verməklə yanaşı, Azərbaycan və Çinin beynəlxalq platformalarda qarşılıqlı maraqlarını daha effektiv müdafiə etməsinə zəmin hazırlayır”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri