Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir? Nihat Pir

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir? Nihat Pir

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Nihat Pirin “Metro, iki min beş yüz kişi və Livan, yaxud qadın dünyanı necə xilas edir?” yazısını təqdim edir.


O gün metronun düz ortasındaca beş nəfər kişi yaxalaşdı. Sevirəm mən bu yaxalaşmaq sözünü. Otuz illik ömrümdə heç vaxt yaxalaşmamışam. Dalaşmışam, davam olub. Mübahisə etmişəm, mübahisəm olub, amma heç vaxt kiminləsə yaxalaşmamışam.
Bir-iki nəfər cəhd elədi, ayıra bilmədi onları. Mən də cəhd elədim, mən də ayıra bilmədim. Bircə səsə ayırdılar amma. İncə, ipincə bir səs – qadın səsi. Dedi, ayıbdır. Bircə kəlmə bəs elədi ki, hamı ayrıldı bir-birindən. Hamı əl çəkdi bir-birinin yaxasından. Mən inanıram ki, ikinci bir kəlmə gəlsə, o yaxalaşan adamlar hətta qucaqlaşadırlar da.
Beləcə qadın dörd-beş nəfəri xilas elədi.
Yadıma düşür əsgərliyim. Sənə danışıram, iki min on üçün iyulundan. İki min on üçün qırx dərəcə istisindən. Və iki min on üçün Cəlilabadından. Dözülməz istisindən. İlahi, bu isti adama məhz bu banal ironiyanı dedizdirir: doğrudanmı, bu dünyanın hələ cəhənnəmi də var?
Əsgərlik. İki min beş yüz əsgərin səhər düzülüşü. İki min beş yüz əsgərin dimdik bir nöqtəyə dikilməsi. Hər tərəfdə eyni cins. Sağın-solun kişi, önün-arxan kişi. İlahi, sənə əmr verən kişi, yanında əmr alan kişi, qaçan kişi, qovan kişi. Hamı kişi. Hər kəs kişi. Dünyanın bu qədər boz, bu qədər bomboz olduğunu sübut edəcək başqa nəsnə az olar. Birincisi budur, məhz bu: sən yatanda kişi səsi ilə yatırsan, sən duranda kişi səsi ilə durursan. Yeməyi kişi ilə yeyirsən, qablarını kişi yuyur, qablarını kişi ilə yuyursan.
Birdən hərbi hissənin iri darvazasının əl qapısı cırıldayır. Mən sənə deyim, bu cırıltı Baxı xatırladır. Mən sənə deyim, bu cırıltı Motsartı yada salır. Mən sənə deyim, bu cırıltı simfoniyadır, bu cırıltı üverturadır.
O bapbalaca qapıdan bir tıkkıltı keçir içəri. Tık-tak, tak-tık, tık-tık... Bu dikdaban səsi iki min beş yüz əsgəri elə ovudur, elə ovudur... O iki min beş yüz əsgərin heç biri qadını görmür. O iki min beş yüz əsgər yalnız bir nöqtəyə – mərkəzə, əmr verilən nöqtəyə dikilib. Amma hamı onu arzu edir.
Görməyi, sadəcə, görməyi arzu edir. Hamı onu xəyal edir. O necə bir qadındır? Bəlkə, saçları sarışın, bəlkə, əsmər. Bəlkə, qısadır saçları, bəlkə, uzun, bəlkə, hörüb saçlarını. Görəsən, ondan necə bir ətir gəlir? Boyu uzundurmu, qısadırmı boyu? Nə geyinib, necə geyinib?..
İlahi, görəsən, o qadının adı nədir?
Bu qədər sualın heç birinin cavabı yoxdur. Və bu qədər sualın heç birinə cavab tapmadan xoşbəxt olur o iki min beş yüz əsgər. O iki min beş yüz kişi. O iki min beş yüz eyni cins. Bir qadın bomboz dünyada, sadəcə, ritmik ayaq takkıltısı ilə iki min beş yüz adamı xoşbəxt edir.

