Yazılı tələb edilən sualların sayını artırmaq olar Buraxılış imtahanları ilə bağlı TƏKLİF
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Buraxılış imtahanlarında dörd səhvin bir düzü aparması qaydasının mütləq şəkildə tətbiqi zəruri deyil. Bəzi hallarda ədalətsiz nəticə də yarada bilər. Burada səbəblər qısa və aydındır".
Bunu Redaktor.az-a "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu ali məktəbə qəbul zamanı buraxılış imatahanlarında 4 səhvin 1 düzü aparması ilə bağlı verilən təklifə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, buraxılış imtahanının mahiyyəti tamamilə fərqlidir:
"Çünki buraxılış imtahanı şagirdin məktəb proqramını mənimsəmə səviyyəsini üç fəndən yoxlayır: Azərbaycan dili, riyaziyyat, xarici dil. Bu imtahan seçim deyil, əslində yoxlama xarakterlidir. Qəbul imtahanı, yəni ikinci olan blok isə rəqabət və seleksiya məqsədi daşıyır. Həm də buraxılış imtahanının nəticələri ilə də şagirdlər universitetdən daha aşağı səviyyəli olan kolleclərə qəbul ola bilərlər. Buraxılış imtahanında şagirdlərin çoxu ali məktəbə qəbul olmaq üçün deyil, attestat almaq üçün iştirak edirlər. Ali məktəbə girmək üçün bu imtahan 300 bal verirsə, digəri 400 bal verir, yəni artıq rəqabət orada yaranmağa başlayır. Buraxılış imtahanında dörd səhvə görə bir düzü silmək psixoloji təzyiq yarada bilər. Deyilə bilər ki, təxmini atmaqla cavabları tapmaq olar. Bu qaydanın əsas arqumenti, yəni dörd səhvin bir düzü aparması, təxmini atmanın qarşısını almaqdır, amma buraxılış imtahanlarında suallar bilik və məntiq tələb edir. Burada məqsəd şagirdi cəzalandırmaq deyil, öyrəndiyini ölçməkdir".
Müsahibimiz digər alternativin nə ola biləcəyindən də danışdı:
"Əgər məqsəd keyfiyyəti artırmaqdırsa, açıq tipli, məntiqi təfəkkür irəli sürən, yazılı tələb edilən sualların sayını artırmaq olar. Buraxılış və qəbul imtahanının funksiyası burada qarşılaşdırılmamalıdır. Həmçinin qəbul imtahanlarında dörd səhvin bir düzü aparması məntiqlidir. Buraxılış imtahanında isə eyni qaydanı tətbiq etmək, düşünürəm ki, nə pedaqoji, nə də sosial baxımdan əsaslı deyil".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















