Icma.az
close
up
RU
525 ci qəzet Mənim ömrüm mənə sahib çıxmadı

525 ci qəzet Mənim ömrüm mənə sahib çıxmadı

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zeynalabdin NOVRUZOĞLU

Mənim ömrüm mənə sahib çıxmadı

Mənim ömrüm əkdiyimi yığmadı,

Mənim ömrüm mənə sahib çıxmadı.

Səhranı dolandı, düzü dolandı,

Keçilməz dağlardan yola boylandı.

Özgələri daha yaxşı duyandı,

Mənim ömrüm mənə sahib çıxmadı.

Hər fürsətdə gözlərini qapadı,

Dedi ki, astarı üzdən bahadı.

Guya pəhriz xəstəliyə çarədi,

Mənim ömrüm mənə sahib çıxmadı.

Nə sağa əyildi, nə də ki sola,

Başını dik tutdu - nə ola-ola...

Saldı məni gündə bir qalmaqala,

Mənim ömrüm mənə sahib çıxmadı.

Zəhmətimin heç olmadı səməri,

Var-dövlətdən heç yox imiş xəbəri.

Heç olmadı fərasəti, təpəri,

Mənim ömrüm mənə sahib çıxmadı.

Dünyanın dərdini çəkdi içinə,

Qaynayıb daşmadı, çökdü içinə,

Sığındı bir kənddə daxma küncünə,

Mənim ömrüm mənə sahib çıxmadı.

Çox fırlandı zəmanənin çarxında,

Dedim gedək, o getmədi vaxtında.

Qoydu-qaçdı oyunun axırında,

Mənim ömrüm mənə sahib çıxmadı.

Minnətini doya-doya yaşadım,

İllərə baxanda guya yaşadım,

Gerçək yaşamadım, röya yaşadım,

Mənim ömrüm mənə sahib çıxmadı.

Mən bu ömrə nə vermişdim, nə aldım?

Mən özümü öz ömrümdən qopardım.

Ölən ömrü hey diriltdim, yaşatdım,

Mənim ömrüm mənə sahib çıxmadı...

Ya da ki, dağıl...

Payızdan sərt qışa keçməyə nə var,

Payızdan bahara qayıtmaq çətin.

Külək tək gəlməyə-getməyə nə var,

Yağış tək torpağı yarıtmaq çətin.

Bu yolda boran var, tufan var, qar var,

Qorxub çəkilənlər yolçu sayılmaz.

Sıldırımlı yoxuş həm də ki, çox dar,

Təkcə cəfakeşlər geri qayıtmaz.

Bu yolda gövdələr, köklər quruyur,

Çinarlar can verir ayaq üstdəcə.

Yıxılan ağacı balta doğrayır,

Oduna qızınır kimsə müftəcə.

Palıdın saçında şimşəyin əli,

İldırım gücünü göstərir ona.

Daşları quyuya tökdükcə dəli,

Ağıllılar tərif deyir boyuna.

Ağlı olanların gücü nə gəzir,

Zorun qabağında mat qalıb ağıl.

Qatıb qabağına eyləyib əsir,

Ya çarə tap, dünya, ya da ki, dağıl!

Yolun axırına çıxasan gərək

Yolu yoxuşacan getməyə nə var,

Piyada yolçunu ötməyə nə var,

Bir anda görünüb itməyə nə var,

Yolun axırına çıxasan gərək.

Hər naşı yolçudan bil, səyyah olmaz,

Hər oğul başını bu yolda qoymaz.

Başını qoymasan, o yol qorunmaz,

Yolun axırına çıxasan gərək.

Hesaba almayıb gəlir-çıxarı,

Onlardan qalxasan bir az yuxarı,

Günəşdən öyrənib nur paylamağı,

Yolun axırına çıxasan gərək.

Sıyrıla biləsən suçdan, suçludan,

Qorxmayasan yol kəsəndən, qoçudan...

Onları seyr edib çox-çox ucadan,

Yolun axırına çıxasan gərək.

Dərələr keçəsən, dağlar aşasan,

Qayaya güvənib doğmalaşasan.

Ən uzaq zirvəyə bayraq sancasan,

Yolun axırına çıxasan gərək.

Yol səni incitsə, yorsa, dözəsən.

Ayağın döyənək olsa, dözəsən,

Ölmək lazım gəlsə, gərək öləsən,

Yolun axırına çıxasan gərək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri