525 ci qəzet BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Dövlət Universiteti (BDU) və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciətlərin qəbulu başlayıb.
BDU-dan 525.az-a bildirilib ki, təlim proqramına Jurnalistika fakültəsinin 4-cü kurs tələbələri və magistrantları qoşula bilərlər.
Təlim proqramı 3 ay davam edir. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunurlar.
BDU və “ARB 24”ün birgə təşkilatçılığı ilə reallaşan layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.
Müraciət etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 11 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















