Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Bütün fikrimizi gəlirə fokuslasaq, sənətimizi sevə bilmərik

525 ci qəzet Bütün fikrimizi gəlirə fokuslasaq, sənətimizi sevə bilmərik

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Elşən Rüstəmov Akademik Milli Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. O, "Leyli və Məcnun", "Yarımçıq qalmış", "Hacı Qara", "Hamlet", "Ölülər", "Cəhənnəm sakinləri", "Manqurt", "Yaşar" kimi tamaşalarda, "Fəryad", "İtkin gəlin", "Günaydın, mələyim!", "Qaranlıqlar çiçəyi", "Qaranlıqlar çiçəyi", "Bir ailəm var", "Əqrəb mövsümü" kimi ekran işlərində rol alıb.

Elşən Rüstəmovla söhbəti təqdim edirik.

- Elşən bəy, bir müsahibənizdə çox tamaşalarda rol almağınıza rəğmən, maddi və mənəvi çətinliklərlə qarşılaşdığınızı, sənətə dəyər verilmədiyini bildirmişdiniz.

- Ola bilər, cavan vaxtlarımda o fikirdə olmuşam. İndi isə vəziyyət tamamilə dəyişib. Şükür Allaha, gileylənməyə bir səbəb yoxdur. Hər şey öz qaydasında gedir, teatrda rollarım var, mən də digər aktyorlar kimi pis-yaxşı yaşayıram. Əlbəttə, hamı istəyir ki, daha yaxşısı olsun. Təkcə bizim sahədə yox, digər sahələrdə də bu belədir. Əsas odur ki, bu illər ərzində bütün çətinliklərə baxmayaraq, öz peşəmdən ayrılmadım. Bundan sonra da sənətdən getmək fikrim yoxdur. Çünki həm yaş, həm həyat, həm də sənət təcrübəsi buna icazə vermir. Geriyə qayıtmağa yol yoxdur. Nə qədər irəli gedə bilirəmsə, gedəcəyəm.

- Qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino və teatr sahəsində aktyorların qazancı kifayət qədər olmur. Bildiyim qədərilə bir vaxtlar siz də rollarınızın çox olmasına baxmayaraq, uzun müddət kirayədə yaşamışınız. Amma siz hələ də bu sahədə fəaliyyətinizi davam etdirirsiniz. Hətta eşitdiyimə görə, yeri gələndə gənc rejissorlara da dəstək olub çəkilişlərə pulsuz gedirsiniz. Sizə bunu vadar edən nədir?

- Daha çox tələbələr film çəkməklə bağlı mənə yaxınlaşanda onlara kömək məqsədilə bir neçə dəfə pulsuz çəkilməyə razılaşmışam. Bunu təkcə mən yox, bir çox aktyor dostlarım da edir. Özümü qəhrəman kimi qələmə vermək istəmirəm. Mənim həmkarlarım da bu addımı atırlar. Əgər tələbədirsə, vaxt varsa, imkan varsa, hə, kömək etmək olar. Bizdə bəzən məşqlər çox olur, vaxt olmur deyə, kömək etmək istəsək belə, alınmır. Çətinliklər isə hamının həyatında olur. Amm bu çətinlikləri faş etmək doğru deyil. Digər sahələrdə vəziyyət necədirsə, teatrda da, mətbuat, televiziya sahəsində də onun kimidir. Əsas odur, iş var və hələ ki sağ-salamatıq. Nəyisə bar-bar bağırıb etiraz etmək lazım deyil.

- Oynayacağınız rolları seçərkən daha çox nəyə diqqət yetirirsiniz? Gələn gəlirə, yoxsa?..

- Bilirsiniz, gəlir məsələsi bizdən asılı deyil. Xarici ölkələrdə sistem başqadır, bizdə isə başqa. Buna görə də öz işimizə fokuslanmalıyıq. Gəlir ya gələcək, ya gəlməyəcək. Bütün fikrimizi ona fokuslasaq, işimizlə məşğul ola, sənətimizi sevə bilməyəcəyik. Biz bu sənətə niyə gəlmişik? Ona görə ki, bu işi sevirik. Əgər sevib gəlmişiksə, bununla məşğul olmalıyıq. Digər məsələlər artıq məndən asılı deyil. Bu, başqa səviyyədə həll olunan bir şeydir. Ona görə çalışmaq lazımdır ki, işləyib işindən zövq alasan. Gəliri fikirləşsəm, gərək nə teatr sahəsində işləyəm, nə kino sahəsində. Çünki bizdə bunların heç biri gəlirli sahə deyil.

- Əksər qadın aktrisalarımızda 40 yaşdan sonra baş rola çəkilməmək kimi problem yaşanır. Kişilərdə də bu hal varmı?

- Ümumiyyətlə, baş rol məsələsini problem hesab etmək doğrudurmu? Mənə elə gəlir ki, normal aktyor üçün həmişə iş var. İkinci dərəcəli rolu da yadda qalacaq şəkildə oynamaq olar. Məsələn, təklif etsələr ki, sənə baş rol veririk, amma yadda qalmayacaqsan, bir də epizodik rol veririk, onunla yadda qalacaqsan, mən epizodik rolu seçərəm. Məsələyə bu müstəvidən yanaşmaq lazımdır. Hər yaşın öz rolları var. 60 yaşda sən kəskin hərəkətlər edə bilmərsən təbii ki. Bu məsələ şəxsən mənim üçün problem deyil.

- İllərlə kino sahəsində olan bəzi peşəkar aktyorlar çəkiliş zamanı daha çox rejissora müdaxilə edir və ya rejissorun müdaxiləsinə qarşı çıxır. Siz də vəziyyət hansı yerdədir?

- Hər kəsin öz işi var. Əgər mən dünya şöhrətli aktyor olsaydım, yəqin mənim də tələblərim olardı, müəyyən kaprizlərim olardı. Amma mən elə deyiləm. Bunu qoyaq bir qırağa. Mən xoşlayıram ki, rejissora lider kimi münasibət göstərim. Ona oyunu quran, çox savadlı, ağıllı insan kimi baxıram. Hətta tələbə rejissorlara belə acgözlüklə qulaq asmaq istəyirəm, onun işində heç nəyi dəyişmək istəmirəm. Çünki bu onun işidir. İmkan verək ki, o, şəxsiyyət kimi, sənətkar kimi püxtələşsin. Səhv tapmaq, özünü ağıllı göstərmək üçün rejissora irad bildirmək başqa bir şeydir.

- Tərəf müqabilləriniz zəif oynayanda vəziyyətdən necə çıxırsınız?

- Mən tərəf müqabillərimə heç vaxt istedadsız kimi baxmıram. İstedadsız insan, aktyor olmur. Heç vaxt "əgər mən pis oynadımsa, bunun günahı tərəf müqabilimdədir" deyib onu alçaltmaram. Günahı özümdə axtararam. Əlbəttə, hamının müəyyən istedadları var. Birinin azdır, birinin çoxdur, digərinin isə lap çoxdur. Amma birinə "o, istedadsızdır, mən onla oynamıram" münasibətini bəsləmək doğru deyil. Sən işləyəndə tərəf müqabillərini sevməlisən, ətrafdakıları sevməlisən, hər şeyi sevməlisən. Çünki sevgi olmasa, bütün neqativlər zala, tamaşaçıya ötürüləcək.

- Son zamanlarda artıq təhsili olmayan insanlar belə film ərsəyə gətirirlər. Necə düşünürsünüz, film ərsəyə gətirmək üçün komanda mütləq təhsili olan şəxslərdən təşkil olunmalıdır?

- Təhsil mütləqdir. Kino böyük sahədir, burda böyük bir sənaye olmalıdır və bu sənayedə işləyən mütəxəssislər olmalıdır, özdə çox yüksək səviyyəli mütəxəssislər. Kino həm milyonlar tələb edən işdir, həm də məsuliyyətdir. Rejissor çox savadlı olmalıdır, nə etdiyini bilməlidir, azad, müstəqil olmalıdır, aktyorları sevməlidir. O həm də lider olmalıdır. Bu keyfiyyətlər olduğu halda rejissor olmaq olar. O da var ki, bəzilərinin təhsili yoxdur, təcrübəsi var, o şəkildə ərsəyə gətirdiyi filmin keyfiyyəti də göz qabağındadır. Baxıb deyirsən, bu nə filmdir?! Bizim sahə elədir ki, sən burda heç nəyi gizlədə bilmərsən, məhsul pisdirsə, bu, aydın şəkildə görsənəcək. Ona görə də təhsil və peşəkarlıq birinci növbədə gəlməlidir.

- Mərhum sənət yoldaşlarınız üçün darıxırsınızmı?

- Təbii ki, ara-sıra aktyor yoldaşlarımızla oturanda, söhbət edəndə bizim görkəmli aktyorlarımızı da yad edirik. Onların rol aldığı tamaşaları, şəxsi həyatda yaşanılanları yada salırıq, ya da məzəli bir əhvalat yada düşür. O aktyorlar ki, teatrımızda, kinomuzda iz qoyublar, sizlər də onları sevirsiniz, biz də həmkar kimi onlarla işləmişik, işləyəndə zövq almışıq, ona görə onlar həmişə bizim xatirələrimizdədir... Gənc Tamaşaçılar Teatrının aktyoru, "Bizim Cəbiş müəllim" filminin Cəbiş müəllimi, mərhum sənət yoldaşım Xalq artisti Süleyman Ələsgərovla bağlı bir xatirəmi danışmaq istəyirəm. 1993-cü ildə Gənc Tamaşaçılar Teatrına gələndə tale elə gətirdi ki, mən Süleyman müəllimlə eyni qrim otağını bölüşəsi oldum. Həmin otaqda başqa aktyorlar da var idi. 1992-ci ildə də Süleyman müəllimlə bir filmə çəkilmişdim və ikimiz də əsas rolları oynayırdıq. Tanışlığımız ordan başlamışdı. Teatrda da yenidən həmkar olduq, bir otaqda qalası olduq. Orda hər bir aktyorun qrim stolu var idi. Süleyman müəllim gördü ki, mənim stolum yoxdur. O öz qrim stolunu mənə verdi və dedi: "Mən artıq yaşlanmışam, bu stol sənə lazımdır, bütün əşyalarını bura yığa bilərsən, bu artıq oldu sənin". Otaq yoldaşlarıma deyəndə ki, Süleyman müəllim öz stolunu mənə verdi, onlar heyrətləndilər. Dedilər ki, çox qəribədir, çünki Süleyman müəllim stolunun üstünə kimsə əşyasını qoyanda bütün əşyaları ordan götürüb tullayır yerə. Mən onda çox sevindim və qürur duydum ki, belə sənətkardan bu cür münasibət gördüm.

- Ötən gün aktyorlardan biri bildirir ki, toyu idarə etmək özü bir istedad tələb edir, səhnəni idarə etmək daha asandır, nəinki toyu aparmaq. Bəzi aktyorlar isə toyda masabəyi olmağı, oxumağı özlərinə yaraşdırmırlar. Siz bu barədə nə düşünürsünüz?

- Hə, bəzi aktyorlarımız var ki, toy aparırlar, bu da maddi çətinlikdən irəli gəlir. Məcbur olur, hansısa bir məclisi aparır, ordan pul qazanır. Amma kimisi bunu edə bilmir, başqa sahəyə üz tutur. Məsələn, mən heç vaxt bunu etməmişəm, çünki tamadalığı bacara bilmərəm. Nə də ki, gedənlərə pis baxıram. Qoy getsinlər. Amma səhnəylə toyu müqayisə etmək də doğru deyil.

- Elşən bəy, qiraətlə də məşğulsunuz, bir çox tədbirlərdə şeirlər ifa edirsiniz. Amma bir çoxlarının fikrincə, Azərbaycanda Həsən Əbluc, Şahmar Ələkbərov kimi ustad qiraətçi yoxdur. Siz nə düşünürsünüz?

- Sırf qiraətlə məşğul deyiləm. Sadəcə bu da bizim sənətin bir qoludur deyə, hərdən hansısa tədbirdə şeir səsləndirirəm. Həmişə keçmişlə indi müqayisə olunur. 20 ildən sonra, bəlkə, bizi də tərifləyəcəklər ki, o vaxtlar filankəs gözəl ustad idi. Bu mübahisə, mübarizə həmişə olub. Amma dediyiniz sənətkarlar böyük ustad olublar, qiraətləri yüksək səviyyədə olub, amma bu o demək deyil ki, indi ustad qiraətçi yoxdur. Sadəcə indi ab-hava, qiraətə münasibət başqadır.

- Ötən ilə qədər eyni zamanda həm Gənc Tamaşaçılar Teatrında, həm də Akademik Milli Dram Teatrında işləyirdiniz. Amma indi təkcə Dram Teatrının aktyorusunuz. Niyə məhz Dram Teatrını seçdiniz?

- Mən seçim etmirəm, çayın axını hara aparırsa, ora gedirəm. 1993-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. Ora da mənim üçün doğma teatrdı. Ona görə ki, mən orda ayaq tutub yerimişəm, sənəti öyrənə-öyrənə aktyor kimi qədəmlərimi orda açmışam, orda püxtələşməyə başlamışam. Sonra da tale elə gətirdi ki, Dram Teatrına gəldim və hər iki kollektiv mənim üçün çox doğmadır. İndi Gənc Tamaşaçılar Teatrında işləməsəm də, yenə ora mənim üçün doğmadır. Aktyor taleyidir, orda da oluruq, burda da, əsas odur ki, öz işini layiqincə görəsən. Mənim bura gəlməyim də birdən-birə olmadı. Sadəcə olaraq, orda qalmağa vicdanım yol vermədi. Çünki Gənc Tamaşaçılar Teatrında işlədiyim müddətdə Dram Teatrından da dəvət alırdım, burda da məşqlərə çox vaxt gedirdi deyə, Gənc Tamaşaçılar Teatrındakı tamaşalara, məşqlərə çatdırıb gedə bilmirdim. Buna görə çox narahat olurdum. İldə bir-iki tamaşada oynayırdım və yarım ştat da olsa, maaş alırdım, bu da məni incidirdi. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə xanımla çox səmimi söhbətimiz oldu, dedi, sən yenə də bu teatrın aktyorusan.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri