Icma.az
close
up
RU
525ci qəzet Adamlar dövranla qabaqlaşırlar Yəhya Paşazadədən poetik nümunələr

525ci qəzet Adamlar dövranla qabaqlaşırlar Yəhya Paşazadədən poetik nümunələr

Icma.az bildirir, 525.az portalına istinadən.

Yəhya PAŞAZADƏ

...Məhəbbətsiz oxunmur

Gözlərindən saf bir eşqin

Çiçəkləri tökülür.

Kirpiyindən çiçəklərin

Ləçəkləri tökülür...

İllər keçib, dolaşsa da,

Sən sevgidən doymursan,

Ürəyində məhəbbətsiz

Heç bir yer də qoymursan...

Göy üzünü sevgi tutur,

Sözlərini çevir sən...

Sevilirsən sən sevdikcə,

Sevildikcə sevirsən.

Min ayrılıq, həsrət belə,

Xatirinə toxunmur.

Çünki sənin taleyin də

Məhəbbətsiz oxunmur...

Ömrün payızı

Bu necə buluddur, durmur göydə də,

Bu necə yağışdır, yerə də yağmır!..

Sel kimi açılan vaxtsız bir yağış

Şərə də yağmasa, xeyrə də yağmır...

Rahatlıq tapmayır, dincəlmir zaman,

Hökm ilə hər nəyi deyir, eləyir.

Gecəni döndərir fikrə, xəyala,

Səhəri bir vərəq şeir eləyir...

İsti də çox görür ömür, bürkü də,

Ancaq hər dəfə də sərt qışdan keçir.

Adama ayrılıq, kədər payızdan,

Ağlamaq, bəlkə də, yağışdan keçir...

Günahlar o qədər çoxalıb...

Adamlar dövranla qabaqlaşırlar,

Ömürlər tələsir, vaxt geri qalır.

Günləri elə çox qaraldırlar ki,

Hərəyə tək bircə göz yeri qalır.

Xeyir iş görülür şərlə qarışıq,

Min əməl bir halal zəhmət eləmir.

Günahlar o qədər çoxalıb, bəlkə,

Allah hər ölənə rəhmət eləmir.

Hava da təngiyir, boğulur zaman,

Aldıqca hər nəfəs nəfəsə çatmır.

Ucadan səslənib, çağırsan belə,

Hər dəfə nədənsə səs səsə çatmır.

Torpağın üstündə, göyün üzündə,

Açılan hər cığır, hər yol səhv gedir.

İlk dəfə atılan hər bir addımın,

Ardıyla bir fərman, üzr, əfv gedir.

Zəmanə çırpsa da pəncərəsini,

Ruzigar saxlamır, ayaz saxlamır.

Həyat hər yazdığı ağ səhifədə

Haqqın rəngini də bəyaz saxlamır.

...Bu yağışın içində

Torpağa yağış yağır,

Baxışların üstündən.

Ardınca payız gəlir,

Yağışların üstündən.

Damcılar dil açsa da,

Sözlərini saxlayır.

Buludlar göydə güclə

Özlərini saxlayır.

Bu qədər yağış yağır,

Pəncərəni silmirsən.

Ardınca payız gəlir,

Ömür gəlir, bilmirsən...

Zaman tamam rənglənir,

Bir naxışın içində.

Payızla ömür qalır

Bu yağışın içində...

Yadımda qalmadın

Mən səni uca dağ, zirvə bilirdim,

Ancaq sən heç qara daş da olmadın.

Dalğalı dəniztək, sanırdım, fəqət,

Gözümdə bir damla yaş da olmadın.

Səni dan ulduzu zənn eləyirdim,

Xəyalın göylərdən yerə enmədi.

Səhv edib adına xeyirxah dedim,

Şərə endi başın, xeyrə enmədi...

Həyatda çinartək görürdüm səni,

Üstümə heç kölgə salmadın mənim.

Ən şirin söz idin fikirlərimdə,

Bir kəlmə yadımda qalmadın mənim.

Mən səni bir işıq, bir nur sayırdım,

De, niyə zülmətdə saçılmadın bəs?

Səni səhər bilib salamlayırdım,

Nə üçün ömrümdə açılmadın bəs?

Mənimçün həqiqət, haqq idin, nədən,

Yalanı doğrudan seçə bilmədin.

Ümiddən çəkilmiş yoldun, bəlkə də,

Tək mənim qəlbimdən keçə bilmədin...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri