Icma.az
close
up
RU
525 ci qəzet Vətən və doğma torpaq sevdalısı

525 ci qəzet Vətən və doğma torpaq sevdalısı

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq Zəfəri ilə nəticələndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı faşist ermənilərdən azad etdilər. Şanlı Qələbənin əldə edilməsində üç minə yaxın vətən övladı şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Bu 44 günün hər bir günü qəhrəmanlıq dastanına çevrildi. Böyük Zəfəri bizə yaşadanlar heç bir zaman unudulmur. Onların ömür yolu gənclərimizə əsl nümunədir. Bütün vətəndaşlarımız şəhidlərimizi böyük ehtiramla anır, onların fədakarlığını örnək sanırlar. Çünki "qəhrəmanlıqla ölmək insana əbədi həyat qazandırır" (C.Bruno).

Binəqədi rayonunun 314 saylı tam orta məktəbində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirdə birinci sinif şagirdləri də iştirak edirdi. Şagirdlər əllərində şəhidlərimizin şəkillərini tutmuşdular. Sinif müəllimi Qumru müəllimə cəsur igidlərimizin qəhrəmanlığı haqqında uşaqlara dedi ki, şəhidlərimiz bizim qürur mənbəyimizdir. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümüdür. Onları heç bir zaman unutmamalıyıq. Birincilərin arasında nəvəm İlhamın əlində qürurla tutduğu şəkil şəhid Munis Abbaslının şəkli idi...

Şəhid Munis Abbaslının həyatı və döyüş yolu ilə əhatəli tanış olmaq üçün Beyləqan rayonuna getdim və valideynlərilə görüşdüm. Öyrəndim ki, Munis Həbibullah oğlu Abbaslı 18 mart 2000-ci ildə Beyləqan rayonunda dünyaya göz açıb. 2005-2017-ci illərdə Beyləqan şəhər F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Səmimi və xoş xasiyyəti ilə seçilən Munis uşaqlıqdan fiziki hazırlığı ilə seçilib, sərbəst güləşlə məşğul olub. O, 2010-cu ildə Xocavənd şəhidlərinə həsr edilmiş sərbəst güləş yarışında birinci yeri tutub. Munis 2018-ci ilin aprel ayında Beyləqan rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. O, hərbi xidmətinə sərhəd qoşunlarının Qəbələ rayonunda yerləşən "N" saylı hərbi hissəsində başlayıb. Uşaqlıqdan hərbiyə marağı olan Munis yüksək əsgərlik keyfiyyətinə malik idi.

 Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirib, qüsursuz xidməti ilə seçilib. 2019-cu ilin oktyabrın 2-də xidmətini başa vuran Munis qısa müddətdən sonra Beyləqan pambıq emalı zavodunda yanğından mühafizə xidmətində işə düzəlir. O həm işləyir, həm də ali təhsil almaq üçün hazırlaşırdı. Vətən müharibəsi başlayanda o könüllü olaraq hərbi komissarlığa müraciət etmiş və qeydiyyata alınmışdı. M.Abbaslı 2020-ci ilin avqustunda qəbul imtahanlarında da iştirak edir. Sonra Munis müddətdən artıq xidmət etmək üçün kurs təşkil olunduğunu eşidərək sənədlərini hərbi qulluqçuların hazırlıq kursuna verir. Kursu keçərək avqustun 25-də silahlı qüvvələrin Beyləqan rayonunda yerləşən "N" saylı motoatıcı hərbi hissəsinin piyadanın döyüş maşını taborunda baş atıcı vəzifəsində xidmətə başlayır. Hərbi qulluğunun ilk iki həftəsini təlimlərdə keçirmiş, orada verilən tapşırıqların öhdəsindən uğurla gəlmişdi.

Vətən müharibəsi başlayanda Munis də xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərə qatılır. İlk gündən döyüş yoldaşları ilə birlikdə düşmənin möhkəmləndiyi müdafiə sədlərini keçənlərdən olur. Ağır döyüşlər zamanı Munis imkan tapdıqca ondan nigaran qalan valideynləri ilə telefon bağlantısı yaradır, onları narahat qoymamağa çalışır. Növbəti zənglərin birində isə Munis Ağdam Dövlət Kollecinə daxil olduğunu öyrənir. Bu xəbərə çox sevinən qəhrəmanımız müharibədən sonra təhsilini davam etdirmək niyyətində idi.

Füzuli, Cəbrayıl, Xocavənd rayonları ərazilərində gedən ağır döyüşlərdə fəal iştirak edərək qəhrəmanlıq göstərən Munis həm də yaralı yoldaşlarını döyüş meydanından xilas edərək çıxarır. Oktyabrın 23-də sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Munis sanki şəhadətini hiss edirmiş kimi anasından halallıq istəyir. Səhəri gün Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı Munis şəhidlik zirvəsinə ucalır. Onunla birlikdə 5 hərbçimiz də şəhid olur. Valideynlərinin sözlərinə görə, şəhid olmaq sanki ona hələ orta məktəb illərindən agah olubmuş. O, məzun olanda bir dostu onun köynəyinə yazıb: "Ən böyük arzun şəhid olmaqdır, səni o zirvəyə yüksələsən". Munis də həmin cümlənin sonunda yazıb: "İnşallah!" Munis oktyabrın 15-də Beyləqan rayonunda Şəhidlər xiyabanında uğrunda canını fəda etdiyi vətən torpağına tapşırılıb. Şəhidimiz subay idi. Ailədə iki bacı, bir qardaş olublar. Cəsarəti və qəhrəmanlığı ilə adını vətən tariximizin şanlı səhifəsinə yazan Abbaslı Munis ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları, III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Fədakar şəhidimizin dünyaya göz açandan qismətinə düşmüş əsl adına gəlincə bu da dostluqla, ülfətlə ilgili bir isimdir. Munis adına layiq oğul olub. Munis - adama yovuşan, mehriban, istiqanlı, sirdaş, ürək dostu, istəkli, ürəyəyatan mənasını ifadə edir. Cəsurluğu, igidliyi, xoş rəftarlığı ilə çox insanları munisləşdirdi Munis. Munisin qəhrəmanlığından sonra dünyaya gələn neçə-neçə uşağa Munis adı qoyulub. Munisin xislətində, mənəvi varlığında əxlaqi məziyyətlər irsən, ata-babadan qismət olub. Sağlam ailə tərbiyəsi görmüşdü Munis. Gözü-könlü tox, həssas, duyğulu gənc idi.

Atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Həbibullah Abbasovun dediklərindən: "Mən özüm də Qarabağ müharibəsi iştirakçısıyam. İşğal altında qalan yurd yerlərimiz, köçkünlük həyatı yaşayan yurddaşlarımızın torpaq həsrəti heç zaman onu tərk etmirdi. Munis cəbhəyə də könüllü getdi. Qürur hissi keçirirəm ki, oğlum Munis də torpaqlarımızın azad edilməsində şəhid olub. Cəbhəyə yola düşəndə də sevincli idi, özünü qürurlu aparırdı. Döyüşlərdə də xüsusi şücaət göstərib, yaralı yoldaşlarını xilas edib. Onlarla düşməni məhv edib. Vətən, torpaq sevgisi onda məktəb illərindən ən ülvi istəyi olub. O ümid eləyirdi ki, biz hökmən qələbə çalacağıq. Ölümdən qətiyyən qorxmurdu. Sonuncu dəfə telefonla danışanda dedi ki, nigaran qalmayın, qismət olsa gələcəm, qismət olmasa, vətən bayrağına bükülüb gələcəm".

Anası Kəmalə xanımın dediklərindən: "Munis olduqca istiqanlı, ünsiyyətcil, xoşxasiyyətli idi. Məktəbdə həm müəllimlər, həm də sinif yoldaşları onun xətrini çox istəyirdilər. Cəbhəyə yola düşəndə mənə dedi ki, axı, torpaqlarımız düşmən əlindədir. Torpaqlarımızı azad etmək hamımızın borcudur. Bütün yaşıdlarım cəbhəyə gedir. Güclü ordumuz var, inşallah qələbə çalacağıq. Məndən nigaran qalma. Cəbhə yoldaşları ilə çəkdirdiyi şəkilləri evə göndərərdi. Bu şəkillərdə Munisin ruhu var. Onun xatirəsini də elə bu şəkillər yaşadır. Fəxr edirəm ki, belə igidin anasıyam".

Bacıları Billurə və Nuranənin dediklərindən: "Qardaşımız torpaqlarımızın düşmən tapdağında qalmasını mənliyinə sığışdıra bilmirdi. Ona görə də könüllü olaraq cəbhəyə getdi. Son damla qanına qədər də vuruşdu. Həm qohumlarımız, həm də qonşularımız onun xətrini çox istəyirdilər. Qorxu nə olduğunu bilməzdi Munis. Şəhidlik igidlik, cəsurluq, qorxmazlıq, şücaət, yenilməzlik əlamətidir. Ölümləri ilə ölməzlik qazanan şəhidlərimiz bizə qalibiyyət müjdəsi bəxş etdilər. Şanlı qələbəmizi bizə bəxş edən şəhidlərimizin ruhları şaddır. Tarixi qələbədə minlərlə şəhidimiz kimi Munisin də rolu var".

Munis haqqında yaxın qohumları, qonşuları da onun vətən və torpaq sevgisindən, igidliyindən, mehribanlığından ürək dolusu danışdılar. Munis Abbaslı mənim yaxın qohumum Tamara xanımın nəvəsi idi. Tamara xalam mənim doğulduğum Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub və Beyləqanda ailə qurub.

Qarabağ müharibəsi ordumuzun gücünü bütün dünyaya göstərdi. Rəşadətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Munis kimi minlərlə şəhidlərimizin və qazilərimizin sayəsində üçrəngli bayrağımız işğaldan azad olunmuş doğma Qarabağımızın aydın səmalı hər bir zirvəsində qürurla dalğalanır. Bu gün bütün şəhidlərimizin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şaddır. Xalq şairi Musa Yaqubun şeirindən nümunə göstərdiyim aşağıdakı misralar torpaqlarımızın azad edilməsində canlarından keçən şəhidlərimizə ünvanlanıb:

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil, bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

Bəli, "Altında yatarkən də bizimdir yerin üstü" (Cəmal Mithəd Kuntay).

Vətən və torpaq sevdalısı Munis Abbaslı qəhrəmanlığı ilə xalqına layiq igid olduğunu döyüş sınağında sübut etdi. Beyləqan, Füzuli və Cəbrayıl camaatı igid oğlunu həmişə dərin ehtiramla xatırlayır. Beyləqandakı doğulduğu evin yerləşdiyi küçə Munis Abbaslının adını daşıyır. Minlərlə şəhidlərimiz kimi Qarabağ müharibəsinin 20 yaşlı könüllü şəhidi Munis Abbaslının şərəfli döyüş yolu yeni nəsil üçün bir örnəkdir.

Vəfa XANOĞLAN

Azərbaycan Universitetinin müəllimi, sənətşünaslıq elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri