Icma.az
close
up
RU
525 ci qəzet Düzgün mütaliənin təməli uşaqlıq çağında atılır

525 ci qəzet Düzgün mütaliənin təməli uşaqlıq çağında atılır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Gənc yaşına rəğmən, qardaş Türkiyədə imzası, əsərləri, kitabları ilə yaxşı tanınan yazıçı Semih Dirinin adını son zamanlar uşaq ədəbiyyatında daha çox eşitməyə başlamışıq. Bu günlərdə ölkəmizdə qonaq olan yazıçı ilə söhbətimiz də məhz uşaq ədəbiyyatı haqqında oldu.

- Semih bəy, Azərbaycana xoş gəlmisiniz! Söhbətimizə ilk olaraq yazmaq həvəsinizdən başlamaq istərdim. Haradan yarandı bu həvəs və yazıçılıq fəaliyyətinizə necə başladınız?

- Öncə müsahibə dəvətiniz üçün təşəkkür edirəm, Şahanə xanım. Qardaş ölkəmiz Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Qonaqpərvərliyiniz üçün minnətdaram! Bədii ədəbiyyatın sehrli dünyası var. Hərdən özümə sual verirəm ki, niyə yazıram? Bunu peşəkar mənada nəzərdə tutmuram. Bir fəaliyyət olaraq niyə yazıram? Bu kainat bizə kifayət deyil, qayda və qanunlarını bizim müəyyən etdiyimiz yeni bir kainat qurmaq cəhdidir yazmaq. Yaxşı oxucu olmadan yaxşı yazıçı olmağın mümkünsüzlüyünə inanıram. Şeir, hekayə, tənqid, poetika kimi müxtəlif janrlarda yazırdım. Bir pedaqoq kimi bəzi vərdişlərin müəyyən yaşdan sonra mənimsənilməsinin mümkün olmadığını kəşf etdim. Oxumaqla bağlı isə həmişə kəmiyyətdən danışılır. Bizdə kitab oxumaq vərdişi ilə bağlı mütaliə mədəniyyətinin olmadığı deyilir. Əslində oxunur, bəs nə oxunur? "Wattpad"də (internet platforması) ucuz roman oxu, nə oxuyursan oxu, bu, yanlışdır. Düzgün mütaliə mədəniyyətinin təməli uşaqlıq çağında atılır. Bu səbəblərdən uşaq ədəbiyyatında da nümunələr yaratmaq qərarına gəldim.

- Uşaq ədəbiyyatının ümumi çərçivəsi haqqında fikirləriniz necədir?

- Təkcə türk uşaq ədəbiyyatının deyil, ümumən uşaq ədəbiyyatı sahəsində onun sərhədlərinin, məzmununun və keyfiyyətlərinin müəyyənləşdirilməsi baxımından ciddi problemlər var. Uşaq ədəbiyyatı uşaqların xəyallarına, hisslərinə, düşüncələrinə əsaslanan şifahi və yazılı bütün əsərləri əhatə edir. Uşaq ədəbiyyatı, erkən uşaqlıqdan başlayan və yeniyetməliyi də əhatə edən bir dövrdə uşaqların dil inkişafı və anlama səviyyələrinə uyğun olaraq onların duyğu və düşüncə dünyalarını bədii linqvistik və vizual mesajlarla zənginləşdirən, qiymətləndirmə səviyyələrini artıran nümunələrin ümumi adıdır. Mütəxəssislərin "uşaq ədəbiyyatı" anlayışına nəzər saldıqda aydın olur ki, uşaq ədəbiyyatı pedaqogika, psixologiya və ədəbiyyat elminin qarşılıqlı və güclü vəhdətini tələb edir. Bu çoxşaxəli məzmunla uşaq ədəbiyyatının meyarlarını, eləcə də uşaq ədəbiyyatı tarixi çərçivəsində dəyərləndiriləcək əsərləri müəyyən etmək böyük çətinlik yaradır.

- Bəs bütün bunları nəzərə alsaq, uşaq ədəbiyyatı nümunələri necə olmalıdır?

- Pedaqoqlar tərəfindən praqmatik funksiyaya və tərbiyəvi perspektivə malik olaraq müəyyən edilən uşaq ədəbiyyatı uşaqların idrak və emosional inkişafı üçün bir vasitədir. Əvvəlki sualınızla əlaqədar olaraq, şəxsən uşaq ədəbiyyatına diqqət yetirmək fikri haradan yarandı? Uşaqcasına və yönləndirilmiş nəşrlər sonrakı yaşlarda mütaliədən qaçan, estetik həzdən xəbərsiz şəxslərin meydana çıxmasına səbəb olur. Həm pedaqoq, həm də yazıçı kimi hesab edirəm ki, uşaq ədəbiyyatında tərbiyə və estetik zövq eyni ölçüdə götürülməlidir. Uşaq ədəbiyyatı didaktikayla yükləndikdə darıxdırıcı, ləzzətsiz mətndən o tərəfə keçə bilməz. Sırf uşağa estetik zövq aşılamaq və ya onun əyləncə və oyun ehtiyaclarını ödəmək məqsədi ilə yazılan mətnlər də yarımçıq olacaq. Əsas prinsipimiz uşaqlıq və uşaqlara uyğunluqdur. Bu gün uşaq ədəbiyyatı sahəsində uşaq mətnləri geniş yer tutur. Onların bir çoxu kommersiya məqsədləri üçün hazırlanmış, akademik yanaşma və estetik zövqü olmayan məhsullardır. Bu sahədə çox düşünmək və seçici olmaq lazımdır.

- Bəs sizin uşaq kitablarınızda vəziyyət necədir?

- İlk əsərim Tuna və İdilin macəralarından bəhs edən və "Berikan Çocuk" nəşriyyatında çap olunmuş üç kitabdan ibarətdir. Əsərlərdə türk mədəniyyətinin mifologiyasına və əfsanələrinə istinadlar var. Bundan əlavə, adlar türk əfsanə, nağıl və dastanlarından seçilib. Bu yolla həm də uşaqlara ortaq türk mədəniyyətini tanıtmağı hədəfləyirəm. "Yanaq bəy və xilasetmə qrupu" adlı seriyanın ilk kitabında Tunaya hədiyyə olaraq verilən şirin balıq Yanaq bəyin başına gələn hadisələrdən sonra Tuna, Talay, Kegi və xilasetmə qrupunun digər üzvləri cənab Yanağı xilas etmək üçün həyəcanlı bir səyahətə çıxırlar.

İkinci kitab - "Təzadlar diyarında bir gün"də Tuna və İdil özlərini bir nağılın ortasında tapırlar. O, bu diyarın ən müdrik adamı Umay Ana ilə tanış olur, Qaraquş və Yelbegen kimi təbiət dostları ilə müxtəlif macəralar yaşayırlar.

Seriyanın üçüncü kitabı "Notlar niyə küsdü?" adlanır. Burada əkizlər hər həftə sonu olduğu kimi babaları Münir bəyi ziyarətə gedirlər. Onların məşhur bəstəkar olan babaları uzun müddətdir ki, musiqi bəstələyə bilmədiyi üçün kədərlidir. Bu macərada Tuna və İdil mübahisə edən notları barışdırmaq üçün musiqinin çılğın dünyasında İlham pərisi və sevimli notlarla tanış olurlar.

Bu seriya uşaqlara dostluq, yardımlaşmaq və kəşf mövzularını əyləncəli və öyrədici şəkildə təqdim edir. Xüsusilə inkişaf mərhələsində olan uşaqların özlərini dəyərlər üzərində tərbiyə etmək, əsas əxlaqi və ictimai qaydaları mənimsəmək, əsasən da 4-6 yaş arasında öz fərdiliyini və sosial kimliyini müəyyən etdiyi bir dövrdə uşaq ədəbiyyatının əhəmiyyəti inkar edilə bilməz. Bu səbəbdən hekayələr yazarkən uşağın söz ehtiyatını genişləndirəcək, onu əyləndirəcək süjetlər yaratmağa çalışıram. Eyni zamanda, uşaq ədəbiyyatı özlüyündə bir tədqiqat sahəsi və akademik mərkəzdir. Bu nöqtədə fənlərarası yanaşma tələb olunur. Uşaq ədəbiyyatının pedaqoji aspektini diqqətdən kənarda qoymamaq və şəxsi təxəyyülümüzü bu sahəyə daxil etmək üçün komanda şəklində çalışırıq.

Bu yaş qrupunda olan uşaqlar əyani materiallara maraq göstərirlər. Bu səbəbdən vizuallıq və əyləncənin əhəmiyyətini vurğulayan dəyərli illüstrator Sevil Keleşin rəsmləri ilə uşaqlara yeni qapılar açmağı hədəfləyirik. Pedaqoji nöqteyi-nəzərdən yazdığım mətnin yaş qruplarının təsnifatı və uyğunluğu ilə bağlı pedaqoqdan kömək alırıq. Bu üç kitabım yaxın aylarda "Altun kitab" nəşriyyatı vasitəsilə Azərbaycanda uşaqların görüşünə gələcək. Bu məqamda nəşriyyatın müdiri Rafiq İsmayılova və redaktorumuz Elnur Astanbəyliyə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Azərbaycanda nəşrlərimiz davam edəcək.

- Ancaq uşaq kitablarınız bunlarla kifayətlənmir. Digər kitablarınızın mövzusu və hədəfi nədir?

- "Alaz ilə Atəş" adlı kitabım 2024-cü ildə Ötüken Çocuk Yayınları tərəfindən nəşr olundu. Kitab meşədə hüzur dolu həyat sürən fil, qartal, meymun, timsah, sincab, bülbül və zürafə kimi heyvanların bir gün təpədə görünən tüstünün ardınca gedərək macəra dolu səyahətə çıxmaqlarından bəhs edir. Bu macərada dostlarımızın Alaz və Atəşə yetişmək üçün apardıqları mübarizə və sonrakı təcrübələri nəql edilir.

"Gülə-gülə, dostum bez" adlı kitabım isə daha kiçik yaş qrupu üçün maarifləndirici əsərdir. Tualetə alışdırmaq prosesini dəstəkləməyi hədəfləyən bu kitabda Alpın pişiyi Prens ilə arasında keçən dialoqları və xəyali bir personaj olan Bezinin macəraları maraq doğurur. Bu sayədə uşaqların tualetə alışdırılması prosesini həm onların özləri üçün, həm də valideynlər üçün öyrədici və əyləncəli hala gətirməyə çalışmışam.

"Seyfi baba" adlı kitabımda "İstiqlal marşı"nın müəllifi Mehmet Akif Ərsoyun "Safahat" adlı əsərində yer alan mənzum hekayələrdən birini uşaqlara tanıtmağa çalışmışam. Kitab müdrikliyin, mərhəmətin və təvazökarlığın ön planda olduğu bu hekayəni günümüzün türkcəsinə uyğunlaşdırılmış və rəsmlərlə dizayn edilmiş şəkildə uşaqlarımıza təqdim edir. Hekayə boyunca ucqar kənddə yaşayan Seyfi babanın həyatına və şair Mehmet Akif Ərsoyun səmimi təhkiyəsinə şahid oluruq.

Eləcə də Türk və dünya ədəbiyyatından 40 önəmli əsəri "Berikan Çocuk" nəşriyyatında bir seriya şəklində çap etdik. Redaktoru olduğum bu işdə uşaqlar üçün uyğun dil və uyğun pedaqoji yanaşma ilə "Dədə Qorqud"dan "Molla Nəsrəddin"ə, "Alisa möcüzələr ölkəsində" əsərindən "Tom Soyerin macəraları"na qədər çox mühüm əsərləri uşaqların ixtiyarına verdik.

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri