Icma.az
close
up
RU
525 ci qəzet Yazmasam, borclu qalaram... Abid Tahirli yazır

525 ci qəzet Yazmasam, borclu qalaram... Abid Tahirli yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Abid TAHİRLİ

Yaxından-uzaqdan şəxsən tanıdığım, yaxud yaradıcılığına az-çox bələd olduğum qələm əhlindən bəziləri hərdən öz əsərlərini mənə təqdim edir və münasibət bildirməyimi istəyirlər. Burada qəbahət bir işin olmadığını bildiyimdən, "Əsəri oxuyum, sonra danışarıq" - deyirəm. Təbii ki, qarşı tərəf də mövqeyimi anlayışla qarşılayır. Nəticə əsərin dəyərinə bağlı olur, əgər əsər yaxşıdırsa, müəllifi təbrik edir, bəzən bununla kifayətlənməyib, hətta haqqında resenziya da yazıram, yox, əsər zəifdirsə, susur, münasibət bildirməyi məqsədəuyğun hesab etmirəm. Arif və ayıq müəlliflər də mövzuya qayıtmırlar...

Ötən əsrin 80-ci illərindən imzasını izlədiyim, müəyyən münasibətlərimizin olduğu, dəfələrlə də haqqında yazmaq fikrinə düşdüyüm İslam Sadıqla bağlı isə fərqli olaylar oldu. Sosial şəbəkələrin birində şairin öz yaradıcılıq gecəsinə, yubileyinə dəvət etdiyi qonaqların siyahısında adımı görmədim. Doğrusu, təəccüblənsəm də, üzə vurmadım və ötəri hiss keçib getdi. Bir müddətdən sonra təsadüfən İ.Sadıqla rastlaşdıq, həmişəki qaydada bir-birimizdən hal-əhval tutsaq da, incik görünən şair giley-güzarını gizlətmədi:

- Yubileyimə də gəlmədin, gözüm axtardı, səni görmədim.

- Dəvət olunanların siyahısında yox idim. Ona görə...

İslam Sadıq cümləmi bitirməyimə imkan vermədi:

- Nə danışırsan, əvvəla, telefonun cavab vermədi, ikincisi isə, indiki kimi yadımdadır, sənin adını siyahıya şəxsən yazmışdım.

Mübahisə etmədim və "Görünür, bir anlaşılmazlıq olub" - dedim və davam etdim:

- Sən istedadlı, zəhmətkeş şair, publisist, alimsən. Sənin haqqında yazmağı çoxdan fikirləşsəm də, hər dəfə ortaya bir iş çıxırdı. İndi zaman yetişib, şair! Yazmasam, borclu qalaram...

Və beləliklə, bu yazıya başladım...

Qələmi və görkəmi ilə folklor qəhrəmanlarının özünü və sözünü yaşadan İ.Sadığın poeziyasının mövzu dairəsi çoxşaxəli, rəngarəngdir, onun elmi tədqiqat sahəsi isə əsasən bir istiqamət üzrədir. Bu da alimə problemi daha dərindən, hərtərəfli izləməyə, işləməyə, onun aktuallığını ciddi arqumentlərlə əsaslandırmağa, araşdırmalarının nəticələrini uğurla ümumiləşdirməyə, maraqlı elmi-nəzəri qənaətlərə gəlməyə imkan verir. O, 2007-ci ildə "Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi" mövzusunda dissertasiyasını müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru, sonra isə "Şumer epik mətnləri və Türk xalq yaradıcılığı ənənələri" elmi tədqiqat işini müdafiə edərək, elmlər doktoru elmi dərəcələrini alıb. İ.Sadıq 100-dən çox elmi, publisistik məqalənin müəllifidir. Alimin araşdırmalarını yüksək dəyərləndirən akademik Nizami Cəfərov "İslam Sadıqın Şumer meydanı" adlı məqaləsində ("525-ci qəzet", 29.12.2020) yazır: "Apardığı kifayət qədər genişmiqyaslı (və intensiv) araşdırmaların nəticəsi olaraq, "Şumer və türk dastanları", "Şumer ədəbiyyatı" kitablarını nəşr etdirməklə kifayətlənməyib, "Şumer epik mətnləri və türk xalq yaradıcılığı ənənələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, Azərbaycanda peşəkar şumerşünas kimi tanındı ki, ona xeyir-dua verənlər içərisində akademik Tofiq Hacıyev kimi mövzuya dərindən bələd böyük alimimiz vardır". Deyilənlər bu gün İ.Sadıqın toxunduğu tədqiqat sahəsinin nə qədər aktual, əhəmiyyətli, eyni zamanda məsuliyyətli və ciddi olduğuna dəlalət edir.

