Icma.az
close
up
RU
525 ci qəzet Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

525 ci qəzet Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Xidməti yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə müvəffəqiyyətlər qazanıb.

Ötən ildə Xidmət tərəfindən bir sıra yeniliklər və tədbirlər həyata keçirilib. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində, o cümlədən vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin edilməsində yeni nailiyyətlər qazanılıb.

Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul mən­təqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Xidmətin əaliyyətinin mühüm stiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ildə də uğurla davam etdirilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib. Bu iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışınəsasistiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi, Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib.

Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə başlanılıb. Həmçinin, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində 2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Ölkəmizdə müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda Xidmətin fəaliyyəti uğurla davam etdirilir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub. Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi həyata keçirilir.

Vətəndaşların Xidmətin səlahiyyətinə aid müraciətlərinin dinlənilməsi, onların müvafiq problemlərinin həlli məqsədilə Xidmət rəisi Mürsəl İbrahimov 2024-cü il ərzində Salyan, Saatlı, Quba, Qəbələ, Masallı, İsmayıllı, Sumqayıt, Gədəbəy, Naxçıvan, Ağdaş, Ağcabədi və Gəncə şəhərlərində vətəndaş qəbulu keçirib. Qəbullarda 300 vətəndaşın müraciəti dinlənilib, 93 nəfərin müraciətiaraşdırılması üçün qeydiyyata alınıb, 57 nəfərin müraciəti müsbət həllini tapıb, 113 nəfərə qanunvericiliyin tələbləri izah olunub, 37 nəfərin müraciəti digər qurumlara aid olduğundan müvafiq qaydada yönləndirilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılmış “Çağrı Mərkəzi”nə ötən il ərzində 24 mindən artıq müraciət daxil olub.

Dövlət qurumlarının fəaliyyətində vətəndaş məmnuniyyəti və şəffaflığın artırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə, cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq 2024-cü ildə də iş planına uyğun tədbirlər həyata keçirilib. Belə ki, ötən il ərzində qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və bu ənənə bu gün də davam edir. Bu məqsədlə Xidmət tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhidlərin övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib. Həmçinin ötən il ərzində 44 günlük Vətən müharibəsində iştirak etmiş bir neçə veteran həqiqi hərbi xidmətə və işə qəbul edilib.

Ölkədə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində aparılan işlərə töhfə verməknaminə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası baş tutub. Aksiya Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib.Bundan başqa ətraf mühitin və təbiətin mühafizəsi məqsədilə "Yaşıl ASAN" ekoloji proqramı ilə əməkdaşlığa başlanılıb və istifadə olunmuş kağız tullantıları toplanılaraq təkrar emal üçün təhvil verilib.

Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri