Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

525 ci qəzet Həmişə ön sıralarda

525 ci qəzet Həmişə ön sıralarda

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mirşahinin uzun illər Azərbaycan televiziya məkanında apardığı, əsasən siyasi təhlil xarakterli verilişlər daim diqqət mərkəzində olub.

Hələ tələbəlik illərindən onun peşəkar jurnalist kimi yetişəcəyinə şübhəm yox idi. Gənc və fəal tələbənin istedadı elə universitet auditoriyalarında özünü büruzə verirdi. Digər tələbə dostum - həmkarım, həmyerlim Etibar İbrahimovla bir qrupda oxuyurdular və Mirşahinlə tanışlığımız da onun vasitəsilə baş tutmuşdu.

Bizim tələbəliyimiz 80-ci illərin sonuna təsadüf edirdi - milli-azadlıq hərəkatının vüsət aldığı o ağır dövrə. Fakültədə təhsil alan  əyalətdən gəlmiş gənclər çox idi. Geyimləri olduqca sadə, bir qədər də kasıbyana olduğundan biz - şəhər uşaqları onlara az diqqət ayırırdıq. Mirşahin də həmin gənclərin sırasındaydı. Tələbəlik illəri və sonrakı proseslər kimin nəyə qadir olduğunu açıq-aşkar göstərdi. Mirşahin hətta müəllimləri özünəməxsus mürəkkəb, bir qədər də qəliz, düşündürücü söz və fikirləri ilə mat-məəttəl qoymuşdu. Sanki ağzından od-alov püskürən bir tələbə-gəncin çıxışları qarşısında acizlik hökm sürürdu. Vaxt-zaman torpaq, millət, azadlıq şüarlarının fonunda istedadlar yetişirdi. Mirşahinin taleyinə ön sıralar düşdü, daha dəqiq desək, o özü qeyri-adi istedadı ilə bunu qazandı. Bu kimi keyfiyyətləri Mirşahini  daha gərgin mübarizələrə atdı - ANS telekanalının yaradıcılarından birinə çevrildi. Etibar İbrahimov Bakıda qaldı, ANS-də çalışdı. Mən isə, qatı millətçi Ömər Faiq Nemənzadə demiş, rus-erməni yuvasına çevrilmiş Bakını heç sevmədiyimdən Cümhuriyyət paytaxtına - doğma Gəncəyə qayıtdım. Bax burada Mirşahinə məxsus bir böyük keyfiyyəti də xüsusi qeyd etməliyəm - mübarizlik və işgüzarlıq!

Sonrakı dövrlərdə keçmiş ANS telekanalındakı məhsuldar fəaliyyəti, ictimai-siyasi və analitik təhlilləri, ağır müharibə dövrünün çağırışları və bu reallıqların fonunda gənc telejurnalistlərin, o cümlədən Mirşahin bəyin üzərinə düşən böyük məsuliyyət, ən təhlükəli döyüş bölgələrində aparılan çəkilişlər, çoxsaylı müsahibələr və ondan da ağır şəraitdə intizarda olan xəbər izləyiciləri üçün hazırlanan sanballı materiallar müasir Azərbaycan telejurnalistikasının qızıl fondu sayılmalıdır.

Məlumdur ki, tələbkar Azərbaycan auditoriyasına düzgün və qərəzsiz süjetlər hazırlayıb onun maraqlarını lazımınca təmin etmək xüsusi  ustalıq tələb edir. Yeri gəlmişkən, əvvəllər Azərbaycanda  informasiya təminatının faiz göstəricisi kifayət qədər az olsa da, indi bu nicbət bəlkə də birə-beş artıb. Əslində telekanallar arasında rəqabət də artmaqdadır. Deməli, daha yüksək səriştə və peşəkarlıq telejurnalistikanın əsas göstəricisidir.

Qeyd edək ki, yaşadığımız dövrdə və mövcud coğrafi məkanda informasiya bazarına doğru-dürüst məlumatlar təqdim etmək və operativ olaraq teleistehlakçıya - izləyiciyə və ya dinləyiciyə çatdırmaq hər jurnalistin imkanları daxilində deyil. Müasir baxışları və onlardan doğan istəkləri razı salmaq, yeri gələndə, üstələmək qan-tər işidir. Bu mənada, vəzifəsinin öhdəsindən peşəkarlıqla   gələ biləcək jurnalist və yazarlarımız, həmçinin müəllif  verilişləri, təəssüf ki, azdır. Təbii ki, onların sırasında xüsusi dəyərləndirdiyimiz və seçdiyimiz, ürəyimizcə olan "Mir Şahinin vaxtı"dır. Hazırda bu verilişin baxış reytinqinə nəzər salsaq, izləyici sayının nə qədər yüksək olduğunu görərik. Bəs bu qədər auditoriya sevgisini qazanmaq nədən qaynaqlanır?

İlk növbədə, etiraf edilməlidir ki, veriliş müəllifinin nəzəri fikir və təcrübə zənginliyi bütün hallarda ona uğur gətirən əsas meyardır. Sözün çəkisini yaxşı bilən Mirşahin hər bir çıxışında onun nə vaxt və hansı məqamda işlədiləcəyinə ciddi diqqət yetirir. "Faktdan başqa fakt yoxdur, müxbir onun rəsuludur" - deyən Mirşahin jurnalistikada hər bir şeyin fakta söykəndiyini xüsusi vurğulayır.

"Mir Şahinin vaxtı"nın növbəti buraxışlarını izləyirik. Verilişə müasir tipli qatarda başlayan Mirşahin: "Bu saat təkcə qatarda deyilik, zamanın içindəyik, qatar isə rəmzdir" - deyərək Bakının 30 il əvvəlki yollarını, acınacaqlı infrastrukturtunu arxiv süjetləri ilə indiki gözəl yollarımızı və  tıxaclarımızı bəzən bəyənməyən tamaşaçıya müqayisəli təqdimat verir. Ölkə başçısı cənab İlham Əliyevin son müşavirələrdəki çıxışlarından iqtibaslar, süjetlə mövsunu daha canlı edir. "O zaman oralardaydıq - bərbad şəhərdə, bəs bu gün haradayıq... Gəlin özümüzə kənardan kənara baxaq". Olduqca  məntiqi və düşündürücüdür... Nə yaxşı ki, arxivlər qorunur, köhnə süjetlər mühafizə olunur. Bəli, o zaman hardaydıq, indi Azərbaycan haradadır...

Tarixə qovuşmuş "Əsrin müqaviləsi" və bu müqavilənin əhəmiyyəti, onun Azərbaycana gətirdiyi əsl müstəqillik... Və əlçatmaz zirvələr fəth etmiş Azərbaycanın bu günü! "Mir Şahinin vaxtı" bu müqayisəli çıxışları ilə unutduğumuz və unutmadıqlarımızı bütün məqamları  bizə xatırladır.

Mirşahin müəllifi olduğu verilişə  mövzu seçimini və hədəfləri   öncədən, bütün kriteriyalara uyğun ustalıqla hazırlayır, süzgəcdən keçirir, güclü performans şəklində izləyicinin ixtiyarına təqdim edir.

"Real" Təhlil və İnformasiya Mərkəzinin fəaliyyətində dövlətçilik məsələləri xüsusi yer tutur. Ölkə başçısının fərman və sərəncamları, qəbul edilən dövlət əhəmiyyətli sənədlər, prezidentin jurnalistlərə verdiyi müsahibələr, müxtəlif xarici ölkə jurnalistlərinin suallarına cavablar və s. REAL TV və Mirşahinlə daha maraqlı, daha geniş analitik təhlilə məruz qalır. Bütün siyasi, iqtisadi və sosial xarakterli təhlillərdə jurnalistikanın yazılan və yazılmayan qanunlarına ciddi riayət edilir. "Mir Şahinin vaxtı" zamanın nəbzini tuta bilir. Bütün qısa informasiyalar yığcam olduğu qədər də genişdir, kifayət qədər əlçatandır. Verilən icmallar, şərhlər, təfərrüatlar  televiziya tamaşaçılarını düşünməyə və aparılan müqayisə-analizlərə münasibətdə fəal olmağa, hadisələrə fərdi maraq göstərməyə vadar edir.

Daha son efirlərdən birini Şuşadan seyr edirik. 2025-ci ilin ölkə başçısı tərəfindən "Suverenlik və Konstitusiya ili" elan etməsi ilə bağlı buradan ötürülən mesajlar qürurvericidir. Şuşanın dağlarından  Davosa, Alp dağlararına qayıdan aparıcı Davos iqtisadi forumunda müzakirə edilən məsələlərə baş vurur, cənab Prezidentin beynəlxalq forumdakı məhsuldar və işgüzar fəaliyyətinə toxunur. Müqayisələr davamlı aparılır və COP29-un Bakıda keçirilməsinin də böyük əhəmiyyəti yenidən gündəmə gətirilir. "Mirşahinin vaxtı" sərhəd bilmir - istər mövzu baxımından, istərsə də coğrafi baxımdan.

Düşünürəm ki, müasir Azərbaycan telejurnalistikası Mirşahinlə yeni  tarixə çevriləcək və ya artıq çevrilib. Bir sıra yeni, daha maraqlı mövzu və layihələrə davamlı imza atlılır. Vaxt gələcək bu tarixin  səhifələri nəzəriyyə kimi öyrəniləcək və  telejurnalistikanın  əsasları kimi araşdırılacaq.

Budur, yeni nəsil jurnalistlərimiz artıq yetişməkdədir.

Gənc, müstəqil dövlətimizin dayaqları təzə-təzə qurularkən, respublikamızın peşəkar jurnalist kadrlarına böyük ehtiyacı vardı. Açıq deyək ki, profesionallar az idi. O zaman Jurnalistika fakültəsinə qəbul da məhdud, üstəlik, bu fakültəyə qəbul qaydaları da fərqli idi.

Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Müstəqil Azərbaycanın güclü inkişafı bütün sahələrin, o cümlədən peşəyönümlü ixtisasların artmasına və genişlənməsinə, əlçatanlığına şərait yaratdi. Az bir vaxt ərzində yetişən istedadlı jurnalistlərimiz milli mətbuatımıza yeni nəfəs gətirdi. Məhz həmin, bildiyimiz keçid dövrü olduqca çətin və keşməkeşli oldu. Bu dövrdə yetişən Mirşahinin taleyinə düşən çətin telekanal fəaliyyəti, ağır senzura və qadağalar şəraitində böyük jurnalistikaya baş vurmaq missiyası yeni tarixin - müasir telejurnalistikamızın başlanğıcını qoydu. O dövrdə qədim Gəncədə, region qəzetində çalışsam da, həmin tarixi məqamlar jurnalist dəftərçəmdə əbədi yer qazandı.

Bax, beləcə, jurnalist məsuliyyəti, mobillik, yüksək erudisiya, operativlik və qorxmazlıq, əlavə olaraq,  jurnalist sözünün kəsəri bu sənətə aparan yola gur işıq saçdı və istedadlı həmkarımız Mirşahinin  yaradıcılığı yeni tarix yazdı - sabaha aparan yolun bünövrəsinə öz sanballı töhfələrini vermiş ən yeni tarix.

Yolunuz açıq olsun, Mirşahin bəy, vaxtınız daim zamanla ayaqlaşsın!..

Maarif RZAYEV
Azərbaycan Dövlət Aqrar Universiteti "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see229

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see227

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see222

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see173

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see171

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

14 Sentyabr 2026 14:40see171

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see169

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri