525 ci qəzet Naxçıvanda bağça müdiri vəzifəsinə işə qəbul imtahanının test mərhələsi təşkil olunub
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevralın 22-də Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant müdir vəzifəsinə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün test imtahanı mərhələsi təşkil olunub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Test mərhələsində ötən il noyabrın 27-dən dekabrın 4-dək ölkə üzrə elan olunan sənəd qəbulunda iştirak edən, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim vəzifəsində çalışan 17 namizəd mübarizə aparıb.
Qeyd edək ki, imtahanda hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla, ümumi 60 sual təqdim edilib. Hər bir istiqamət üzrə minimum 5 bal olmaqla, ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq. (AZƏRTAC)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Fevral 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















