Icma.az
close
up
RU
525 ci qəzet Yoxdur bərabərin, yoxdur nisbətin

525 ci qəzet Yoxdur bərabərin, yoxdur nisbətin

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elçin SƏLİMLİ

Ay Şuşam

Bitdi ayrılığın, bitdi həsrətin,

Güldü xoş üzünə, güldü qismətin,

Yoxdur bərabərin, yoxdur nisbətin,

Gəldim görüşünə, gəldim, ay Şuşam.

Bitdi otuz ilin nisgil, göz yaşı,

İndi tər-təmizdir, dağların başı,

İsidir nəfəsin torpağı, daşı,

Çıxmışam qaşına, çıxmışam, Şuşam.

Qoynun bu gün yenə çağlayıb-coşur,

İsa bulağın da qaynayıb-daşır,

Şən nəğmələrin də dağları aşır,

Dolanım, başına, dönüm, ay Şuşam.

Vaqifin qəzəli o şux bəstəndə,

Bülbül cəh-cəhindən yoxdur dəstədə,

Gülür Natavanım, gülür büstü də,

Gülüşün yayılsın cahana, Şuşam.

Bilməm bundan belə nə kədər, nə qəm,

Axmaz göz yaşlarım, nə gözümdə nəm,

Köçərəm dünyadan rahatlıqla mən,

Baş əyib qarşında durram, ay Şuşam.

Döz, ürəyim...

Alışar həsrətim, yanar həsrətim,

Günəş tək yenidən doğar həsrətim,

Bəzən də zülməti qovar həsrətim,

Döz bu ayrılığa, döz, ay ürəyim!

Bəzən atəş olar, bəzən od olar,

Bəzən doğma olar, bəzən yad olar,

Fikirlər dağılar, ya bərbad olar,

Döz bu dağıntıya, döz, ay ürəyim!

Bu ömrü əmanət istədim səndən,

Sıxıntı verirsən, bəs indi nədən?

Barı insaf elə, incitmə hərdən,

Döz bu sıxıntıya, döz, ay ürəyim!

Onsuz da, Elçinin köçəri quşdur,

Dalıb xəyallara, yenə bihuşdur,

Bu necə davranış, necə duruşdur,

Döz bu davranışa, döz, ay ürəyim!

Dəli könlüm

Bir ömürü puç eylədim,

Əbəs yerə heç eylədim,

Sevmək ilə suç işlədim,

Viran oldu dəli könlüm!

Nə qazanıb, nə itirdim,

Eşq davamı mən bitirdim,

Özümü sona yetirdim,

Boran oldu dəli könlüm!

Küsüb məndən əhd-peymanım,

Çıxıb gedib and-amanım,

Qalmayıb səbri-qərarım,

Üsyan etdi dəli könlüm!

Özünü hədər yorursan,

Nədən peşiman olursan,

Saf eşqini qoruyursan,

Ürfan etdi dəli könlüm!

Söylə

Batanda qüssəyə, kədərə, qəmə,

Rahatlıq tapmaqçün gəl mənə söylə.

Nadan qarşısında boynunu əymə,

Özünü üzmə heç, gəl mənə söylə.

Yol çəkən gözlərin yorulub qalsa,

Başının üstünü duman, çən alsa,

Can evin intizar, həsrətlə dolsa,

Özünü üzmə heç, gəl mənə söylə.

Bilirəm, həyatda kimsən yox sənin,

Düşmənin qəlbinə dəysin ox sənin,

Görsən sevənlərin olub, çox sənin,

Özünü üzmə heç, gəl mənə söylə.

Varlığın olaram, mən gecə-gündüz,

Əhdi-peymanımda mən həmişə düz,

Nə özünü incit, nə də məni üz,

Özünü üzmə heç, gəl mənə söylə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri