Icma.az
close
up
RU
Niderland Krallığında Xocalı soyqırımının 33 cü ildönümü qeyd edilib, qurbanların xatirəsi anılıb

Niderland Krallığında Xocalı soyqırımının 33 cü ildönümü qeyd edilib, qurbanların xatirəsi anılıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Niderland Krallığında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Haaqada fəaliyyət göstərən Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland ictimaiyyətinin, bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbir iştirakçıları əvvəlcə “Nieuw Eykenduynen” (Yeni İkendinen) məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib və bir dəqiqəlik sükutla qurbanların xatirəsini yad ediblər.

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının dinc vətəndaşlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını diqqətə çatdırıblar. Bildirilib ki, erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı ilə silahsız və köməksiz Xocalı sakinlərinə hücum ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Artıq Xocalının işğaldan azad olunduğunu vurğulayan natiqlər, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən bəhs ediblər və şəhidlərimizin ruhunun şad olduğunu deyiblər.

Tədbir çərçivəsində Səriyyə Cəfərovanın Niderland dilində nəşr olunan “Onlar heç vaxt böyüməyəcək” adlı kitabının təqdimatı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri