Icma.az
close
up
RU
525 ci qəzet “Tramp bilir ki, USAID ABŞ nin maliyyəsini talan edir”

525 ci qəzet “Tramp bilir ki, USAID ABŞ nin maliyyəsini talan edir”

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pərvanə SULTANOVA
[email protected]

Bir müddətdir Birləşmiş Ştatlarda Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti ilə bağlı proses başlayıb. Gedişat göstərir ki, bu qurum ölkənin özünün maraqlarına da uyğun fəaliyyət göstərməyib. Əsas missiyasından uzaqlaşan USAID ölkələrin daxili işlərinə müdaxilə edib, qarşıdurmalar, gərginliklər yaradıb, bu məqsədlə maliyyə ayırıb, media vasitələri qurub. ABŞ Dövlət Departamentinin açıqlamasında da USAID-in proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-nin əsas maraqlarına cavab vermədiyi, öz ilkin təyinatından çoxdan kənara çıxdığı qeyd edilib. Dövlət Departamenti bəyan edib ki, indi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil.

ABŞ administrasiyası təşkilatın fəaliyyətini faktiki olaraq dayandırıb. Prezident Donald Trampın qərarı ilə bu qurumun müvəqqəti rəhbəri dövlət katibi Marko Rubio təyin edilib.

Respublikaçılar hesab edirlər ki, agentlik təkcə iqtisadi inkişafı dəstəkləməklə kifayətlənmir, həm də müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirməklə solçu ideyaları yayır. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask USAID-i Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası adlandırıb. O bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər və təşkilat bərpa oluna bilməz. Bundan əlavə, Mask USAID-in fəaliyyətini bioloji silahların inkişafı ilə də əlaqələndirib. Onun fikrincə, agentlik COVID-19 daxil olmaqla, bioloji silahları maliyyələşdirib.

USAID-in fəaliyyəti demək olar ki, yarandığı gündən tənqid olunur. Bu qurum illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışıb, çevrilişlərdə, inqilablarda iştirak edib, hakimiyyətlər əleyhinə fəaliyyət aparıb. Misir, Ukrayna inqilabları, eləcə də Gürcüstandakı hadisələr  USAID-nin destruktiv fəaliyyəti isə hələ də davam edir.

Latın Amerikasında da onların fəaliyyəti məhz bu məqsədlərə xidmət edib. USAID xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil edib.

Eyni zamanda, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verib, beynəlxalq dezinformasiya kampaniyaları təşkil ediblər. Belə ki, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAID-ə keçib və bu günə qədər bu praktika davam edir. USAID hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyir.

USAID-in fəaliyyətini ifşa edən məlumatlardan biri də Nyu-Yorkun meri və prezident Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verməsidir. Bu ifşa, həmçinin OCCRP-nin araşdırmalarının nə dərəcədə “ciddi” və “müstəqil” jurnalist araşdırmalar olduğunuı nümayiş etdirir.

USAID Azərbaycana qarşı da çirkin kampaniyalar təşkil edib, qərəzli münasibət bəsləyib, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı bəyanatlar verib, açıq şəkildə ermənipərəst mövqe tutub. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşib. Xüsusilə, 2023-cü il antiterror əməliyyatlarından sonra təşkilata rəhbərlik edən Samanta Pouer Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayıb, Qarabağda “etnik təmizləmə” və s. kimi qondarma məsələləri gündəmə gətirib.

O, hazırda Azərbaycanda məhkəmə qarşına çıxarılan Ruben Vardanyanla yaxın dostluq münasibətində olub.

Prezident İlham Əliyev hələ dekabrda “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləcəyini demişdi. Dövlət başçısı ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan edib. Prezident hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməli olduğunu deyib və əlavə edib ki, yardım asılılıq yaratmamalıdır: “Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”.

İlham Əliyev qeyd edib ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb: “Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz: “Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar. Ona görə də mənə elə gəlir ki, bunun qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi. Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı “525”ə deyib ki, ilk növbədə USAID-in fəaliyyəti ilə bağlı auditin aparılması vacibdir. Yəni büdcənin necə xərclənməsi, hara xərlənməsi, bu qurumun ABŞ-a nə kimi fayda gətirdiyi araşdırılmalıdır. O əlavə edib ki, İlon Mask prezident Trampın tapşırığı ilə hökumətin effektivliyini araşdıran bir qurumun rəhbəridir: “Mask USAID-lə bağlı bir neçə sorğu göndərdi, onlar isə məlumat verməkdən boyun qaçırdılar. Bundan sonra agentliyə rəhbərlik edən şəxslər dərhal işdən uzaqlaşdırıldılar. Əgər bunlar məlumat vermək istəmirlərsə, görün onun içində hansı pozuntular, yaramaz fəaliyyətlər var. Onu da yada salmaq istəyirəm ki, USAID olduqca ideoloji təşkilatdır. Bu baxımdan demək olar ki, ABŞ-nin solçu liberallarının, Donald Trampa və respublikaçılara qarşı yuvaya çevrilmişdilər. Bu mənada Tramp təşkilatı tam şəkildə ləğv etməsə də, əməlli başlı əl gəzdiriləcək. Ona görə tam bağlayacağını düşünmürəm ki, USAID ABŞ-nin yumşaq gücünü demək olar ki, bütün dünyada yayan bir təşkilatdır. Bir çox proqramlar ləvğ olunacaq, ən əsası isə orda kök salmış bir yuvanı dağıdacaqlar. Tramp bilir ki, orda yığışan insanlar bilavasitə onun əleyhinə iş aparan insanlardır və hesab edir ki, onlar ABŞ-nin maliyyəsini talan edirlər. 50 milyard dollarlıq maliyyə xərclənib, təbii ki, Tramp bu məsələni boş buraxası deyil”.