İ.Sadığın elmi axtarışları onun poeziyasının təsirindən mayalanıb, fikrimizcə, onun elmi nailiyyətləri şairin ilham pərisini daha da qanadlandırır. Hər iki halda - həm poetik duyğularını, həm elmi təfəkküründə ərsəyə gələn, formalaşan fikirlərini ifadə etmək üçün İ.Sadıq sözdən, onun gücündən məharətlə istifadə etməyi bacarır və bu baxımdan görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Nizami Tağısoyun qənaətləri sərrast və səmimidir: "İslam Sadıq sözü istədiyi qiyafəyə, istədiyi libasa salır, söz onun təsəvvüründə mum kimi, yay kimidir: sıxılır, bük-ülür, dartılır, nə bilim, min bir hala düşür. Sözün istənilən modifikasiyaya salınması İslam üçün olduqca rahatdır. Hər söz, ifadə, ibarə İslam üçün Koroğlunun dəliləri kimidir. İslam komanda verdi, onlar da şairin qarşısında "səf-səf", vüqarla düzülür. Amma İslam öz "söz dəliləri", sözlərlə güclə danışmır, onlarla onun qarsılıqlı ülfəti, ünsiyyəti, səmimiyyəti var. İslamın şeirlərinə kalamburlar, təkrirlər, məcazlar da xüsusi rəng qatır. Lakin onlar nə gözü, nə də qulağı yormur. İslam sözdən elə söz tutur ki, onun mayası da milliliklə yoğrulur. Belə rəvan, yapışqanlı ifadə imkanları nümayiş etdirmək nadir poetik fikir sahiblərinə qismət olur" ("Ədalət" qəzeti 2019. - 13 fevral. -  s.7.).

Yuxarıda qeyd etdiyimiz kimi, İ.Sadıq poeziyası mövzu baxımından sədd-sərhəd tanımır. Şairin bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış 6-cildliyinə (İslam Sadıq. "Əsərləri", I cild, 432 səh., II cild 404 səh., III cild 400 səh., IV cild 408 səh., V cild 408 səh.. VI cild 408 səh.) ötəri nəzər salmaq kifayətdir ki, bu qənaətə gələsən. Kitablarda müxtəlif səpkili üst-üstə 1940 şeir toplanmışdır. Vətənə məhəbbət şairin poeziyasının ana xəttini təşkil edir. "Mən bir Vətən arısıyam, Zəhərindən bal çəkərəm", - deyən şairin Vətən sevgisi onun sümüyünə, iliyinə qədər işləyib. "Murovda dalğalanan bayrağa dirəkdilər, Bu torpağın köksündə döyünən ürəkdilər" misraları ilə Vətənin qeyrətli övladlarının şəninə söz söyləyəndə, "Gör hansı daşını öpməyib dizim, Dodağım dəyməyən bulağı varmı?" - deyə təbiətinə, gözəlliklərinə sığal, "qələm" çəkəndə, "Ay Vətən, sən varsan deyə, mən mənəm" söyləyib Şuşasını, Dərbəndini, Təbrizini, Borçalısını, Kəlbəcərini... tərənnüm edəndə, düşmənə müraciətlə "Tanımırsan, tanı türkü, bu dünyanın xanı türkü", - deyib od püskürəndə, soyunu vəsf edəndə şairin gülərüz, təəssübkeş çöhrəsi, qürur, fəxarət və məmnunluq yağan siması misraların arxasından açıq-aydın görünür. İ.Sadıq, eyni zamanda Vətənə xor baxanlara, onu talayanlara, Vətən dərdinə laqeyd, biganə qalanlara, nadan və nankorlara qarşı barısmazdır, amansızdır, şairin sözləri neştərdir, süngüdür, dəlir, deşir, yerlə-yeksan edir. "Vətəni quyruq kimi yeyənlər" şairin qəzəbinə tuş gəlir:

Gah huylanır duman altdan,

Gah boylanır saman altdan.

Səsi gəlir tuman altdan

"Qurbanam" sanamı - deyir?! (Vətənə anamı deyir),

Yaxud:

Qarın otaranın sevgisi olmaz,

Yal görüb, yağıyla qol-boyun yatar.

(Vətən sevgisinin sirri).

İ.Sadıq öyüd-nəsihətləri, tövsiyələri ilə nağıl, dastan qəhrəmanlarına bənzəyir. Şairin "Gəl sənə deyim kimdən, Gəl sənə deyim hardan" misraları ilə başlayan şeirlərində dedikləri, aforizm, kəlam kimi səslənir:

Kim pula gül olacaq,

Başına kül olacaq.

(Sənə kimdən deyim);

Yaxud:

Məndən sənə amanat,

Tanımadığın atın,

Nə arxasına hərlən

Nə də yalmanına yat

(Babam belə deyərdi);

və ya:

Bax, atın yüyənini

Vermək olmaz namərdə,

Yiyəsini demirəm,

At da dözməz bu dərdə!

(Dədəm işdən dönərdi).

İ.Sadığın poeziyası mövzu, ideya, məzmun, mündəricə baxımından maarifçidir. O doğma torpağa, el-obaya, ata-anaya, dostlara soydaşlara sevgi, sayğı və sədaqətlə yanaşmağı, mili-mənəvi dəyərlərə hörmət etməyi, ləyaqət və şərəflə yaşamağı, elmə, təhsilə yiyələnməyi, hissin, nəfsin yox, ağlın, zəkanın yolu ilə getməyi təlqin, təşviq və təbliğ edir. Şair klassik və çağdaş şeirimizin, folklorumuzun milli məfkurəli, milli siqlətli ənənələrindən bəhrələnərək təsirli, duyğulandıran, düşündürən, yaddaqalan nümunələr yaratmışdır. İ.Sadığın şeirləri dil, üslub, sənətkarlıq cəhətdən də maraq doğurur, təqdirəlayiqdir. Şairin yaradıcılıq labarotoriyası bədii təsvir və ifadə vasitələri - epitetlər, təşbehlər, metaforalar, metonimiyalar, mübaliğələr, litotalar  ilə zəngindir. O, müxtəlif frazeoloji vahidlərdən, atalar sözü və məsəllərdən yerli yerində, məharətlə istifadə edir.

İ.Sadıq haqqında yazdıqlarımızla tanış olan oxucuda haqlı olaraq belə sual yarana bilər: Şairin 6 cildliyində verilmiş 1940 şeirin içərisində, ümumiyyətlə, poeziyasında zəif təsir bağışlayanı yoxdurmu? Hesab edirəm ki, bütün şairlərdə olduğu kimi, İslamın ədəbi irsində həm mövzu, həm sənətkarlıq baxımından yüksək tələblərə cavab verməyən, nibətən zəif əsərlər də yox deyil. Əksini söyləsək, səmimi səslənməz. Yəqin ki, İ.Sadıq da zəif  şeirlərinin olmadığı iddiasından uzaqdır. Elə isə biz bu yazıda niyə həmin nümunələrə toxunmadıq, susduq, söhbət açmadıq? Səbəbi sadədir. Bu, yubiley yazısıdır. Şairin 70 yaşına gecikmiş təbrikimizdir! Təbrikin içində tənqid yaxşı görünməz.

11.01.2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see262

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see173

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see135

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see130

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see122

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see119

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see116

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri