Məmmədbəyli kəndinə köçən sakin: Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
Mən Zəngilan rayonunun Məmmədbəyli kəndindənəm. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Çünki bu gün torpaqlarımıza, öz vətənimizə qovuşuruq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Raqif Gülüşov söyləyib.
"O torpaqlar uğrunda şəhidlərimizin qanı axıdılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Allah Prezidentimizə cansağlığı versin. Onun "Dəmir yumruğ"u daim düşmənlərimizin başı üzərində olsun",- deyə R.Gülüşov vurğulayıb.
Prezident İlham Əliyevin qətiyyəti, şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi sayəsində bu gün doğma torpaqlarına qayıtdığını deyən keçmiş məcburi köçkün bildirib: "Bu gün sevincimizin ən uca, ən unudulmaz günüdür.
Tam 30 ildən sonra öz vətənimə, öz kəndimə, öz obama dönürəm. Bu yolda bizə dəstək olan, kömək göstərən hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Dekabr 2025 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