Deputat agentliyin Azərbaycandakı fəaliyyətinə də toxunub, onun sözlərinə görə, USAID-in fəaliyyəti indi yox, 15 il bundan əvvəl məhdudlaşmağa başlamışdı: “Məsələn, Azəraycanda onun büdcəsi 10 milyondan 5 milyon dollara kimi enib. Müqayisə üçün Azərbaycanın əhalisi Ermənistanın və Gürcüstanın əhalisindən 3 dəfə çoxdur. Maliyyəyə gəlincə, Gürcüstana 36 milyon, Ermənistana 22 milyon dollar, Azərbaycan isə illik 5 milyon dollarlıq büdcə ayrılıb. Bütün ideoloji layihələri Azərbaycanda çoxdan yasaqlanıb və onları həyata keçirə bilmirdilər. Sadəcə biznes assosiasiyaları, qadınların bizneslə məşğul olması, yerli icmalarla bağlı hansısa layihələri var idi. Azərbaycanın dövlət büdcəsi 30 milyard dollardır, bu mənada ABŞ-nin 5 milyon dollar xərcləyib-xərcləməməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Cənab Prezident bəyan edib ki, ümumiyyətlə, USAID-in ofisinin Azərbaycanda qalmasına heç bir lüzum yoxdur”.

R.Musabəyov yada salıb ki, USAID-ə rəhbərlik edən Samanta Paueri məşhurlaşdıran onun qondarma “erməni soyqırımı” ilə bağlı kitab yazması idi: “Vaxtilə bu, sabiq prezident Obamanın xoşuna gəlmişdi və onu vəzifəyə gətirmişdi. O, bölgəmizdə açıq şəkildə ermənipərəst siyasət aparırdı. Amma Ermənistanda Qarabağ erməniləri ilə bağlı xeyli layihələr başlamışdılar və yeni dəyişiklik onlara xeyli təsir edəcək”.

Milli Məclisin deputatı Hikmət Baboğlu “525”ə deyib ki, USAID-lə bağlı qəbul edilən qərar Tramp administrasiyasının mühüm qərarlarından biridir. Çünki 50 milyard dollardan çox büdcəsi olan təşkilatın bu büdcəni nəyə xərclədiyi ilə bağlı ciddi şübhələr yaranıb: “Bəlli olur ki, USAID öz büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatı üçün xərcləyib. Bir hissəsini Əfqanıstanda radikal qruplaşmaların təşkilinə xərcləyib. Beləliklə, bir çox bənzər hallara yol verməklə, ABŞ-nin demokratik imicinə ciddi zərbə vurub. Ona görə də USAID-in fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac var. Doğrudur, birinci mərhələdə praqmatik məntiqdən çıxış edən Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırdı. Amma düşünürəm ki, gələcəkdə ümumiyyətlə bu USAID ləğv edilə bilər. Nəticə etibarilə bir ölkənin yaratdığı təşkilat onun xarici siyasət məqsədlərinə xidmət etmirsə, beynəlxalq imicinə, nüfuzuna xələl gətirirsə, demək onun haqqında daha ciddi tədbirlər görülməlidir. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Rusiya mediasına verdiyi müsahibədə bu məsələyə toxunmuşdu. Çünki USAID Azərbaycanda da, postsovet məkanında da fəaliyyət göstərir. Bu məkanda USAID-in fəaliyyəti daha çox milli iradə üzərində hegemoniya qurmağa söykənib. Bu, ölkələrin vətəndaşlarının casusluğa cəlb edilməsi fəaliyyəti ilə məşğul olub. İctimai rəyi manipulyasiya etmək üçün media subyektlərinə bənzər subyektlər yaratmaqla məşğul olub. Bütün bunlar əlbəttə ki, ölkələrdə narazılıq doğurub. USAID-in Rusiyada fəaliyyəti qadağan olunub, Gürcüstan da çox narazıdır. Bəlli oldu ki, Gürcüstandakı radikal qruplaşmaları da maliyyələşdirən onlardır. Azərbaycanda da USAID-in əməlləri göz önündədir. Ona görə də düşünürəm ki, bu, perspektivi olmayan bir təşkilatdır. Azərbaycan Prezidentinin hələ bir neçə ay əvvəl təxmin etdiyi Tramp administrasiyasının USAID-in bağlaması ilə əlaqədar səsləndirdiyi fikirlər bu gün öz əksini tapır. Düşünürəm ki, bundan sonra USAID-in Birləşmiş Ştatlarla düşmən etməyə cəhd göstərdiyi dövlətlər ABŞ-a dost münasibət göstərəcəklər. Çünki ölkələrarası münasibətlərə xələl gətirən bu təşkilatın fəaliyyəti artıq dayandırılıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri