Icma.az
close
up
RU
525 ci qəzet Xocalı Soyqırımının 33 cü ildönümü Niderlandda qeyd edilib

525 ci qəzet Xocalı Soyqırımının 33 cü ildönümü Niderlandda qeyd edilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

26 devral 1992-ci il tarixində baş vermiş Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı Niderland Krallığında anım mərasimi təşkil edilib.

525.az xəbər verir ki, tədbir Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsi abidəsi qarşısında başlayıb.

İlk öncə, Xocalı sakinləri və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, sonra ruhlarına Quran tilavəti bəxş edilib, monument qarşısına əklil və çiçəklər qoyulub.

Anım mərasiminin rəsmi hissəsi isə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Anım mərasimini təşkil edən Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin başqanının video çıxışı səslənib.

Azərbaycan Respublikasının Niderlanddakı səfirlik nümayəndələri, Türkiyə Cümhuriyyətinin Haaqadakı böyük elçilik nümayəndələrinin çıxışları olub. Tədbirə türkiyəli millət vəkili də qatılıb.

Azərbaycan Diasporuna Dəstək fondunun rəhbəri də tədbirdə çıxış edib.

Anım mərasimində ən önəmli çıxışçı, Xocalı sakini olan, ailə üzvlərini həmin gecədə itirmiş jurnalist, yazıçı-publisist Səriyyə Müslüm qızı idi.

O, həm də 32 ildən sonra Xocalıya qayıdan ilk insanlardandır.

Uzun illər həsrətində olduğu Xocalının yüksək templə inkişafından fərəhlə danışan Səriyyə xanım, bundan sonra Vətənimizin və xalqımızın bir daha belə məşəqqətlər görməməsini arzulayıb.

Bu il o, bu tədbirə daha da rəng qataraq özünün “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitablarının holland dilində təqdimatını edib.

Kitab, niderlandlı təqaüddə olan müəllim, yazıçı Henri van Rens tərəfindən tərcümə olunub. Həmin gecə həyatını itirən qadın və uşaqların həyat və ölüm anını təsvir edən bu kitab iştirakçıların böyük marağına səbəb olub. 

Kitab bir çox dillərə tərcümə olunsa da, holland dilində tərcümə edilməsinin əsas səbəbi Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsidir.

Həqiqiqətən də, Ədalətin ocağı sayılan Niderland, Xocalı Soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin ədalətlə cəzalanmasını təmin etməlidir.

Amma çox təəssüf ki, bir çox ölkələr, eləcə də Niderland Krallığı, Xocalı Soyqırımının Ədalət  çağırışına susaraq cavab verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri