Icma.az
close
up
RU

“Utanıram, hamı səni tanıyır, amma cibin boşdur” Aktyor Niyaz İlyasoğlu ilə MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Moderator.az “Pərvanələrin rəqsi”, “Ağabəyovlar”, “Həyat varsa”, “Sonuncu fəsil”, “Fədakar”, “Bəla”, “Yuxu kimi”, “Vətəndaş A”, “Xəyanət” kimi seriallarda oynadığı rollarla tanınıb sevilən aktyor Niyaz İlyasoğlunun Lent.az-a müsahibəsini təqdim edir.

Qeyd: Niyaz İlyas oğlu Qasımov (Niyaz İlyasoğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq mədəni əlaqələr ixtisasında təhsil alıb. Badamdar qəsəbə Mədəniyyət Evində xalq teatrı rejissoru (2008-2009), Gənc Tamaşaçılar Teatrında işləyib. 2010-cu ildən Bakı Uşaq Teatrının aktyorudur. Bədii qiraət müsabiqəsinin qalibi olub, Xalq Teatrlar Müsabiqəsində ən yaxşı kişi roluna görə mükafat alıb.

Niyaz Qasımov aktrisa Könül Şahbazova ilə evlidir, iki övladı var.

- Niyaz, öncə onu deyim ki, “Xəyanət” serialındakı kişilərin demək olar ki, hamısı qəzəbli, qəddar, hökmran kişilərdir. Daim qalmaqal, əsəb  gərginliyi... Yormur bu siz aktyorları? Mənə bu əsəbi mühitin səhnə arxası çox maraqlıdır

- Hərdən İlqar Cahangirə (Mahmud rolunun ifaçısı) deyirəm ki, müəllim, bu qədər ürəkdən oynama, vallah, cana ziyandır. O, əsəbi, gərgin səhnələrdən sonra bəzən bir az oturub dincəlməli, su içməli, siqaret çəkməli oluruq. Hərdən evə gəlirəm, uşaqlar dəcəllik edəndə səsimi yüksəldirəm. Yoldaşım deyir, “əsəbini çəkiliş meydançasında qoy gəl”. Görürəm düz deyir. Bəzən əsəblərimin pozulacağından qorxuram (gülür). Amma elə oynamalısan ki, tamaşaçı inansın, qəbul eləsin. Belə rollar mədəni, sakit insanlar üçün yaxşıdır bəlkə də. Rolda çığır-bağır eləyib stressimizi tökürük.

- Sirr deyilsə, bu filmdən nə qədər  qonorar alırsınız.? Yəni bu əsəbə stressə dəyər?

- “Xəyanət” serialında aylıq maaş verilir. Ortalama 1000 manatdır. Azərbaycanda təəssüf ki, Türkiyədə, Rusiyada olduğu kimi yüksək qonorarlardan söhbət getmir. Bəzən yolda bizi görüb deyirlər ki, populyar adamdır, yəqin pulu da olar. Pul istəyənlər də olur hətta. Təəssüf ki, o imkanın sahibi deyiləm hamıya kömək edim. Olsa edərəm, amma yoxdur. Hərdən utanır adam. Hamı səni tanıyır, hörmət edir, amma sənin cibin boşdur. Şöhrət var, pul yox. “Nə edim, necə edim?” qayğıları ilə küçədə gedirsən, yaxınlaşıb xoş sözlər deyirlər, gülümsünüb xoş yola salmalısan, halbuki o an beynində dağı arana daşıyırdın, aranı dağa. Tanınmış adamın pulsuz olmağı bir az daha utandırıcıdır.

- Başqa hansısa iş görmüsüz dolanışıq üçün?

- Gənclikdə mühafizəçi işləyirdim teatrla bərabər, ildə bir dəfə də Şaxta baba olurdum.

- İndi hansısa teatrda işləyirsiniz?

 - Bəli. Qaraçuxurda Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Uşaq Teatrında işləyirəm. Evim Lökbatanda, teatr Qaraçuxurda. Yəni çəkilişlər olmasa, bu boyda yol gəlmək problem olardı mənə.

 - Başqa teatra keçmək arzunuz yoxdur?

- Var, axtarmışam deyiblər, vakansiya yoxdur. Bilmirəm, niyəsə tapmıram. İllər öncə Gənc Tamaşaçılar Teatrında işləmişəm.

- Azərbaycanda seriala çox çəkilə bilmək üçün nə lazımdır?

- Çox zaman məşhur simalara üstünlük verilir. Bir çox hallarda aktyorun şəxsi keyfiyyətləri, xarakterinə də önəm verirlər. Məsələn, kaprizli adamla işləmək istəmirlər. Amma ulduz aktyor istəyirsənsə, onun adına layiq hörmət qoyulmalıdır da. Çox zaman istedadın olmaqla deyil, bir az şans da olmalıdır aktyorda. Mən ilk seriallardan sonra təxminən 4-5 il çəkilmədim, unuduldum. İndi yenidən çəkirlər və bu hər iki halda məni eyforiyaya salmır. Ola bilər yenə unutsunlar.

- Nədənsə çox zaman qəzəbli, qəddar  kişi rollarına çəkirlər sizi. O rollarla bənzərliyiniz var?

- Bənzərliyim yoxdur. Həyatda sakit, bir az utancaq adamam,  dava-dalaşla aram yoxdur. Bəzən qarşımdakı kobudluq edir, baxıram ki, qanmaz, cahil adamdır, yola verirəm, deyirəm eybi yox qoy bu cahil özünü qalib saysın. Əslində “niyə məni qəddar rollarına çəkirsiniz?” sualını rejissorlara verirəm. Deyirlər səndə onu görürük. Teatrda komik rollarım olub, serialda da ilk dəfə komediyada oynamışam, amma sərt obrazlarla tanındım. “Yuxu kimi” serialında qəddar, hiyləgər, davakar bir rolum var idi, Cövdət. Məni çoxu kənardan Cövdət kimi görürdü həyatda. 

- Belə rollara görə tamaşaçılardan hansısa sərt reaksiyalar almısınız?

- Hə olub. Cövdət rolunu oynayan vaxtlarımda toya getmişdim. Bir nəfər, iri, boylu-buxunlu kişi yaxınlaşdı. Dedi, “qulağının dibindən elə qapaz qoymağım gəlir, amma cəsarət eləmirəm”.

Bir dəfə də bir tamaşaçı yaxınlaşdı, oturduq söhbət elədik. Həmsöhbətim bir az danışdı, axırda dedi, özünü belə aparma, yekə kişisən, Cövdət ol. Ümumiyyətlə, hiss edirəm ki, insanların çoxu mənimlə söhbətdən sonra xəyal qırıqlığına uğrayırlar qabaqlarında o yekəxana, vurub-yıxan adamı görmürlər deyə.

- Həyatda heç dava eləməmisiniz?

- Uşaqlıqda olub. Yeniyetməlik vaxtı bir uşaqla dalaşdıq, yıxdım onu yerə, dedim, bax gəl qalxaq, amma daha dalaşmayaq. “Yaxşı” dedi, ayağa qaxan kimi yenə başladı. Mən qalmaqalı ağılla, sözlə həll etməyə üstünlük verirəm. Təbii ki, lazım gələrsə özümü müdafiə eləməyi bacarıram. Gündəlik həyatda necəyəmsə cəmiyyət arasında da eləyəm. Dəyişmirəm.

- Film çəkilişlərində, maraqlı anlar yaşanmış olar...

 - Çox olur. “Vətəndaş A” serilaında bir yer var, hələ efirə getməyib, kənd uşaqlarından biri ilə dalaşıb süpürləşməliydik. Dalaşdıq yerə yıxdım. Üzü əlimin altına elə yaxşı şəkildə düşdü, şapalaq vurmaya bilməzdim. Şilləni necə bərk çəkdimsə, üz-gözünü qan bürüdü. Burnu yeni əməliyyatdan çıxıbmış, toxunmaq olmazdı. Mən özümü unudub həqiqətən vurdum onu. Çəkilişi də saxlamadılar ki, təbii alınsın.  Sonra üzr istədim ondan. Şükür ki, burnuna xətər yetirməmişəm, amma göyərdi də üzü. Bir dəfə də “Xəyanət” serialının ən gərgin səhnələrindən biri çəkilir. Mahmud düşməni Yaşarla üz-üzə durub, qanlı-qanlı baxışırlar. Mahmud deməlidir ki, indi aramızda bir məslə qaldı. İlqar müəllim deyir ki, indi aramızda bilmirəm neçə məsələ qaldı. Gülüşdük, yenidən o gərgin halımıza qayıtmaq üçün dəqiqələr lazım oldu. Belə anlar Tural rolunu oynayan Cövdət Şükürovla mənim də aramda yaşanır. Kəllə-kəlləyə gəlib hirsli-hirsli göz-gözə baxmalıyıq, gülürük. Ümumiyyətlə, çox istedadlı aktyorlar toplanıb bu filmə. Cavidan Novruzun atasından genlərindən gələn istedadı var, komediyanı da, dramı da əla oynayır. Elə hamısı. Gərək yaxşıya yaxşı deyəsən.

- Həyat yoldaşınız da aktrisadır. Necə keçir iki aktyorun ömrü bir dam altında? 

- Eyni teatrda işləyirik. Eyni işin sahibiyik deyə o anlayışla qarşılayır. Bəzən gecə saat 3-4 də gəlirəm çəkilişdən, bilir ki, bu işdir. Uşaqlar balacadırlar. Bir oğlumuz, bir qızımız var. Bəzən mən qalıram uşaqlarla, o gedir teatra, bəzən o qalır mən gedirəm.

- Rollarına qadağa qoymanız, qısqanmağınız olur?

- Teatrda bir ailə kimiyik,  elə bir adam yoxdur ki, qısqanasan. Ümumiyyətlə, qısqancam. Çox zaman rol təklifi gələndə onun özünə demədən deyirəm, yox bu ona olmaz. Hər rola uyğun görmürəm. O da razılaşır.

- Ürəyinizdə qalan söz oldu?

- Maddiyyatdan danışdıq. İstəmirəm ağlamaq kimi görünsün. Amma istəyirəm bütün aktyorların dolanışığı yaxşı olsun, əziyyət çəkməyək. Biz də ailə saxlayırıq, övlad böyüdürük. Hər nə qədər peşəni sevsən də, fədakarlıq edib dözsən də, bizim də ehtiyacımız var. İstedadlı insanlar çoxdur bu xalqın, bu sənəti yaşadacaqlar. Sadəcə bir az qayğıya, dəstəyə ehtiyacımız var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see171

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see142

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Kəpəz Araz Naxçıvan ı bu qolla kubokdan kənarlaşdırdı Video

05 Dekabr 2025 00:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri