Naxçıvanda bağçalara müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi təşkil olunacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 16-da Naxçıvanda Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalar çərçivəsində aparılmış müsabiqənin məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsahibə mərhələsində məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə Elm və Təhsil Nazirliyi ilə birgə ölkə üzrə mərkəzləşmiş qaydalara uyğun olaraq işə qəbul üçün keçirilən test imtahanında uğur qazanan 8 namizədin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallartəqdim olunacaq.
STEAM Təlim-Tədris Mərkəzində keçiriləcək müsahibənin vaxtı barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















