Icma.az
close
up
RU
525 ci qəzet Səfir Vilayət Quliyev Bosniya və Herseqovinanın Banya Luka şəhərində olub

525 ci qəzet Səfir Vilayət Quliyev Bosniya və Herseqovinanın Banya Luka şəhərində olub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bosniya və Herseqovinanın iki entitetindən biri olan Serb Respublikasının prezidenti Milorad Dodikin dəvəti ilə səfir Vilayət Quliyev yanvarın 24-də entitetin inzibati mərkəzi Banya-Luka şəhərində olub. 

Bosniya və Herseqovina Rəyasət heyətinin serb üzvü, hazırda sədrlik səlahiyyətlərini həyata keçirən xanım Jelika Cvianoviçin iştirakı ilə Azərbaycan səfiri ilə geniş tərkibdə görüş keçirilib. 

525.az xəbər verir ki, görüş zamanı bütünlükdə Bosniya və Herseqovina, xüsusən də Serb Respublikası və Azərbaycan arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələsi müzakirə olunub. Prezident İlham Əliyevlə ötən ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti zamanı görüşdüyünü xatırladan Milorad Dodik ölkəmizin son illərdə qazandığı uğurların, beynəlxalq miqyasda artan nüfuz və rolunun, eləcə də böyük uğurla keçən COP-29 sammitinin Serb Respublikasına məmnunluqla qarşılandığını vurğulayıb. Azərbaycanla əlaqələrin inkişafına xüsusi  diqqət yetirildiyini nəzərə çarpdıraraq ölkəmizin iş adamlarını və biznes dairələrini entitetlə daha geniş əməkdaşlığa dəvət edib. Serb Respublikasının bütün səviyyələrdə müzakirələrə açıq olduğunu və Azərbaycan biznesi üçün sərfəli şərait yaratmaq niyyətini ifadə edib. Nümunə kimi regionda uğurla fəaliyyət göstərən Azvird şirkətinin təcrübəsini misal gətirib. Enerji sektoru ilə bir sırada turizm, tikinti, kənd təsərrüfatı, elmi-texniki, mədəni-humanitar sahələrində əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar olduğunu bildirərək ölkələrimiz arasındakı qarşılıqlı inam və etimad mühitinin uğur qazanmaq üçün möhkəm zəmin yaratdığını bildirib.

COP-29 sammiti günlərində işğaldan azad olunan Qarabağa, eləcə də tarixi Şuşa şəhərinə səfər etdiyini xatırladan BvH Rəyasət Heyətinin serb üzvü, hazırda sədrlik səlahiyyətlərini həyata keçirən xanım Zelika Cvianoviç Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun postsosialist ölkələri, xüsusən də oxşar münaqişələrlə üzləşən BvH üçün ibrətamiz örnək olduğunu bildirib. Prezident İlham Əliyevin Qərbi Balkan regionuna diqqətinin, xüsusən də 2023-cü ilin aprel ayında Sarayevoya səfəri çərçivəsində imzalanmış Azərbaycan-BvH strateji tərəfdaşlıq sazişinin bütün sahələrdə əməkdaşlıq üçün mühümlüyünü vurğulayıb.

Gündəliyə çıxarılan məsələlərə münasibət bildirən səfir Vilayət Quliyev onların həqiqətən də mühüm əhəmiyyət daşıdığını, hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd edərək ölkəsinin bütün səviyyələrdə dialoqa açıq olduğunu bildirib. Serb Respublikası entitetinin və bütünlükdə BvH tərəfinin xoş niyyətlərini və təkliflərini rəsmi Bakının diqqətinə çatdıracağını vəd edib. Görüş zamanı Cənubi Qafqaz regionu, eləcə də beynəlxalq miqyasda cərəyan edən proses və hadisələr ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri