Icma.az
close
up
RU
525 ci qəzet Dönüb keçmişinə baxsın Fransa... Şahanə Müşfiq yazır

525 ci qəzet Dönüb keçmişinə baxsın Fransa... Şahanə Müşfiq yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Ədəbiyyatın cəmiyyətə, tarixə, dünyaya təsirindən danışarkən belə bir müqayisəyə çox rast gəlirik: "Bir kimyaçı bir dərman hazırlayıb bütün bəşəriyyəti xilas edə bilər, yüz ədəbiyyatçı birləşsə, bir nəfəri xilas edə bilməz". Zaman-zaman bu fikirlə razılaşanları və müdafiə edənləri görürük. Ancaq bu fikri ilk və daha əsaslı təkzib edən də elə tarixin özüdür. Bütün həqiqətləri öz batinində dəmir sədaqətlə qoruyan tarixin toz basmış səhifələrini vərəqləmək kifayət edir ki, ədəbiyyatın, ədəbiyyatçıların müxtəlif dövrlərdə fərqli cəmiyyətlərə, ümumilikdə bəşəriyyətə təsirinin şahidi olaq.

Məşhur fransız yazıçısı Emil Zolya əsərləri ilə yanaşı, ictimai həyatda ədalətsizliyə qarşı mövqeyi ilə də yadda qalan şəxsiyyətlərdəndir. O, Fransa ordusunda xidmət edən zabit Dreyfusa yəhudi olduğu üçün göstərilmiş ədalətsiz münasibətə qarşı etiraz səsini yüksəldib, çəkinmədən haqqın tərəfində durub.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrdəki Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüş "Dreyfus işi" 1894-1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı "alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi" ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrdən ibarətdir.

Fransada çaxnaşmalı hüquqi mübahisələrə səbəb olan Dreyfus hadisəsi Parisdəki alman səfirliyində xadimə kimi çalışan, lakin həqiqətdə fransız xüsusi xidmət orqanlarının casusu bir qadının zibil qutusundan tapdığı imzasız məktubu mərkəzə göndərməsilə başlayır. Alman hərbi attaşesinə yazılan həmin məktubda Fransaya aid məxfi məlumatların verilməsi vəd edilirdi. Fransız Baş Qərargahının başladığı axtarışlardan sonra xəttin oxşarlığı arqument kimi götürülərək şübhələr kapitan Alfred Dreyfus üzərində cəmlənir. Zəngin yəhudi ailəsinin övladı olan Dreyfus Fransadakı yəhudi düşmənçiliyinə baxmayaraq, hərbi məktəbdəki uğurlarına görə kapitan vəzifəsinə qədər yüksələ bilmişdi.

Lakin bu qorxunc ittiham Dreyfusun həm şəxsi həyatının, həm də hərbçi karyerasının sonunu gətirməkdə idi. O, 15 oktyabr 1894-cü ildə həbs olunur. Bir ay davam edən istintaq prosesində onun əleyhinə yeni dəlil tapılmasa da, Dreyfus təqsirkar bilinir və ömürlük həbs cəzasına məhkum edilərək cəzasını çəkmək üçün Fransa Qvianasına, mərkəz Kayennadan 11 km aralıda yerləşən Şeytan Adasına göndərilir.

1896-cı ildə yaşanan başqa bir hadisə "Dreyfus iddiası"nı yenidən gündəmə gətirir. Belə ki, alman səfirliyində çalışan xidmətçi qadın alman zabitindən fransız mayor Esterhaziyə ünvanlanan bir məktubun qaralamasını ələ keçirir. Fransız gizli xidmətinin apardığı istintaq nəticəsində, Dreyfusun təqsirləndirildiyi xəttin əslində Esterhaziyə aid olduğu aşkara çıxarılır. Bu zaman Dreyfusun həyat yoldaşı da mətbuatın köməyi ilə bu hadisəni yenidən gündəmə gətirir. Bütün bunlardan sonra Baş Qərargah, Esterhazi haqqında iddia qaldırmaq məcburiyyətində qalır. Lakin iki gün davam edən iddiadan sonra Esterhazi yekdilliklə bəraət qazanır.

Bu ədalətsiz qərar yazıçı Emil Zolyanı çox hiddətləndirir və o, böyük cəsarət nümayiş etdirərək Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" başlıqlı açıq məktub yazır. 1898-ci ilin 13 yanvar günü "L'Aurore" qəzetinin baş səhifəsində yayımlanan və ölkədə böyük səs-küyə səbəb olan məqalə Dreyfus hadisəsində yeni mərhələ açır. Zolya məktubunda Baş Qərargah rəisini və digər yüksək rütbəli zabitləri vəzifələrini sui-istifadə etməkdə və cəmiyyəti aldatmaqda günahlandırırdı. Məktub yayımlanar-yayımlanmaz, Akademiya üzvü bəzi professorlar və ziyalılar Millət Məclisinə Zolyanın məktubunu dəstəkləyən bəyanat göndərirlər. Ordudan gələn təzyiqlərin də təsiriylə Zolya əleyhinə iddia qaldırılır. Zolyanın məhkumiyyətilə nəticələnən iddiada vəkillər sözü həmişə Dreyfus hadisəsinə gətirirdilər. Buna görə də iddia Dreyfusu müdafiə edənlər baxımından müvəffəqiyyətlə nəticələndi.

1898-ci ilin iyunundakı hökumət dəyişikliyindən sonra Millət Məclisində Alfred Dreyfus haqqında gizli fayldakı sənədlərin bəziləri açıqlanır. Esterhazi haqqında istintaqı icra etmiş zabit isə bu sənədlərin saxtalığını isbat etməyə hazır olduğunu bildirir. Həmin zabitin iddiasından sonrakı sorğuda cinayətini boynuna alan Esterhazi göndərildiyi həbsxanada intihar edir.

Aylarla davam edən müzakirələrdən sonra Dreyfus haqqında verilmiş olan qərar pozulsa da, o, Fransaya geri gətirilərək hərbi-məhkəmədə yenidən mühakimə olunur. Nəhayətində, bəzi yüngülləşdirici səbəblər qəbul olunsa belə, Dreyfus yenə də günahkar hesab edilir. Yeddi il sonra 1904-cü ildə məhkəmə müdafiə naziri, general Andrenin istəyi ilə bu iddiaya yenidən baxır və 1906-cı ildə verilən qərarla Dreyfus bəraət qazanır. Bu qərardan sonra onun 12 il əvvəl sökülən nişanları elə həmin yerdə təntənəli mərasimlə özünə qaytarılır və ona "Fəxri Legion" ordeni verilir. Orduya geri qaytarılan Dreyfus Birinci Dünya müharibəsində də xidmət edir.

Emil Zolyanın o qədər böyük, qarışıq və Fransa üçün ibrətamiz bir məhkəmə prosesinin gedişini dəyişən məktubunun məzmunu belə idi:

"İttiham edirəm!"

(Fransa prezidentinə məktub)

Hörmətli Prezident!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see185

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see128

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see117

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

31 Avqust 2025 19:39see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri