525ci qəzet ABŞnin 5 ştatında sərt qış şəraiti ilə əlaqədar fövqəladə vəziyyət
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbindən fövqəladə vəziyyət elan edilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin müxtəlif ştatlarında hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqlar edilib.
Fırtına təhlükəsi səbəbindən 30 ştatda fövqəladə vəziyyət elan olunub və vətəndaşlara evdə qalmaq tövsiyə edilib.
Hava şəraiti ilə bağlı ABŞ-də 1500-ə yaxın reys ləğv edilib, 2 mindən çox reys isə gecikib. Bundan əlavə, bəzi qatar reysləri də təxirə salınıb.
Xüsusilə Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında fövqəladə vəziyyət elan edilsə də, ağır qış şəraitinin ümumilikdə ölkə daxilində 62 milyon insana təsir edəcəyi proqnozlaşdırılır.
ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tərəfindən yayılan məlumatda son 10 ilin "ən güclü qar yağışı"nın gözlənildiyi qeyd olunub.
Malik Atilay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Yanvar 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















