ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı əlavə materialları açıqlayacaq
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ Ədliyyə Nazirliyi maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı əlavə sənədləri ictimaiyyətə açıqlamaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Baş prokurorunun müavini Todd Blanş məlumat verib.
CNBC-nin məlumatına görə, Blanş mətbuat konfransında bildirib ki, nazirlik cümə günü təxminən 2 min video və 180 min fotoşəkil yayımlayacaq.
O qeyd edib ki, bu qərar Ədliyyə Nazirliyinin “Epşteyn işi” ilə bağlı bütün federal materialların dekabrın 19-dək açıqlanmasını tələb edən qanunun icra olunmaması ilə bağlı tənqidlər fonunda qəbul edilib.
Todd Blanşin sözlərinə görə, hazırda 500-dən çox vəkil və Ədliyyə Nazirliyinin digər əməkdaşları qanun çərçivəsində hansı materialların açıqlanmalı olduğunu müəyyən etmək məqsədilə Epşteynlə bağlı sənədləri nəzərdən keçirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 31 Yanvar 2026 03:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















