Icma.az
close
up
RU
525 ci qəzet Paşinyan Konstitusiya dəyişikliyinə gedir Azərbaycana qarşı iddialar aradan qalxacaq?

525 ci qəzet Paşinyan Konstitusiya dəyişikliyinə gedir Azərbaycana qarşı iddialar aradan qalxacaq?

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarına müraciətində yeni konstitusiyanın qəbul edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir. Paşinyan deyib ki, bu, ona görə vacibdir ki, mövcud konstitusiyanın qəbulu üçün keçirilən bütün referendumların qeyri-legitimliyinə dair cəmiyyətdə ciddi ictimai rəy fomalaşıb. Yəni ölkənin əsas qanununun vətəndaşların özlərinin qəbul etdiyi hissi olmayıb, bu da baş vermiş siyasi proseslərlə bağlıdır. Paşinyan hesab edir ki, ermənilər əsrlər boyu başqalarının yaratdığı dövlətlərdə və onlara kənardan təlqin olunan hüquqi sistemlərdə yaşayıblar. Bu da onların hüquqa yanaşma tərzinə təsir edib. Onun sözlərinə görə, yeni konstitusiyanın qəbul edilməsinin strateji məqsədi, "dövlətçiliyi olmayan xalq" qalıqlarından dövlət yönümlü bir xalqın formalaşmasına keçid etməkdir".

Baş nazir referendumun nə zaman keçiriləcəyini açıqlamayıb.

Məlumdur ki, Azərbaycan-Ermənistan sülh danışıqlarında Ermənistan konstitusiyasının dəyişdirilməsi Bakının əsas şərtlərindən biridir. Çünki hazırkı konstitusiyada Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları yer alıb. Ermənistanın Müstəqillik Bəyannaməsində "Qarabağın Ermənistana birləşdirilməsi" ilə bağlı müddəa var ki, Ermənistan konstitusiyasında isə bu müddəaya istinad edilib. Azərbaycan haqlı olaraq bunu öz ərazi bütovüyünə qarşı təhdid hesab edir və Ermənistanla sülh sazişində maneə kimi görür.

Paşinyan hakimiyyəti də anlayır ki, artıq 90 faizi, yəni 17 maddəsinin 15-i razılaşdırılmış sülh sazişi layihəsinin yekunlaşdırılması üçün yerinə yetirilməli olduğu əsas şərtlərdən biri məhz konstitusiyanın dəyişdirilməsidir. Əks halda, Bakı sülh sazişini imzalamayacaq. Düzdür, Bakının başqa şərti də var. Bu, ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciətin edilməsidir, eyni zamanda iki müddəa - beynəlxalq iddialardan kənarda durmaq və başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Konstitusiya dəyişikliyinə getmək, ərazi iddialarının aradan qaldırılması artıq sülh istiqamətində mühüm addım ola bilər. Başqa tərəfdən, Ermənistanda revanşizim əhval-ruhiyyəsi hökm sürür, revanşistlər qisasdan danışırlar. Onların özləri üçün uyğun hesab etdikləri zaman Azərbaycana ərazi iddiaları irəli sürüb, yeni hücumlara başlamayacaqlarına dair heç bir təminat yoxdur. Eyni iddialar qardaş Türkiyəyə qarşı da var. Paşinyan hakimiyyəti anlayır ki, bu dəyişiklik regional sülh, təhlükəsizlik, ölkəsinin gələcəyi, inkişafı, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasında çox vacibdir. Uzun illər işğal siyasətinə görə regional təcrid yaşayan Ermənistan iqtisadi baxımdan çökmüş durumdadır və ianələr hesabına ayaqda qalır.

Onu da yada salaq ki, Nikol Paşinyan ilk dəfə deyil ki, yeni konstitusiyaya ehtiyac olduğunu dilə gətirir. Eyni zamanda, bu mövzuda ziddiyyətli bəyanatları da olub. Məsələn, Nikol Paşinyan daha əvvəl Ermənistan ictimai radiosunda çıxışı zamanı Müstəqillik Bəyannaməsini tənqid edib: "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq".

Başqa bir çıxışında vurğulayıb ki, Ermənistan konstitusiyası ölkənin daxili işidir və bu, onlara hər hansı xarici öhdəliyi yerinə yetirməyə mane olmur. Eyni zamanda, o, Ermənistan konstitusiyasının Müstəqillik Bəyannaməsinə qismən istinad etdiyini də deyib. "1990-cı il Müstəqillik Bəyannaməsi tam olaraq Ermənistan Konstitusiyasına daxil edilməyib və bu iki sənədin məzmunu eyni deyil", - Paşinyan avqustun 23-də Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümü ilə bağlı müraciətində bildirib.

Bu dəfə onun daha qərarlı görünməsinin səbəblərindən biri də artıq onun reallığı qəbul etməsi və vaxt uzatmağın mənasız olduğunu başa düşməsindən irəli gəlir. Çünki anlayır ki, mütləq şəkildə bu addım atılmalıdır.

Rəsmi Bakı bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyaraq bəyan edib ki, sülh sazişinin başlıca şərtlərindən biri Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Bu baş verməyənə qədər sülh sazişi imzalanmayacaq.

Prezident İlham Əliyev ötən il TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası olmayıb: "Onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var. Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar. Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil. Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik".

Qeyd edək ki, Ermənistan Konstitusiyasında istinad edilən SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib. 12 bənddən ibarət olan bəyannamənin preamblasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi çərçivəsi müəyyənləşdirililib. Ermənistanda bir neçə dəfə konstitusiya dəyişikliyi olsa da, Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad edilən maddələr dəyişdirilməyib.

Ermənistanın konstitusiyası 1995-ci il iyulun 5-də referendum nəticəsində qəbul edilib. 2005-ci il noyabrın 27-də isə bu əsas qanunla bağlı referendum keçirilərək düzəlişlər olunub, yeni bir konstitusiya qəbul edilib. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bununla da dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa sonuncu müraciətində konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Paşinyan referendumu il ərzində keçirərsə, bu, Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq: "Ermənistanın Baş naziri fevralın 19-da xalqa videomüraciətində sülhə ayrıca bölmə həsr edib. Həmin bölmədə Paşinyanın bu fikirləri yer alıb: "Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir".

Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır. Bunun üçün isə birincisi, Paşinyan Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalı, üçüncüsü, sərhədin "monitorinqi" adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri