Icma.az
close
up
RU
525ci qəzet Aktyor Niyaz İlyasoğlu: Bizim aktyorlarımız varlı adam obrazını oynaya bilmirlər

525ci qəzet Aktyor Niyaz İlyasoğlu: Bizim aktyorlarımız varlı adam obrazını oynaya bilmirlər

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aktyor Niyaz İlyasoğlu tamaşa, serial və filmlərdə tamaşaçıların yaddaşında daha çox mənfi rolları ilə iz qoyub. Bakı Uşaq və Gənclər Teatrı, Əsa Teatrı və M Teatrda fəaliyyət göstərən Niyaz İlyasoğlu "Ağabəyovlar", "Sonuncu fəsil", "Yuxu kimi", "Vətəndaş A" kimi serial və "Soyuq günəş", "Son nəfəsədək", "Oğul", "Ölümə qənşər", "Arxa cəbhə", "Səriyyə" kimi filmlərdə rol alıb.

Niyaz ilyasoğlu ilə müsahibəmizi oxuculara təqdim edirik.

- Niyaz bəy, tamaşaçı sizi daha çox mənfi rollarda görür. İstər "Yuxu kimi" olsun, istər "Vətəndaş A" serialı, istər "Səriyyə" filmi olsun, hər birində mənfi obrazı canlandırmısınız. Bu rollardan sonra həyatda insanların sizə qarşı reaksiyası, münasibəti, davranışı necədir?

- Sözün açığı, hər cür reaksiya görürəm. Daha çox müsbət reaksiyalarla qarşılaşıram. İnsanlar məni görəndə təşəkkür edirlər, sevdiklərini söyləyirlər. Bəzən olur ki, izləyicilərim məni ilk görəndə mənfi reaksiya vermək istəyirlər, amma sonra yanıldıqlarının fərqinə varırlar. Deyirlər serialda, filmdə çox fərqlisiniz, real həyatda tamam başqa insansınız. Ümumiyyətlə, tamaşaçılarımın mənə diqqət göstərdiyini görəndə sevinirəm.

- Aktyorlar obrazları canlandırarkən emosional yaddaşlarına müraciət edirlər. Öz xarakterinizə, yaşantılarınıza uyğun olmayan mənfi xarakterləri necə canlandırırsınız?

 - Doğrudur, hər aktyor özündən, daxili aləmindən ortaya bir parça qoyur. Mən nə qədər desəm də, gerçək həyatda belə deyiləm, yalan danışmış olaram. Hər insanın gerçək həyatda görünməyən tərəfi olur. Mənim də görünməyən tərəflərim var. Amma obrazı canlandırarkən öz içimdən xərcləyirəm, öz şəxsi emosiyalarımdan istifadə edirəm. Həyatda necə əsəbləşirəmsə, tamaşada, serialda, çəkilişdə də o cür əsəbləşirəm.

- Özünüz oynadığınız mənfi obrazlara haqq qazandırırsınızmı?

- Bu, aktyorluğun prinsiplərindən biridir. Oynadığın obrazlara haqq qazandırmalısan. İstisnasız şəkildə bunu etməlisən. Haqq qazandırmasan, obrazı uğurlu oynaya bilməyəcəksən. Oynadığın obraza nifrət edə bilməzsən, onu həmişə sevməlisən. Mən də oynadığım obrazlara həmişə haqq qazandırmışam. Rusların bir sözü var: yaxşı insanı oynayırsansa, onun mənfi tərəfini tap. Pis insanı oynayırsansa, onun yaxşı tərəfini tap. Çünki elə bir insan yoxdur ki, ya həmişə yaxşı olsun, ya da həmişə pis olsun. Ən pis insanın belə yaxşı tərəfi var.

- Bəs davamlı şəkildə mənfi rollarda oynamağa sizi vadar edən nədir? Bu vəziyyətdən yorulmursunuz?

- Nəinki tamaşaçılar, rejissorlar belə məni mənfi rolda görürlər və daha çox mənfi obrazı canlandırmağa dəvət edirlər. Mən də bezirəm. Hər dəfə dəvət edəndə deyirəm niyə yenə mən, niyə mənim adımı pis edirsiniz. Yaddaşlarda belə qalmaq istəmirəm. Onlar özləri də tanıyırlar məni, bilirlər ki, elə adam deyiləm, amma onların da bir həqiqətləri var, deyirlər bu, ekrandır, kameradır, bizə sima lazımdır. Sənə baxanda bir balaca əsəbləşən kimi bizə lazım olan cizgilər üzündə yaranır. Yaxşı mənada deyirlər ki, üzündən cin yağır və bizə o lazımdır. Amma mən də istəyirəm ki, yaxşı obrazı oynayım. Hazırda çəkildiyim "Xəyanət" serialında da ilk öncə mənfi obraza dəvət etdilər, amma sonradan hadisələr elə cərəyan etdi ki, dedilər sən mənfi rol almayacaqsan. İndi orada anasının, atasının qeydinə qalan, bacısını qoruyan düzgün bir oğul obrazını oynayıram və bu, mənə xoşdur. O qədər mənfi obraz oynamışam ki, müsbət rolda oynamaq üçün darıxmışam. Mənfi rollar məni çox yordu.

- "Vətəndaş A" serialındakı obrazınız çox uğurlu alınıb. Sanki illərdir həmin kənddə yaşamısınız, o kəndin düşüncə tərzi ilə böyümüsünüz. Rolunuzun öhdəsindən uğurlu şəkildə gəlməyinizdə kimin daha çox payı var - rejissorun, yoxsa özünüzün?

- Açığın deyim, "Yuxu kimi" serialında elədiklərimin 99 faizi rejissor və ssenariyə aid idi. Orada artıq nəsə etməyə imkan verilmirdi. Serialın qaydası bu idi. Amma "Vətəndaş A" serialında rejissor Elvin Rüstəmzadə aktyorla elə işləyirdi, elə şərait yaradırdı ki, həvəsə gəlirdin, daha yaxşısı üçün çalışırdın. Onunla işləyərkən özünü dəyərli hiss edirsən. Vidadi obrazı deməzdim çətin obraz oldu, əksinə, maraqlı oldu. Çünki oynadığım digər obrazlardan fərqli idi. Mən özüm Bakıda doğulub-böyüsəm də, kəndə gedib-gəlmişəm, ən azı uşaq vaxtı tətillərim orda keçib, o cür adamlar görmüşəm, siz dediyiniz emosional yaddaşıma dayanaraq həmin obrazı canlandırmışam. Ümumiyyətlə, çəkiliş zamanı elə ab-hava var idi ki, aktyor və rejissor birliyi o qədər bir-birinə qarışmışdı ki, bilmək olmurdu hansı iş kimə aiddir.

- Mənfi obrazlar canlandırırsınız, bəzən komik səhnələrinizə də rast gəlirik, sentimental duyğularla şeir də yazırsınız. Bu üç situasiyadan hansı Niyaz İlyasoğlunun tam təsviridir?

- Məndə ironiya da var, sentimentallıq da var - qısası, Vidadi obrazında gördüyünüz hər şey var, amma mən Vidadi deyiləm (gülür). Çünki mən də çılğın ola bilirəm, əsəbi ola bilirəm, amma o əsəbi ailəmə göstərmirəm. Daha çox sentimental Niyaz var. Çünki şeir yazmaq üçün gərək bir az sentimental olasan. Bəlkə də, Vidadi də şeir yazmaq istəyib, bilmək olmaz. O da istəyib yaxşı adam olsun, amma ətraf mühit imkan verməyib.

- İnsan həm şeir yazanda, həm də bir obrazı canlandıranda özündən, mənindən müəyyən qədər uzaqlaşır və yeni ruh halı ilə qarşılaşır. Amma hər iki hal da bir-birindən fərqlənir. Şeir yazan aktyor kimi o fərqləri deyə bilərsinizmi?

- Birinci onu deyə bilərəm ki, hər iki anda yaşanılan hisslər eyni deyil. Mən çox az şeir yazmışam. Hər düşündüyümü şeirə çevirmirəm. Çünki düşünürəm ki, şeir yazacaqsansa, gərək yazdığın hərtərəfli olsun, mükəmməl olsun. Yoxsa hər ağlıma gələni yazsaydım, bəlkə də beş-altı kitab çıxardı ortaya. Bu, mənim özümə maraqlı deyil. Elə yazılarım olub ki, demişəm, bu hələ şeir olmağa layiq deyil, yarımçıq-yarımçıq fikirlərdir. Bəzən mənə şeir kitabı verirlər və mən o kitabı oxuyub sadəcə təəssüflənirəm. Kitab söz yığınından başqa bir şey deyil. Sözə məsuliyyətlə yanaşmaq lazımdır. Şeir yazanda insana bir ilham pərisi gəlir, yazmağa başlayanda hiss edirsən ki, o, sənin ətrafındadır. Ruhuna qəribə şövq gəlir, dilindən sözlər tökülür. Baxırsan ki, adi vaxtda bu misranı demək üçün nə qədər fikirləşmək lazımdır, amma indi çox rahatsan, qəribə bir əhval-ruhiyyədə olursan. Aktyorluqda o, yoxdur, sən özünü dəyişib başqa adam olursan, amma şairlikdə sən dəyişmirsən, sadəcə başqa bir şeylə əhatələnirsən. Çünki aktyorluqda başqa bir obraza çevrilirsən, özündən uzaqlaşırsan, amma şairlikdə başqalaşmırsan. Amma təsəvvür edin aktyor olub başqalaşasan və o başqa insanın içində bir şeir yazasan. Onu bilmirəm indiyə kimi kimsə edib, ya yox. Düşünürəm ki, fəlsəfi bir şeir yazırsansa, bu, artıq mümkün deyil. Həm də insan etmədiyi, yaşamadığı bir şey haqqında şeir yaza bilməz. Məsələn, qadın hüquqlarından şeir yazmaq istəyirəm, amma özüm qadınların hüquqlarını saymıram. Onda yazdığım şeir yalançı olacaq.

- Həm müəllif filmlərində, həm teleseriallarda, həm də teatr tamaşalarında rol alırsınız. Bu üç vəziyyətdən hansı sizə daha doğmadır? Özünü daha çox hara aid hiss edirsiniz?

- Mənim aktyor təhsilim yoxdur, teatr aktyoru deyiləm, amma teatr mənim üçün çox doğmadır. On dörd ildir Uşaq və Gənclər Teatrında işləyirəm, özümü ora aid hiss edirəm. Amma filmdə və ya serialda da özümü yad hiss eləmirəm, yəni kamera qarşısında olmaqdan zövq alıram. Teatrda olmaqdan da zövq alıram, bacardığım qədər zövq almadığım işi görmürəm. Sevmədiyim iş istər-istəməz mənə mənfi enerji verir, məni xoşbəxt etmir. Məşhur bir söz var: bir yer ki səni xoşbəxt eləmir, gərək oranı tərk edəsən. Mən o deyimə bacardığım qədər riayət etməyə çalışıram. Amma nə yalan deyim, hər bir halda maddiyyatı da nəzərə almalısan. Mən də insanam, ailə başçısıyam. Düşünürəm ki, gördüyüm işin müqabilində daha çox qazansaydım, lap əla olardı, ağlım evdə qalmazdı, soyuducuda qalmazdı. Sən bilsən ki, kifayət qədər qazancaqsan, onda obrazlar daha fərqli olar, daha detallı işlənmiş olar. Bəzən əməyinin qarşılığını tamaşaçının dəyəri ilə almaq bəs eləmir. Bilirsiniz, hamı hamını tanıyır, gözəl istedadı olan bir aktyora yaxınlaşırsan, bir az söhbət edirsən və görürsən ki, cibində 10 manat pul yoxdur. Təəssüf ki, reallıq belədir. Fikir versəniz, bizim aktyorlarımız varlı adam obrazını oynaya bilmirlər. Türkiyəli aktyorlara baxırsan, varlı insan obrazını o qədər inandırıcı oynayırlar ki. Çünki onlar varın nə olduğunu bilirlər, amma biz bilmirik. Əsəbi, kobud insanı niyə rahat oynaya bilirik? Çünki o davranışlar bizim ruhumuza hopub. Bahalı geyinsək belə, kənardan süni görünürük (gülür).

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri