Icma.az
close
up
RU
525ci qəzet Azərbaycan Ankarada keçirilən 21ci Kitab Sərgisinin fəxri qonağıdır

525ci qəzet Azərbaycan Ankarada keçirilən 21ci Kitab Sərgisinin fəxri qonağıdır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin paytaxtında 21-ci Ankara Kitab Sərgi-Yarmarkası açılıb, Azərbaycan onun fəxri qonağı seçilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, “ATO Congresium” mərkəzində keçirilən sərginin açılışında nəşriyyatların nümayəndələri, yazıçılar, tənqidçilər, kitabxanaların, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Sərgidə ən çox nümayiş etdirilən stend Azərbaycan Milli Stendi olub. Sərginin təşkilat komitəsi Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovu Kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edib.

Açılış mərasimi Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışı ilə başlayıb. Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək, mütaliəni xüsusilə gənclər arasında maksimum dərəcədə populyarlaşdırmağa çağırıb. “Kitab və məktəb hər bir insanın inkişafının əsasını təşkil edən anlayışlardır. Kitabların uşaqların və yeniyetmələrin inkişafına töhfəsi valideynlərin əməyi qədər əhəmiyyətlidir”, - deyə o bildirib.

Diplomat Ankarada keçirilən 21-ci Kitab Sərgisinin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və bu günü haqqında qardaş ölkə ictimaiyyətinin məlumatlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Diplomatik nümayəndəliyin rəhbəri türk xalqlarının bir-birinə daha da yaxınlaşması üçün sərgi tədbirlərinin təşkilinin vacib olduğunu da diqqətə çatdırıb.

Daha sonra çıxış edən N. Cəfərov türk xalqlarının irsinin zənginliyinə diqqət çəkərək, bir çox başqa xalqlardan fərqli olaraq türklərin bütün dövrlərdə xüsusi mədəni çoxşaxəliliyə malik olduğunu qeyd edib.

O, türkiyəli gənclərin kitaba marağından məmnunluğunu ifadə edib: “Sevindirici haldır ki, bugünkü sərgini ziyarət edənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir”, - deyə Azərbaycan Atatürk Mərkəzinin direktoru bildirib.

Türkiyənin mədəniyyət nazirinin müavini Batuhan Mumcu kitab sərgisinin qonaqlarını salamlayaraq, Azərbaycanın öz ölkəsinin hər bir sakini üçün xüsusi əhəmiyyətini vurğulayıb.

O, gənclər arasında mütaliənin kütləviləşməsinə çağırıb. “Hər bir cəmiyyət üçün uşağı oxumağa həvəsləndirmək, ona kitabı və biliyi sevməyi və qiymətləndirməyi öyrətmək xüsusilə vacibdir”, - deyə B.Mumcu bildirib.

Stend ziyarətçiləri üçün Azərbaycanın aparıcı nəşrlərinin respublikanın tarixi, dövlətçiliyinin inkişaf mərhələləri və mədəniyyəti ilə bağlı nəşrləri ilə tanış olmaq imkanı təqdim edilib.

Dekabrın 8-dək davam edəcək sərginin təşkilatçıları Türkiyənin hər yerindən ən azı 500 min kitabsevərin iştirak edəcəyini proqnozlaşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri