Icma.az
close
up
RU
525 ci qəzet Putin Trampın təhdidinə necə reaksiya verəcək? Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Putin Trampın təhdidinə necə reaksiya verəcək? Xa­qa­ni Cəfərli yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Xaqani CƏFƏRLİ

Donald Trampın prezident seçkisində qalib gəlməsi Rusiyanın siyasi dairlərində Ağ evin yeni sahibinin Ukraynanı təslimçi sülhə vadar edəcəyi ilə bağlı təsəvvürlər yaratmışdı. Eyforiya həddinə çatan bu təsəvvürlərin ciddi əsasları olmadığı siyasi müşahidəçilərin bir hissəsinə məlum olsa da, əksəriyyət Rusiya təbliğatının təsirləri altına düşmüşdü. Buna görə də prezident Trampın Rusiyanı çox açıq mətnlə təhdid etməsi bir çoxları üçün gözlənilməz olub və "soyuq duş" effekti yaradıb. Tramp prezidentliyinin üçüncü günü özünün "Truth Social" sosial şəbəkəsində yayımladığı açıqlamada rusiyalı həmkarı Vladimir Putini çox sərt şəkildə təhdid edərək Ukraynada müharibəni dayandırmayacağı halda Rusiyanın böyük bəlaya düçar olacağını bəyan edib. Tramp Putini nəzərdə tutaraq belə yazıb: "O, razılaşmalıdır. Hesab edirəm ki, o, sövdələşməyə getməməklə Rusiyanı məhv edir". Tramp müharibənin dayandırılması ilə bağlı tezliklə razılıq əldə olunmayacağı halda Rusiyaya qarşı yeni vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolunun qalmayacağını da bəyan edib.

Trampın bu açıqlamasından sonra bütün diqqətlər Rusiya prezidenti Vladimir Putinə yönəlib. Trampın xəbərdarlığı Rusiyada təhdid və şantaj kimi qəbul olunur. Son üç ildə Rusiyada ictimai rəyin formalaşmasında önəmli rol oynayan "hərbi müxbirlər" Trampın açıqlamasını təhdid və şantaj kimi dəyərləndirirlər. "Komsomolskya pravda" qəzetinin hərbi müxbiri Aleksandr Kots Trampın müraciətini ultimatum və şantaj adlandıraraq tezliklə Bayden dövrünü həsrətlə xatırlayacaqlarını qeyd edib. Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) xüsusi müxbiri, Rusiya Silahlı Qüvvələrinin baş leytenantı Aleksandr Sladkov yazıb ki, Tramp bir gündə bizi iki dəfə hədələdi: "İllüziyalar yox olur".

Çikaqo Universitetinin professoru, Rusiyanın ən nüfuzlu iqtisadçılarından hesab olunan Konstantin Sonin Trampın Putinə ünvanlanmış hədə dolu mesajını biabırçılıq adlandırıb. Professor Sonin yazır ki, Rusiyada heç vaxt belə zəif, qəddar, biabırçı hakimiyyət olmayıb: "Daha qəddar, daha zəiflər olub, amma bundan daha çox utancverici bir şey olmayıb".

Bəzi siyasi şərhçilər isə Trampın Çin dövlət başçısı Si Cinpinlə anlaşaraq Rusiyanın Uzaq Şərq torpaqlarını bölüşdürə biləcəklərini yazırlar. Bu fikirlərini əsaslandırmaq üçün Vaşinqtonun XIX əsrin ortalarına kimi Çukotkanı Rusiya ərazisi kimi tanımadığını və Berinq dənizini ABŞ-nin daxili su hövzəsi hesab etdiyinə diqqət çəkirlər. İddialara görə, Vaşinqtonda bəzi siyasətçilər 48 min insanın yaşadığı 721 min kvadratkilometrdən çox əraziyə malik Çukotkanın ABŞ üçün Qrenlandiyadan daha böyük əhəmiyyətə malik olduğunu, Birləşmiş Ştatlar üçün daha faydalı olacağını düşünürlər. Çünki Çukotkanın ABŞ-a birləşdirilməsi Berinq dənizini ABŞ-nin daxili su hövzəsinə çevirər. Buna görə də, belə ehtimallar var ki, Tramp Si Cinpinlə anlaşaraq Rusiyanın Uzaq Şərq torpaqlarını ABŞ-la Çin arasında bölüşdürə bilərlər. Bu zaman Çukotka və Kamçatka ABŞ-a, Baykal gölünə qədər olan torpaqlar isə Çinə birləşdirilə bilər. Çinin Uzaq Şərqdə 1.54 milyon kvadratkilometr əraziyə iddia etdiyi sirr deyil.

Mao Tsedun 1949-cu ilin dekabrında Moskvaya səfəri zamanı Stalinlə apardığı danışıqlarda Pekinin bu torpaqlarla bağlı bu iddiasını dilə gətirmiş, ancaq qəti rədd cavabı almışdı. Çin iqtisadi möcüzəsinin müəllifi Den Syaopin 1989-cu ilin fevralında SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə Pekində apardığı danışıqlar zamanı da bu iddianı səsləndirmiş və gələcək nəsillərin bu problemlə məşğul olacağına əmin olduğunu bəyan etmişdi. Den Syaopin Şevardnadze ilə mübahisəli torpaq məsələsi mövzusunu bu sözlərlə yekunlaşdırmışdı: "Burada cəmi bir neçə min insanın yaşadığı kiçik bir adaya sahibliyimizi inkar edirsiniz. Halbuki Çin daha geniş torpaqların əsl sahibdir və əminəm ki, gələcək nəsillər bu problemlə məşğul olacaqlar. Kimin şanslı olacağını indi proqnozlaşdırmaq mümkün deyil. Çinlilər səbirlə gözləməyi bilirlər".

Hazırda Çinin bir çox nüfuzlu politoqları Tayvan məsələsinə görə ABŞ-la qarşı-qarşıya gəlmənin Çinin maraqlarına uyğun olmadığını, əksinə, Vaşinqtonla anlaşaraq Rusiyadakı 1.54 milyon kvadratkilometr əraziyə yönəlməyi strateji məsələ hesab edirlər. Eyni zamanda əhalisinin üçdə biri su çatışmazlığı ilə üzləşmiş, buna görə yanvarın ilk günü 300 şəhərində su vergisi tətbiq edilmiş Çində su probleminin yeganə həlli yolu kimi Baykal gölünə sahib olmağı görənlərin dövlət siyasətinə təsirləri artmaqdadır.

Trampın inaqurasiya mərasimi ərəfəsində Si Cinpinlə telefonla danışması, Çin dövlət başçısını özünün andiçmə mərasiminə dəvət etməsi və prezidentliyinin ilk 100 günündə Pekinə səfər edəcəyini bəyan etməsi ABŞ-la Çin arasında hansısa anlaşmanın əldə olunacağı ehtimalın artırıb. Trampın prezidentliyinin ilk günündə Çindən idxal olunan mallara 60 faizlik gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı vədini təxirə salması da Vaşinqtonla Pekin arasında hansısa strateji anlaşma əldə oluna biləcəyi ehtimalını artırıb.

Bu təhlükəni artıran digər bir məqam Çin və Hindistanın Trampın Ukraynada müharibəni bitirmək planını dəstəkləyə biləcəyi haqqında yayılan məlumatlardır. İndi bütün diqqətlər Rusiyaya yönəlib və siyasi müşahidəçiləri Putinin hansı addımı atacağı düşündürür. Trampın təhdidi qarşısında Putinin baş əyəcəyi halda bu onun güclü siyasi lider kimi imicini məhv edərək saraydaxili çevrilişə yol aça bilər. Trampın əleyhinə gedərək müharibəni davam etdirməsi də çətin təsəvvür olunur. Çünki Trampın Rusiyanı qlobal iqtisadiyyatından tamamilə təcrid edə biləcəyi Moskvada hər kəsə aydındır. Trampın təhdidinə qarşı Kremlin sərt mövqe bildirməkdən çəkinməsi də yaranmış vəziyyətdən itkisiz çıxış yolunun olmamasıdır. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, Trampın sanksiyalarla bağlı hədələri yeni bir şey deyil. Peskov bəyan edib ki, Rusiya "bərabər və qarşılıqlı hörmət əsasında dialoqa" hazırdır. Rusiya prezidentinin bu sözləri göstərir ki, Kreml Trampla qarşıdurmaya hazır deyil. Ancaq Trampın təhdidləri qarşısında təslim olması da hazırda mümkün görünmür. Müharibənin 35-ci ayının başa çatdığı bir zamanda Rusiya arzuolunmaz seçim qarşısında qalıb. İndi elə bir vəziyyət yaranıb ki, istənilən seçim Rusiyanın və şəxsən Putinin əleyhinə işləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri