Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

525 ci qəzet Kədərin fövqündəki cəmiyyət Şahanə Müşfiq yazır

525 ci qəzet Kədərin fövqündəki cəmiyyət Şahanə Müşfiq yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Bu gün cəmiyyətimizə hər nəzər salanda, xüsusən, sosial şəbəkələrdə "gəzişəndə" tanınmış həkim-oftalmoloq, şair, professor Paşa Qəlbinurun illər öncə öz müsahibəsində söylədiyi bir fikir yadıma düşür: "Əslində, kədərin zirvəsi qara yox, qırmızı rəng, ağlamaq yox, gülməkdir. Məsələn, bir insan öz doğmasını itiribsə, ağlayırsa, bu, kədərin son həddi deyil, zirvəyə gedən yoldur, ancaq qəhqəhə çəkib gülürsə, kədərin son nöqtəsidir. "İblis" əsərində bir ifadə var: "Ağlamaq istər ikən həp gülərəm" - kədərin zirvəsi budur. Ya da gənc insan rəhmətə gedəndə üstünə qırmızı rəngli parça salırlar. Bu zaman qırmızı rəng kədərin son həddini ifadə edir".

Çox uzağa getməyib (ki, əgər getsək, orada da bənzər mənzərəni görəcəyik), ən yaxın keçmişimizə nəzər salsaq, cəmiyyətimizin saysız-hesabsız kədərə, ağrı-acıya məruz qaldığını, çətin sınaqlardan keçdiyini görərik. 5-6 il öncə dünyanı cənginə alan COVİD-19 pandemiyası cavanlı-qocalı neçə-neçə canları özü ilə apardı. O pandemiyadan sağ qurtulmağı bacaranlar isə həmin dönəmdə keçirdikləri stressin, təlaşın, qorxunun, ağır həyat tərzinin nəticəsində gözlənilmədən, qəfil ölümlərlə getdilər aramızdan, getməyə də davam edirlər.

COVİD bəlası ilə çarpışdığımız dövrdə xalqımız başqa bir imtahanla - müharibə ilə sınandı. Bu müharibə illərin qalaqlanmış həsrətinin, kədərinin, gözləntisinin, həyəcanının bir göz qırpımında üzə çıxdığı, insanların qəlbində duyğular fırtınasının qopduğu bir dönəm idi. Bircə anın içərisində sevinc kədərə, göz yaşı gülüşə, ümid qorxuya, həyəcan təlaşa qarışdı. Düz 44 gün xalqımız bütün bu duyğular fırtınasının tən ortasında qaldı. Hər gün torpaqlarımızın azadlıq xəbərinin yaşatdığı sevinclə bərabər, bu azadlığı bizə bəxş edən oğullarımızın şəhadəti ilə qəhr olduq.

Bütün bunların üzərindən heç də çox zaman keçməyib və əlbəttə, bu qədər yaralar almış bir cəmiyyətin bircə anda, ya da çox qısa zamanda sağalmasını gözləmək absurddur.

Ona görədir ki, bu gün cəmiyyətimizin bəzən hadisələr qarşısındakı reaksiyası kənardan baxan adam üçün çox qəribə, normallıqdan uzaq təsiri bağışlayır. Hər acıya, hər ağrıya gülməyi bacaran, insanların kədəri ilə zarafat edən, yaşanan faciələri belə lağa qoya bilən, başına gətirilən hər ciddi problemi qəhqəhə ilə qarşılayan bir cəmiyyət necə normal ola bilər ki? Ölümə gülən, ona heç bir zərəri dəyməyən insanların faciəsinə sevinən cəmiyyət, sizcə də, qəribə deyilmi?

Bu günlərdə 43 yaşında bir aktrisa səssiz-səmirsiz, qəfil dünyasını dəyişdi. Özü də xərçəng kimi günümüzün bəlası olan çox ağır bir xəstəlikdən. Sən demə, aktrisa xeyli vaxtdan bəri bu bəla ilə çarpışırmış təkbaşına, səssizcə, heç kimsəni narahat etmədən. Elə bunun özü başlı-başına bir insan faciəsi, bir qadının gücünün, vüqarının, qürurunun göstəricisi deyilmi?!

365 (366) günün içərisində doğulmaq üçün də, ölmək üçün də eyni günü seçmək, bu dünyada var olduğun, bütün ömrün boyunca gözlədiyin, şərəfinə məclislər keçirdiyin, ətrafındakı insanların təbriklərini qəbul etdiyin gündə həm də yoxluğa çevrilmək, hər il kimlərsə tərəfindən "uzun ömür, cansağlığı" arzusunu qəbul etdiyin gündə xəstəlikdən qısacıq ömrünün yarıda qırılması nə qəribə tale yazısıdır, İlahi!

Ölümündən sonra yaşadığın evdəki səssizlik, kimsəsizlik, dərin, amansız sükut, arxanca tökülməyən göz yaşları bir qadının 43 illik tənhalığının növbəti ağrılı səhifələri deyilmi?!

Hələ ömrünün baharında bir gəncin bircə anda anasız qalması, necə, heç zarafat obyekti ola bilərmi?

Bəli, əslində, hər ölüm kimi bu ölüm də sayğıya, kədərə, bircə "Allah rəhmət eləsin" sözünə, ya da ən azından sükuta layiq idi. Bəlkə də bəzi ölümlərdən daha çox...

Amma son zamanlarda zarafata, lağlağıya ifrat aludəçi cəmiyyətimiz bu ölümlə də məzələnməyə arqument tapdı. Sırf məşhur olmadığı üçün evində, ailəsində, dörd divar arasındakı günahlarına, hətta mundarlıqlarına kor olanlar aktrisanın ekranlara yansıyan həyat tərzini, müəyyən foto və videolarını səbəb kimi gətirərək bir gənc ömrün bu cür faciəvi bitişinə sevindilər. Öz həyatı xəyanətlər, yalanlar, böhtanlar içərisində itib-batanlar bircə anda namus keşikçisinə, əxlaq mücəssəməsinə çevrildilər. Aktrisanın sağlığında şəkillərinə, paylaşımlarına bəh-bəhlə şərh bildirənlər, baxdıqca "ağzının suyu axanlar", videolarına baxmaq üçün müəyyən məbləğ ödəməkdən çəkinməyənlər, hər vəchdə o və onun kimi qadınlarla bircə saatlıq görüş üçün "ilan dili" çıxaranlar bu gün onun ölümünə "çırtıq çalırlar".

Yenə Paşa Qəlbinurun sözləri düşür yadıma: "...Kədərin zirvəsi qara yox, qırmızı rəng, ağlamaq yox, gülməkdir". Öz kədərində boğulan, ard-arda travmalara məruz qalan cəmiyyət artıq nəyə gülüb, nəyə kədərlənəcəyini, nəyə danışıb, nəyə susacağını belə qarışdırıb. Sevinci, xoşbəxtliyi başqasının ölümündə tapan cəmiyyət mənəviyyatı xəstə bədbəxtdən başqa bir şey deyil.

Allah insaf və şəfa versin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri