Icma.az
close
up
RU
525 ci qəzet Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? Elnarə Qaragözova yazır

525 ci qəzet Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? Elnarə Qaragözova yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Elnarə QARAGÖZOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

İnsanın həyatına təsir gücünə malik ilahi qüvvəyə ilk inancı heyvan, bitki kultu kimi təzahür edib. İnsan soyunun əcdadını ararkən bitki və heyvanların özünə bənzər və fərqli xüsusiyyətlərini aşkar edərək onlarda müqəddəs ruhun varlığına inanıb, beləliklə, bəşər tarixində totemizmin, daha sonralar isə animizmin inanc və bədii mətn sistemlərində bu günə qədər qorunan özəl plastı yaranıb. Xüsusilə türk xalqları içərisində ağac kultu və qurd totemi olduqca güclüdür. Lakin ədəbiyyatşünaslıq və folkorşünaslıqda ağac kultu və qurd totemi geniş tədqiq olunduğundan biz bu araşdırmada daha az diqqət yetirilmiş ilan kultundan söz açacağıq.

Azərbaycan nağıl və əsatirlərinin obraz strukturunda önəmli yer tutan ilan obrazı qədim türklərin mühüm kultlarından biridir. Kamil Vəliyev "Elin yaddaşı, dilin yaddaşı" kitabında yazır: "Şumer və Elamda aparılmış qazıntılarda buynuzlu ilan heykəlləri, müqəddəs ağacı qoruyan ilan, qapı gözətçisi olan ilan heykəlləri tapılmışdır. Deməli, ilanın əsas vəzifəsi qoruyuculuq olmuşdur. Şumerlərin ilan tanrıları Ningişzida və Papsukal məhz həmin vəzifəni yerinə yetirmişlər. Eti və Hithit əfsanələrində İlluankaş adlı ilan iştirak edir. Volqa boyunca yaşayan xalqlar ilanı uğurlu heyvan saymışlar. Şumer qəhrəmanı Gilqamış ölməzliyə çatmaq üçün dənizin dibindən əldə etdiyi otu bir ilana qapdırmışdır". İlan kultunun qədim azərbaycanlılar arasında da mövcud olduğunu Azərbaycanın bir sıra yerlərində ilan totemi ilə əlaqədar olaraq "ilan piri", "ilan dağ" adlı pirlərin, yerlərin olması sübut edir. Mirəli Seyidov "Azərbaycan mifik təfəkkürünün qaynaqları" əsərində ilan onqonunun tarixinə nəzər salaraq yazır: "İlan onqonu o qədər geniş yayılıbmış ki, məişətdə işlənən qab-qacaqda da onun şəkli qabardılırmış. Bu baxımdan Azərbaycanda tapılmış (eranın ilk əsrlərinə aid ) qabın üzərindəki ilan rəsmi maraqlıdır. Bəlkə də bu qab ilan onqonu ayin oyunlarında işlənərmiş". İdris İbrahimov isə "Atalar sözü və məsəllər" adlı əsərində bu faktı belə izah edir: "Məlumdur ki, Zərdüştlükdən qabaq ilan qədim azərbaycanlının totemi olmuşdur. "İlanın quyruğunu basmasan, səni sancmaz" ifadəsində müsbət münasibətin izləri mühafizə olunmaqdadır. Zərdüşt dininin özündən əvvəlki dini görüşlərlə mübarizəsi isə ilana qarşı münasibəti dəyişmiş, mənfiləşdirmişdir".       

Şifahi xalq ədəbiyyatında ilanlar çox zaman cildlərini dəyişib gözəl bir qıza və ya oğlana çevrilib ya insana kömək edir, ya da onunla ailə qururlar. Buna misal olaraq "Taxta qılınc", "Şəmsi qəmər" nağıllarını göstərmək olar. Qərb ədəbiyyatında Hofmanın "Qızıl küp" əsərində də eyni motivə rast gəlinir. Qeyd etdiyimiz kimi, ilan sehrbazlıq və cadugərlikdə istifadə olunan bir vasitədir. Qədim zamanlardan bəri məişətdə ilandan şəfaverici, dərman kimi istifadə olunub. Məsələn: "Kim ilan buynuzu tapıb nehrəyə atsa, çalxadığı bütün süt çönüb yağ olacaq. Uşağı olmayan qadını içinə ilan qabığı, qurd kəlləsi salınmış su ilə çimizdirəndə onun uşağı olar. Əgər bir adam üstünə ilan qabığı və ya ilan dili asıb gəzsə, ona heç vaxt it hürməz. İlanın qabığını evə qoyanda o evə şər qüvvələr gələ bilməz, həm də evdə bərəkət olar".

Nağıllarda sehrbaz dərvişlər ilan ətini yeməklə otların, daşların səsini eşitməyə nail olurlar. Bu, yəqin ki, ilanın həm də müdrikliyin simvolu olmasına dair qədim inamın nişanəsidir. Hənəfi Zeynallı da bu barədə maraqlı məlumat verib: "Dərvişdə hər şeyi qızıla çevirən iksir daşı olur. Bunun ən çox möcüzəli bir surətdə təsir qüvvəsi başı, quyruğu kəsilmiş ilanın qovurmasını yeməkdə imiş. Bunu yeyər-yeməz bütün otların, daşların səsi onun qulağına gəlmişdir. Hər birisi hansı xəstəliyə dərman olduğunu və ya torpağın altında nə kimi dəfinələr gizləmiş olduğunu söyləyir və bu səs dərvişin qulağına gələrmiş. Lakin bəzən də ilan ətini yeyən tamamilə qızıla dönürmüş".

"Toyuq birqıçlıdır" adlı nağılda da dərviş ilan ətini yeməklə quşların, heyvanların səsini eşidib anlayır. Maraqlı burasıdır ki, "Ovçu Pirim" əfsanəsində də ilanlar padşahının Ovçu Pirimin ağzına tüpürməsi ilə o heyvanların, quşların dilini anlamağa başlayır. "Şahzadə Mütalib" nağılında ilanlar padşahı - qızıl teştdə oturmuş yaşıl ilan ona kömək edərək Süleyman peyğəmbərin yerini deyir. Burada ilan yaxşılığa yaxşılıqla cavab verir və ədalət rəmzi kimi göstərilir. Maraqlıdır ki, bir çox nağıllardakı kimi bu nağılda da ağ ilanlarla qara ilanların müharibəsi təsvir olunur və qəhrəman müsbət səciyyəli ağ ilanlara kömək edir. Bu müharibəni işıqla qaranlığın mübarizəsi kimi götürsək, nağıllarımızda ilanın bəzən mənfi, bəzən müsbət olmasını anlamaq mümkündür. Demək, ilanların bəziləri şəri, qaranlığı, bəziləri isə işığı, xeyiri təmsil edən qüvvələr kimi səciyyələndirilib. Bəzi nağıllarda isə qəhrəman ilanlar padşahının qızı ilə müəyyən məqsədlə evlənir. Məsələn, "Qaraqaşın nağılı"nda Qaraqaş ilanlar padşahının qızı ilə evlənərək onu öldürür, ətini sevgilisi Pəri xanımın üzünə çəkərək qızı sağaldır. "Aldədənin şümşad əsası" adlı əfsanədə isə şümşad əsa daşa vurulan kimi ilana çevrilir və ərəblərin qoşununu qırır. Bu motiv Musa peyğəmbər haqqında dini rəvayətlə yaxından səsləşir. Maraqlıdır ki, əski totem olan ilan yeni dünyagörüşü, yeni dinin təmsilçiləri olan ərəblərə qarşı yönəlib.

Bütün bunlardan aydın olur ki, ilan kultu sonradan islam dininin təsiri ilə aradan çıxsa da, xalq ədəbiyyatında, ovsunlarda, yasaqlarda, mifoloji inamlarda varlığını qoruyub saxlayıb və cadugərlər, sehrbazlar xalqın şüuraltında olan bu müqəddəs inanclarından öz ayinlərində, tilsimlərində istifadə edərək onu yaşadıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see148

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri