Icma.az
close
up
RU
525 ci qəzet BDU nun 6 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüdü”nə layiq görülüb

525 ci qəzet BDU nun 6 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüdü”nə layiq görülüb

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bakı Dövlət Universitetinin (BDU) altı tələbəsi Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının qalibi olub.

BDU-dan 525.az-a bildirilib ki, proqrama ümumilikdə 306 nəfər müraciət edib. Seçim prosesini keçən 69 namizəd müsahibə mərhələsinə dəvət edilib. Sonda bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub. Qalib tələbələr 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.

Qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.

Qeyd edək ki, layihə çərçivəsində 2022-2023-cü tədris ilində 26, 2023-2024-cü tədris ilində isə 25 tələbə bu imkandan faydalanma şansı əldə edib. Cari ildə təqaüd proqramı Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasındakı əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Tələbələrə təqdim ediləcək təqaüd “Birbank”la Fondun 2023-cü ildə start verdiyi “Onu oxut” ianə kampaniyası çərçivəsində toplanan vəsait hesabına təmin edilir. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Qırmızı Ürəklər Fondu - “Red Hearts” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see200

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see191

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see150

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see137

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see133

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see132

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see131

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see131

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see131

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see130

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see127

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri