Icma.az
close
up
RU
525 saylı marşrut avtosu dəhşətli qəzadan son anda qurtardı

525 saylı marşrut avtosu dəhşətli qəzadan son anda qurtardı

Icma.az, Oxumeni.az saytına istinadən bildirir.

525 saylı marşrut avtosu dəhşətli qəzadan son anda qurtardı

Son illərdə dəfələrlə Masazır-Memar Əcəmi metrosu arasında işləyən 525 saylı avtobus marşrutu sürücülərinin avtobusu ağzınadək dolduraraq maşını təhlükəli sürməsi və sərnişinlərin həyatını təhlükə altına aldığı barədə müvafiq qurumlara, o cümlədən xətt sahibinə müraciətlər edilib. Buna baxmayaraq 525 saylı marşrut avtobusunun özbaşınalıq edən sürücüləri barədə hər hansı tədbir görülmür. Nəticədə demək olar hər gün sürücülər sərnişinlərin etirazlarına məhəl qoymayaraq pik saatlarında maşınları təhlükəli şəkildə sürməkdə davam edirlər.

Bu qün səhər isə Masazır-Memar Əcəmi marşrutu ilə hərəkət edən 99-ND-297 dövlət nişanlı 525 saylı marşrut avtobusunun sürücüsü tərəfindən maşının ağzına kimi sərnişinlə doldurması nəticəsində daha dəhşətli bir qəza təhlükəsi yarandı. Avtobusun bir tərəfinin tamamilə əyilərək yerlə sürtünə-sürtünə getməsinə baxmayaraq sürücü yoluna davam edirdi. Avtobus hərəkət zamanı gah sağa, gah sola əyilirdi. Sərnişinlərin etirazına məhəl qoymayan sürücü isə avtobusu sürməkdə davam edirdi. Qəza hər an qaçılmaz idi. Sürücünün bu özbaşınalığı və qaçılmaz qəzanın qarşısını yalnız Ekologiya postunun qarşısında polislər tərəfindən alındı. Yol polisi 525 saylı avtobusu saxlayaraq sərnişinləri düşürdülər və onun yoluna davam etməsinin qarşısını aldılar.

Təəəssüflər olsun bu hal birinci dəfə deyil və əksər hallarda yol polisi qəza təhlükəsi yaradan və hər an aşmağa hazır olan 525 saylı marşrut avtobusunu saxlayaraq sərnişinlərin həyatlarını xilas ediblər. Buna baxmayaraq 525 saylı avtobus sürücülərinin öz başınalığı davam edir. Sərnişinlər arasında gəzən söz-söhbətə görə sürücülərin özbaşınalığının davam etməsinə səbəb xətt sahibinin Baş nazirin müvavini Cavid Qurbanovun qohumu olması ilə əlaqədardır. Biz bunun doğru olub-olmadığıni bilmirik. Ancaq o da aydındır ki, sürücülərin özbaşınalığına və xətt sahibinin sərnişinlərin şikayətlərinə məhəl qoymamasına səbəb həqiqətən də sonuncuları hansısa yüksək vəzifəli məmurun himayə etməsi ilə əlaqədar ola bilər. Görünür 525 saylı marşrutun sahibi və onun himayə edənlər yalnız qəza baş verdikdən, onlarla insan öləndən və yaralanandan sonra hərəkətə keçəcəklər. Onda isə çox gev olacaq...

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 May 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri