Icma.az
close
up
RU
525ci qəzet Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edilib

525ci qəzet Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edilib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransın açılışı olub.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib.

“Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”, - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, kolonializmin Sen Martin adasındakı təsirləri kimlik itkisindən və assimilyasiyadan çox uzağa gedib. O bildirib ki, adanın xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır.

"Sen Martinin xalqı birdir, baxmayaraq ki, kolonializm onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir", - deyə deputat diqqətə çatdırıb.

Sonra “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdıraraq vurğulayıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.

Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.

Konfransda, eyni zamanda, Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri