525 ci qəzet Çin iki ABŞ şirkətini etibarsız subyektlər siyahısına əlavə edib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çin daha iki Amerika şirkətini - PVH Corp. və Illumina, Inc-I etibarsız şirkətlər siyahısına daxil edib.
525.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, həmin şirkətlər normal bazar ticarəti prinsiplərini pozaraq, Çin şirkətləri ilə ticarəti dayandırıb və onlara qarşı ayrı-seçkilik tədbirləri həyata keçirərək müəssisələrin qanuni hüquq və mənafelərinə ciddi ziyan vurub.
Açıqlamada bu qərarın ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq, habelə müvafiq qanun və qaydalara uyğun olaraq qəbul edildiyi qeyd olunub. O da vurğulanıb ki, Çin ölkənin müvafiq qanun-qaydalarına uyğun olaraq yuxarıda adıçəkilən ABŞ şirkətlərinə qarşı tədbirlər görəcək.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Fevral 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















