525 ci qəzet Gimnaziya şagirdləri Bakı Dövlət Universiteti ilə tanış olublar
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın X-XI sinif şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
Universitetdən 525.az-a bildirilib ki, şagirdlər Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Təkamül təlimi” muzeyi, “Ekoməkan”, İdman kompleksi və laboratoriyaların fəaliyyətini yaxından izləyiblər.
Ziyarət zamanı şagirdlərə BDU-nun yaranma tarixi, elmi və tədris fəaliyyəti, beynəlxalq uğurları, ixtisasları, tanınmış məzunları haqqında ətraflı məlumat verilib. Onlar universitetin laboratoriyalarında aparılan tədqiqat işləri, muzeylərdəki kolleksiyalar və tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün fəaliyyət göstərən müxtəlif klub və dərnəklərlə də tanış olublar.
Bu cür ekskursiyalar şagirdlərin ixtisas seçimi barədə daha məqsədyönlü qərarlar vermələrinə kömək edir.
Sevinc Qarayeva
Baxış sayı:64
Bu xəbər 11 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