Bir qadın, sadəcə, ritmik ayaq tıkkıltısı ilə iki min beş yüz kişiyə dünyada başqa rənglərin də olduğunu sübut edir. İnandırır. İnam yaradır. Sabah olacaq, sabah açılacaq, bir gün olacaq, bir gün gələcək və sən istədiyin qədər qadın görəcəksən ətrafında: küçədə, avtobusda, metroda... Bir gün metroda qadın görəcəksən deyə, gün sayırsan. Günü günə, ayı aya calayırsan.
Livanlı rejissor Nadine Labakinin filmini xatırladım. 2011-ci ildə çəkdiyi “Bəs indi haraya?” filmi. O da dolayısı ilə bundan danışır. Qadının xilaskar funksiyası, qadının birlik-bərabər üçün çabası, qadının böyük olması. Çox böyük. Lap böyük.
Bu kənddə müsəlmanlarla xristianlar bir yerdə yaşayır. Elə mehriban, elə şaqraq, elə bərabər. Bu kənddə məscidlə kilsə yanaşıdır. Bu kənddə xaç çəkənlə namaz qılan dostdur, yoldaşdır, qohumdur. Bu kənddə inanclar, sadəcə, müxtəliflilikdir, düşmənçilik yox.
Amma zamanla kənddən kənarda baş verənlər yavaş-yavaş kəndin içərilərinə doğru hərəkət edir. Aram-aram, addım-addım, hissə-hissə... Kəsəsi, dinlərin toqquşması başlayır, başlayacaq. Kəsəsi, dinlərin toqquşması yad, kənar təsirlərdən qaynaqlanır, qaynaqlanacaq. Kəsəsi, kənd misilsiz bir faciəyə sürüklənir, sürüklənəcək.
Məhz bu məqamda qadın çıxır ortaya. Məhz bu məqamda iki min on üçün iyulunda qırx dərəcə istidə beton döşəmənin üzərində qan-tər içində farağatda duran iki min beş yüz kişini xilas edən qadın çıxır ortaya. Məhz bu məqamda metroda beş nəfər bığı burma kişini bircə kəlməsi ilə süst-məst edən qadın çıxır ortaya. İndi bu missiya təkcə kişiləri xilas etməklə məhdudlaşmır, indi bu missiya bir kəndin xilası üçündür. Qırğından, davadan-qadadan xilas. Qandan xilas. Qan tökməkdən xilas.
Qadın kənddə ola biləcək zorakılığın qarşısını məntiqlə alır, gülüşlə alır, əyləncə ilə alır. Kişilər üçün gündə bir əyləncə, kişilər üçün gündə bir başqatma üsulları. Burada əsas məqsəd kişilərin fikrinin yayınmasıdır. Qoy onlar başqa şey haqqında düşünsünlər. Qoy onlar əylənsinlər, hətta başqa qadınlara baxsınlar, ürəkləri-könülləri açılsın. Təki münaqişə başlamasın. Təki qan-qada baş qaldırmasın.

Çünki qadın həyatdır. Çünki qadın yaradılışdan bu yana qoruyucudur. Od qoruyucusu, yuva qoruyucusu, yem qoruyucusu, övlad qoruyucusu... İndi də insan qoruyucusudur qadın. İnsanlıq qoruyucusu.
Birdən kənddən qıraq münaqişə yaxından yaxın olur. Gəlir kəsdirir qadının qapısının ağzını, alır oğlunu əlindən. Qadın oğul itkisi yaşayır, amma qoymur bu hadisə başqa itkilərə yol açsın. Kimsə xəbər tutsun, kimsə kiməsə xəbər versin, o kimsə də başqa bir kimsəyə... Beləcə bu kimsələr yığışıb böyük bir qan çanağına dönüşsün. Qadın alır bunun qarşısını.
Bu, qadının səssiz güc nümayişidir, bu, qadının səssiz-səmirsiz nəhəngliyidir. Dünyada baş verən müharibələrin çoxunda şəxsi zəmin var. Çoxunda şəxsi konfliktin ictimai konfliktə çevrilməsi var. Amma burada, bu kənddə qadın özünü, öz analıq hissini basdırır. Fəryadı təkbaşına olur, yas tutması və susması da – oğlunu özü dəfn edir və böyük, son dərəcə böyük bir faciənin qarşısını alır.
Bu kənd və bu kənddə baş verənlər, şübhəsiz, dünyanın axarını dəyişə bilmir, bilməz. Amma bu kənddə qadın göstərir ki, onlar müharibəni, qan-qadanı dayandıra bilməsələr də, azından, yenisinin başlamasına əngəl ola bilirlər. Münaqişə zəncirvaridir. Dava davanı gətirər, ölüm ölümü, qan qanı, müharibə müharibəni. Bəlkə də, bu kənddə baş verənlər həmin zəncirin bir halqasını yerindən çıxarıb. Bəlkə də, sabah baş verəcək hansısa münaqişənin alovu bununla da sönüb, sönəcək.
Beləcə, o halqanı yerindən çıxaran qadındır, o alovu söndürən qadındır.
Beləcə, qadın dünyanı xilas edir: bir gün metroda, bir gün hərbi hissədə, bir gün isə müharibənin düz mərkəzində.

Teomanın hüznlü mahnıları Kənan Doğulunun yeni elektron musiqi layihəsində... Məşhur rep qrupunun Macarıstana girişi qadağan edildi Susaraq danışmaq... - Yeni esse
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri