Icma.az
close
up
RU
525 ci qəzet Üç ildən bəri davam edən müharibənin fəlakətli nəticələri Xa­qa­ni Cəfərli yazır

525 ci qəzet Üç ildən bəri davam edən müharibənin fəlakətli nəticələri Xa­qa­ni Cəfərli yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Üç il öncə, 2022-ci fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayan gün heç kim bu savaşın üç il davam edəcəyini ehtimal edə bilməzdi. İkinci Dünya müharibəsindən sonra ən uzun müddətli müharibə kimi tarixə düşəcək savaşın sonu da görünmür. Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) analitik məqaləsində deyilir ki, Rusiya hələ də Ukraynanı özünə tabe etdirmək niyyətindən əl çəkmir. Araşdırmanın müəllifləri Cek Uotlinq və Nik Reynolds qeyd edirlər ki, Rusiya 2026-cı ildə qələbə qazanacağına ümid bəsləyir və müharibəni həmin vaxta qədər davam etdirmək istəyir. Cek Uotlinq və Nik Reynolds hesab edirlər ki, Rusiya məqsədinə çatmaq üçün bütün cəbhə xətti boyunca təzyiqləri davam etdirmək niyyətindədir. Bununla da Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatını və şəxsi heyət ehtiyatını tükəndirməyə nail olmağa çalışır. RUSI-nin ekspertləri qeyd edirlər ki, paralel olaraq Rusiya Ukraynanın beynəlxalq tərəfdaşlarının hərbi yardımı davam etdirmək əzmini qırmağa çalışacaq. Cek Uotlinq və Nik Reynolds  hesab edirlər ki, Rusiya hazırkı danışıqlar nəticəsində istədiyinə nail olsa belə, sonradan Ukraynaya və ya başqa ölkəyə hücum etməyəcəyi ilə bağlı zəmanət yoxdur.

Rusiya ilə ABŞ rəsmiləri arasında Səudiyyə Ərəbistanda keçirilən görüşün beynəlxalq aləmdə doğurduğu təsir də göstərir ki, müharibənin qısa zamanda başa çatması və sülhün yaranması ehtimalı çox azdır. Üçüncü ili geridə qalan və ən azından daha bir neçə ay davam etməsi ehtimalı yüksək olan müharibədə "The Moscow Times" nəşrinin təsdiqlənmiş məlumatlar əsasında hesablamalarına görə, təxminən 400 min insan həlak olub. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesablamalarına görə, geniş miqyaslı müharibənin başladığı 24 fevral 2022-ci ildən 2025-ci ilin əvvəlinə qədər olan müddətdə Rusiya ordusunun 172 min nəfər əsgər və zabiti həlak olub, 611 min nəfər isə yaralanıb. IISS-in məlumatlarına görə, yaralananların ən azı 376 mini şikəst olub. Ölən və şikəst olanların ümumi sayı Rusiya ordusunun şəxsi heyyətinin yarısına bərabərdir. Ekspertlərə görə, itkilərin miqyasının dəhşətli dərəcədə böyük olmasının nəticəsidir ki, Rusiya ordusunun şəxsi heyətinin sayını 1.5 milyon nəfərə çatdırmaq haqqında prezident Vladimir Putinin fərmanı bu günə qədər icra edilməyib.

Rusiya Silahlı Qüvvələrinin itkilərinin dəhşətli dərəcədə çox olduğunu təsdiq edən başqa araşdırmalar da var. Məsələn, BBC Rus xidmətinin və Mediazona internet resursunun jurnalistləri dəfn elanları və nekroloqların təhlili əsasında Ukraynada həlak olan 95323 rus hərbçisinin adını müəyyən ediblər. Tədqiqat müəllifləri qeyd edirlər ki, müəyyən etdikləri ölüm sayı faktiki itkilərin 45 faizi ilə 65 faizi arasında ola bilər. Bu isə o deməkdir ki, Rusiya ordusunun gerçək itkiləri 146 minlə 211 min arasında dəyişə bilər. Bu statistika qondarma Luqansk və Donetsk Xalq Respublikalarının "ordu"larının itkilərini əhatə etmir. BBC Rus xidmətinin hesablamalarına görə, qondarma respublikaların ölən əsgərlərinin sayı ən azı 21 min nəfərdir.

"Wall Street Journal" mənbələrə istinadən hər iki tərəfdən bir milyona yaxın ölü və yaralı olduğunu yazır. Nəşrin məlumatına görə, Rusiya ordusunun itkiləri 200 min ölü və 400 minə yaxın yaralı olaraq qiymətləndirilir. Başqa bir məlumata görə, 2024-cü ildə Rusiya məhkəmələrində insanların itkin düşmüş hesab olunması ilə bağlı 20 min iddia qəbul edilib. Bu iddiaların böyük əksəriyyətini hərbi hissələrin komandirləri qaldırıblar. Hərbi hissə komandirləri bu məhkəmə iddiaları ilə şəxsi heyət siyahılarını döyüşdə həlak olan, lakin ölümləri rəsmən təsdiqlənməmiş şəxslərdən təmizləyirlər.

ABŞ prezidenti Donald Trampın səsləndirdiyi məlumata görə, Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya ordusunun itkiləri 800 minlə 900 min arasındadır.

Rusiya tərəfi itkilərin sayı ilə bağlı rəsmi məlumat açıqlamasa da, prezident Vladimir Putin bir neçə dəfə hərbi əməliyyatların plan üzrə, qrafikə uyğun getdiyini bəyan edib. Müharibənin dinamikasını "müsbət" adlandıran Vladimir Putin hərbi əməliyyatların qənaətbəxş olduğunu da bəyan edib. Bir neçə gün öncə, fevralın 23-də bir qrup müharibə iştirakçısının mükafatlandırılması mərasimində çıxış edən Vladimir Putin Ukraynaya qarşı hərbi əməliyyatların Tanrının istəyi olduğunu da vurğulayıb. 

Müharibənin dəhşətli statistikası isə döyüş meydanında ölən və yaralananlardan ibarət deyil. Təxris olunaraq mülki həyata qayıdan müharibə veteranları geri qayıtdıqdan sonra azı 240 nəfəri öldürüblər. Bu barədə "7x7" nəşri məhkəmə statistikasına əsasən xəbər verir. Bunlar məhkəmə hökmü ilə təsdiqlənən halları əhatə edir. İstintaqı və məhkəmə baxışı davam edən hallar məlumata daxil edilməyib. "Verstka" internet resursu isə məhkəmə sənədlərinə əsaslanaraq təxris olunaraq mülki həyata qayıdan keçmiş hərbçilərin 750 nəfərdən çox dinc sakini öldürdüyünü və ya şikəst etdiyini yazır. "Verstka"nın məlumatına görə, ən azı 378 nəfər öldürülüb, 376 nəfər isə ağır xəsarətlər alıb. Müharibə veteranların qurbanlarının arasında yaxın qohumları, dostları, təsadüfi adamlar, uşaqlar və təqaüdçülər var.

Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyanın sərhəd bölgələrində ən azı 398 nəfər dinc sakin həlak olub, 1157 nəfər yaralanıb. Lakin bu da tam məlumat deyil. Rusiyanın Kursk vilayətinin Ukraynanın nəzarəti altında olan hissəsində və bitişik ərazilərdə nə qədər dinc sakinin öldüyü tam bəlli deyil. Üstəlik, qondarma Donetsk və Luqansk Xalq Respublikalarında mülki əhalinin itkiləri ilə bağlı təsdiqlənmiş statistika da yoxdur.

Müharibənin geridə qalan üç ilinin dəhşətli statistikası qorxunc olsa da, Rusiyanın hərbi əməliyyatları dayandırılmaq istəmədiyi də aydın görünür. "The Wall Street Journal"ın məlumatına görə, ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçirilən ilk görüşdən sonra Kreml sonsuz danışıqlar üçün zəmin hazırlayır. Nəşrin məlumatına görə, Kreml bu görüşlər vasitəsilə yalnız Rusiya ilə Amerika arasında əlaqələri bərpa etmək, ən azından Vaşinqtonla münasibətləri yumşaltmaq istəyir. İddiaya görə, Rusiya hərbi münaqişənin başa çatması ilə bağlı danışmaqdan yayınır. Ekspetlər isə xəbərdarlıq edirlər ki, Ukraynanın müttəfiqlərinin düşərgəsində yaşanan fikir ayrılığı və Rusiya ordusunun kiçik də olsa uğurları Kremli müharibəni davam etdirməyə həvəsləndirir. Soyuq müharibə üzrə ekspert, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Sergey Radçenko qeyd edir ki, Stalinin Çörçill və Ruzveltlə danışıqlarda mövqeyi sovet qoşunlarının döyüş meydanındakı vəziyyətinə uyğun olaraq dəyişirdi. Ekspet qeyd edir ki, Putin də oxşar taktikadan istifadə edir. Bütün bunlar onu göstərir ki, üç ili geridə qalan və dəhşətli itkilərə səbəb olan müharibənin hələlik sonu görünmür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see116

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see111

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see109

Rusiya Trampın ultimatumu qarşısında geri çəkilməyəcək KONKRET

16 İyul 2025 22:35see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri