Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyəti Girnə şəhərində tədbir keçirib FOTOLAR

525 ci qəzet Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyəti Girnə şəhərində tədbir keçirib FOTOLAR

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Fevralın 1-də Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) Dostluq Cəmiyyətinin Girnə şəhərindəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil olunan tədbirində ŞKTR-nin Prezidenti Ərsin Tatar, Türkiyənin ŞKTR-dəki səfiri Yasin Əkrəm Sərin, Azərbaycan Milli Məclisinin deputatları - Anar İsgəndərov, Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və digər qonaqlar iştirak ediblər.

525.az xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Qonaqları salamlayan Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu Azərbaycanla Şimali Kipr arasında əlaqələrin hər keçən gün daha da inkişaf etdiyini vurğulayıb, ŞKTR-nin prezidenti Ərsin Tatarın mərkəzi dəfələrlə ziyarət etdiyini diqqətə çatdırıb: “ŞKTR-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi qismində daxil olması türk respublikaları ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid yaradır. Biz bu günə qədər Qarabağın işğal faktına yönəlmiş tədbirlər keçirir, uğradığımız haqsızlıqları dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirdik. Rəşadətli ordumuz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxillik işğalı sonlandırdıqdan sonra diqqətimizi türk dünyasının başqa bir yarasına - Kipr yarasına yönəldirik. Bütün səylərimizi birləşdirərək Şimali Kipr Türk Respublikasına qarşı haqsızlıqları dünyaya çatdırmağa davam edirik. Biz Türk respublikalarından başlayaraq bütün dünyada ŞKTR-nin varlığının qəbul etdiriləcəyinə ümid bəsləyirik. Arzu edirik ki, bir gün Azərbaycanın da burada səfirliyi olsun”.

Türkiyənin ŞKTR-dəki səfiri Yasin Əkrəm Sərin ölkəsinin ŞKTR ilə münasibətləri barədə danışıb. ŞKTR-nin TDT-də müşahidəçi qismində təmsil olunmasının əhəmiyyətini qeyd edən səfir Azərbaycan Prezidenti İlham Əliyevin "Kiprli qardaşlarımızın yanında olacağıq" açıqlamasını xatırladıb, onun qətiyyətli siyasətinin önəmindən bəhs edib.

Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar çıxışına qonaqları salamlayaraq başlayıb. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Avropada məskunlaşmış türkləri ölkədə görməkdən məmnunluq duyduğunu dilə gətirən prezident qeyd olunan ölkələrlə münasibətlərin qurulması və inkişafı üçün diplomatik təmasların davam etdirildiyini bildirib. O, Kiprdə ikidövlətli həll istiqamətində addımlar atıldığını diqqətə çatdırıb. Prezident türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə gələcək nəsillərin iqtisadi, ticarət, mədəni və milli bağlarının inkişaf edəcəyinə inandığını vurğulayıb.

Tədbirdən sonra qonaqlar Şimali Kiprin abidələrini və görməli məkanlarını ziyarət ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri