Icma.az
close
up
RU
525 ci qəzet Şimali Kipr və Müstəqil Azərbaycan

525 ci qəzet Şimali Kipr və Müstəqil Azərbaycan

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Şimali Kiprə ilk səfərim baş tutanda Qarabağ və Şərqi Zəngəzur hələ işğal altında idi. Kiprin 60-70-ci illərdə yunan zülmünə qarşı istiqlal savaşının baş verdiyi və şəhidlik məzarına çevrilən ziyarət yerlərini gördükcə, həm şəhadətə qovuşanlara dua edir, həm də bizim 1920-ci il müstəqilliyimizə son qoyan qırmızı orduya qarşı müqavimət döyüşlərini və Birinci Qarabağ müharibəsinin şəhidlərini xatırlayırdım.

1920-ci ilin son üç günündə 11-ci orduya axırıncı nəfəsinə kimi müqavimət göstərən Samur alayını xatırladım. Bilirdilər ki, düşmən çox güclüdür, amma son damla qana qədər döyüşdülər və bu günümüz üçün şərəfli bir tarix qoydular.

Türk Kipri zəhmətdən yoğrulan bir ərazi kimi tarixə düşüb. Halal zəhmət və insan əli ilə qazanılan çox şey, başda da halallığa söykənən möhkəm türk ailəsi. Çox təəssüflər olsun ki, yunan tərəfi dinc durmadı, Kipri türksüz Yunanıstana birləşdirmək eşqinə düşdü. Bunun üçün Kiprin türk əhalisini min zülmə məruz qoyaraq öz dədə-baba yurdundan çıxarmağa qərar verdi. Yunan tərəfi bildiyini və əlindən gələni etdi. Əliyalın kiprli gücü çatan müqavimətini göstərdi, amma gücü tükənməkdə idi. Güclü bir ələ, haqqı müdafiə edən bir dövlətin yardımına ehtiyacı var idi. Allah-Təala belə bir gücü Kiprə - türkün köməyinə göndərdi.

Bir haşiyə:

...1918-ci ilin mayında Azərbaycanın milli-demokratik qüvvələri Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. İyunun ortalarında Milli hökumət Gəncəyə köçdü. Niyə Bakıya yox? Çünki Bakıda Azərbaycan xalqına düşmən kəsilən Şaumyanın başçılıq etdiyi Bakı Soveti qüvvələri meydan sulayırdı. Mart soyqırımı günlərində Bakıda günahsız öldürülən insanların qan ləkələri hələ küçələrdə qalırdı. Bakı soveti qüvvələri Cümhuriyyəti beşikdə boğmağa qərar verdi və cəllad Korqanovun rəhbərliyi altında 20 minlik erməni-sovet qüvvələri Gəncə istiqamətində yürüşə başladı. Allah-Təala mələklərini osmanlı ordusu simasında Cümhuriyyətin köməyinə göndərdi. Qafqaz-İslam Ordusu adlanan haqqı müdafiə edən bu ordu Cümhuriyyətin harayına gəldi, düşməni darmadağın etdi, Bakını azad etdi və istiqlal savaşında 1300 nəfərdən çox şəhid verdi. Bu gün Bakıda Şəhidlər xiyabanına ziyarətə gedən hər birimiz bu şəhidlərin ruhuna dualar oxuyur, onların xatirəsini əziz tuturuq.

Şimali Kipr türkləri də öz xilaskarını çox gözləmədilər. Onsuz da bıçaq sümüyə dayanmışdı. 1974-cü ilin qızmar yay günlərinin birində müzəffər türk əsgəri Kiprə havadan daxil oldu. Yunan tərəfi türk əsgərinin qarşısını almaq iqtidarında deyildi. Şimali Kipr torpaqlarını ziyarət edərkən bir tərəfdən qəhrəmanlıq tarixi, bir tərəfdən müqavimət, bir tərəfdən yardıma gələn türk əsgərinin şücaəti, bir tərəfdən də qərb dövlətlərinin ədalətsiz çağırışları insanı bir an belə tərk etmir. Nə yaxşı ki, Türkiyə bu çağırışların heç birinə məhəl qoymadı.

Bir haşiyə:

...30 ildən sonra Vətən müharibəsinə başladıq. Çünki Vətən torpağının 20 faizi 30 il idi ki, işğal altında idi. Bizi bu müharibədən çəkindirən çoxlu bədxah qüvvələr peyda oldu. Məsləhət verəni də oldu, təhdid edəni də oldu, hətta hədələyəni də oldu. Onlar bəzi şeyləri düzgün hesablamışdılar, amma Ali Baş Komandanın cəsarətini, qətiyyətini və Azərbaycan əsgərinin illər boyu ürəyində gəzdirdiyi Vətən məhəbbətini anlaya bilməmişdilər.

Şimali Kipr məcburən ayrıldı. Bu ayrılıqdan yarım əsr keçir. Kipr yaşayır, yaradır, Kiprin azadlığı yolunda şəhid olanların xatirəsi hər gün yada salınır, ruhlarına dualar oxunur.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanı darmadağın etdi, havadarlarını məyus etdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, bir kərə yüksələn bayraq qürurla dalğalanmağa başladı. Amma... amma düz yüz il əvvəl Qarabağ torpağında sovet rəhbərliyi tərəfindən yaradılan separatçı yuvanın aqibəti necə olacaqdı? 2023-cü ilin sentyabrında bu şər yuvası arxivə göndərildi. Həm də əbədi!

Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir.

44 günlük Vətən müharibəsindən sonra həyatımız təzələndi, qalib dövlətlərin cərgəsində yer aldıq, dərsliklərimiz yeni ruhda yazıldı. Yeni nəsil üçün Qarabağ dərdi qalmadı. Yeni nəslə Vətəni - o cümlədən Qarabağı qorumaq və Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq vəzifəsi tapşırıldı.

Ali Baş Komandan 100 illər boyu arzusunda olduğumuz suverenliyimizi yetişdirdiyi əsgərinin gücü ilə bərpa etdi. Yaşa, Ali Baş Komandan, yaşa Azərbaycan əsgəri! Yaşa, hər cür təriflərə layiq, Azərbaycan xalqı.

Şimali Kipr Türk Cümhuriyyətinə ikinci səfərim başlayır...

Anar İsgəndərov,

millət vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Yanvar 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri