Icma.az
close
up
RU
525 ci qəzet Tanınmış uşaq yazıçısı Zahid Xəlilin məktəblilərlə görüşü keçirilib

525 ci qəzet Tanınmış uşaq yazıçısı Zahid Xəlilin məktəblilərlə görüşü keçirilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 17- si Xətai Rayonunda yerləşən Mübariz Nəcəfov adına 86 nömrəli orta məktəbdə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Doğma dilim Ana dili” adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbir çərçivəsində tanınmış uşaq yazıçısı, filologiya elmləri doktoru, professor Zahid Xəlilin şagirdlərlə görüşü təşkil olunub. Tədbirdə filologiya elmləri doktoru, millət vəkili Elnarə Akimova, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və  Humanitar Məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə 44 günlük müharibədə canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Günel Səmədova  əvvəlcə qonaqları salamlayıb və Ana dilinin əhəmiyyətindən danışıb.

Millət vəkili Elnarə Akimova öz çıxışında  ana dilinin qorunması və təbliğində rol oynayan amillərə diqqət çəkib və  dilimizin saflığının qorunmasında uşaq ədəbiyyatının xüsusi rolu olduğunu vurğulayıb. Zahid Xəlilin zəngin yaradıcılığından söhbət açan Elnarə Akimova şairin 44 günlük müharibəyə həsr olunmuş “Dəmir Yumruq” dastanından bəhs edib. Millət vəkili sözügedən kitabı uşaq ədəbiyyatına dəyərli töhvə kimi qiymətləndirib. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və  Humanitar Məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov məktəblərdə bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini vurğulayıb və bu cür görüşlərin şagirdlərin yaddaşında əvəzolunmaz iz qoyduğunu qeyd edib.

Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdlərinin ifasında bir-birindən maraqlı kompazisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Zahid Xəlilin “Yeddirəngli muncuq” şeiri və Sevinc Nuruqızının  “Ağabəyim Ağa”  hekayəsi əsasında  hazırlanmış səhnəciklər, Şah İsmayıl Xətai kompazisiyası tədbir iştirakçıları və qonaqlar tərəfindən maraqla qarşılanıb.  

Daha sonra Zahid Xəlil şagirdlərin ünvanladığı maraqlı sualları cavablandırıb. Tədbirin sonunda görüşdən  məmnunluğunu ifadə edən Zahid Xəlil şagird və müəllim kollektivi ilə xatirə fotosu çəkidirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see195

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see192

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri