Faktlara söykənən mövqe qarşısında həqiqət gec tez təstiq edilir Kamran Əsədov
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Dövlət İmtahan Mərkəzinin mənim səhv olduğunu əsaslandırdığım test tapşırığını qəbul etməsi və nəticədə onun səhv olduğunu rəsmi şəkildə təsdiqləməsi ədalətin təntənəsi kimi qiymətləndirilməlidir.
Məhz bu cür obyektiv və vicdanlı yanaşma DİM-dən gözlədiyimiz davranış idi – səhvi etiraf etmək və bütün abituriyentlərin maraqlarını müdafiə etmək. Bu qərar bir daha göstərdi ki, DİM abituriyentin və elmi yanaşmanın yanlndadır, əsaslı və faktlara söykənən mövqe qarşısında həqiqət gec-tez təstiq edilir.
Buradan DİM-in rəhbərliyinə, əməkdaşlarına təşəkkür edirəm. Ayrıca özünü haqlı sanan, təhsil müzakirələrində yaltaqlıq və qorxaq loyalıqla mövqe tutmağa çalışan Asif müəllimə də açıq şəkildə demək istəyirəm: tarix elmi ilə ciddi tanış ol, sən hələ də tarix deyəndə sadəcə əzbəri anlayırsan. İnsan bilmədiyi mövzuda susmağı bacarmalıdır. Amma sən utanmadan, faktlara göz yumar, elmi arqumentləri danaraq danışmağa davam edirsən. Həqiqət isə nə yaltaqlıqla, nə də çəkinməklə dəyişmir.
Bu gün haqlı olduğumun sübut olunması, təkcə bir test tapşırığının düzəlməsindən ibarət deyil – bu, həm də illərlə təhsil uğrunda aparılan mübarizənin kiçik, amma mühüm bir qələbəsidir. DİM-in bu qərarına görə təşəkkür edirəm. Ədalət tanındıqda, təhsilin nüfuzu da güclənir".
Kamran Əsədov,
Təhsil eksperti
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 05 İyun 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















