Icma.az
close
up
RU
525 ci qəzet BANM də 40 dan çox əcnəbi tələbə təhsil alır

525 ci qəzet BANM də 40 dan çox əcnəbi tələbə təhsil alır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Bakı Ali Neft Məktəbində (BANM) əcnəbi tələbələrin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib.

BANM-dən 525.az-a bildirilib ki, tədbirin açılışında çıxış edən rektor Elmar Qasımov mədəniyyətlərarası əməkdaşlığın təşviqinin və müxtəlif millətlərdən olan tələbələrin təhsilinin dəstəklənməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, hazırda BANM-də təhsil alan əcnəbi tələbələrin sayı 42 nəfərdir.

BANM-ə əcnəbi tələbələr öz hesabına, müxtəlif qrant və maliyyələşmə mənbələri vasitəsilə, SOCAR təqaüdü hesabına, Hökumətlərarası Təqaüd Proqramı, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı, sponsor təşkilatların dəstəyi, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahan sistemləri kimi istiqamətlər, həmçinin ikitərəfli tərəfdaşlıq müqavilələri üzrə mübadilə proqramları çərçivəsində qəbul olurlar.

Onlar Çin, Banqladeş, Konqo, Somali, Özbəkistan, Türkiyə, Rumıniya, Misir, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gəlirlər.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramı çərçivəsində 9, Konqo Milli Neft Şirkəti (SNPC) və SOCAR arasında razılaşma çərçivəsində 8 konqolu tələbə, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çindən 3 tələbə, BANM və BMT-nin Təlim və Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində 3 nəfər nigeriyalı tələbə təhsil alır.

BANM Azərbaycan təhsil tarixində ilk dəfə olaraq kimya mühəndisliyi üzrə təhsil proqramını xarici tərəfdaşa – Özbəkistanın Buxara Mühəndislik-Texnoloji Universiteti və Daşkənd Kimya Texnologiyası Universitetinə ikili diplom proqramı çərçivəsində təklif etməyə başlayıb. Artıq hər iki universitetdən 19 tələbə ikili diplom proqramına cəlb edilib və Özbəkistanda təhsilə başlayıb.

Vurğulanıb ki, BANM 2023 və 2024-cü illərdə ardıcıl olaraq elm və təhsil naziri Emin Əmrullayevin imzası ilə “Beynəlmiləlləşmə faəliyyəti”nə görə təşəkkürnamə ilə təltif olunub.

Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək, Azərbaycanda və xüsusilə Bakı Ali Neft Məktəbində müxtəlif millətlərdən olan tələbələrin bir yerdə təhsil almalarının akademik uğurlarla yanaşı, mədəniyyətlərarası anlaşmanın inkişafına xidmət etdiyini bildiriblər. BANM-ə belə əhəmiyyətli bir tədbiri həyata keçirdikləri üçün təşəkkür edilib və gələcəkdə də bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir boyunca dünyanın müxtəlif ölkələrindən olan tələbələr milli geyimlərdə mədəni müxtəlifliyi əks etdirən təqdimatlar edib, mahnı oxuyub və müxtəlif maraqlı fəaliyyətlər nümayiş etdiriblər.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri