Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Bakının prinsipiallığı, operativ reaksiyası və Rusiyanın üzrxahlığı...

525ci qəzet Bakının prinsipiallığı, operativ reaksiyası və Rusiyanın üzrxahlığı...

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə SULTANOVA
[email protected]

2024-cü ilin son günlərində Azərbaycan çox kədərli, faciəli bir hadisə yaşadı. Dekabrın 25-də səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında kənar müdaxiləyə məruz qalaraq qəzaya uğradı. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak oldu, 29 nəfər isə sağ qaldı. Sərnişinlərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. 

Hadisə ilə bağlı ilk anlarda müxtəlif versiyalar səslənsə də, daha sonra təyyarənin Rusiya səmasında zərbə aldığı məlum oldu. Azərbaycan hökumət mənbələrindən “Euronews”a bildirildi ki, araşdırmanın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
Azərbaycan hökumət mənbələri “Euronews”a təsdiq edib ki, təyyarənin Aktau şəhərində qəzaya uğramasının səbəbi Rusiyanın zenit raketidir. Həmin mənbələrə əsasən, raket Qroznı üzərində pilotsuz uçuş aparatlarının aktivliyi zamanı 8432 saylı reysi yerinə yetirən təyyarəyə atılıb və onun qəlpələri təyyarənin yaxınlığında havada partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə zərər yetirib.

Hökumət mənbələri, həmçinin bildirib ki, zərər görmüş təyyarənin pilotlarının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib. Əksinə, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçmaları əmr olunub.
Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki bütün marşrut boyunca bloklanıb.

Bundan sonra təbii ki, Azərbaycan Rusiya tərəfindən baş verənlərə yüksək səviyyədə reaksiyasını, üzrxahlıq edəcəyi, eyni zamanda, məsələyə aydınlıq gətirəcəyini gözləyirdi.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib. Rusiya lideri qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Rusiya tərəfinin üzr istəməsi ilk növbədə Azərbaycan Prezidentinin qətiyyəti və prinsipiallığının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki hadisə baş verdiyi ilk andan Azərbaycan dövləti bütün gərəkən addımları atdı. Yerli və beynəlxalq mətbuat operativ şəkildə informasiya ilə təmin edildi.

Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyub ölkəyə qayıtdı. Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirən dövlət başçısı Azərbaycan xalqına böyük faciə üz verdiyini bildirdi: “Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı”. 

Dövlət başçısı faciə ilə bağlı səbəblərə toxunaraq deyib: “Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.

Azərbaycan dövlətinin hadisəyə ilk andan reaksiyası, bütün lazımi addımları atması, qərarları qəbul etməsi onu göstərdi ki, faciə tam dəqiqliyi ilə araşdırılacaq, hər hansı kənar müdaxiləyə, informasiya yanlışlığına imkan verməyəcək. 

Rusiya ilə Azərbaycan müttəfiq dövlətlərdir, Moskvanın susması, bu faciəyə görə üzərinə düşəndən yayınması təbii ki, münasibətlərin soyumasına səbəb olacaqdı. Ona görə də Rusiya birinci mərhələdə üzərinə düşəni etdi, üzr istədi. İndi qalır qaranlıq məqamlara aydınlıq gətiriləndən sonra Moskvanın növbəti addımları atması - yəni günahkarların cəzalandırılması və təzminatın ödənilməsi.

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər nazirləri Ceyhun Bayramov ilə Sergey Lavrov arasında telefon danışığı aparılıb.

Nazir Ceyhun Bayramov təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb. Nazir ən qısa müddət ərzində beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

Təbii ki, araşdırmalar, istintaq hərəkətləri hələ davam edir. Yekun nəticə açıq qalan suallara aydınlıq gətirəcək. İndi cəmiyyəti düşündürən əsas suallardan biri havada zərbə almış təyyarənin Rusiya aeroportlarından birinə enişinə nə üçün icazə verilməməsi və dənizə yönləndirilməsidir. Bəlkə bu qərarı verənlər Azərbaycan pilotlarından belə cəsarət, peşəkarlıq gözləmirlərmiş. İstintaq prosesi gedir və ümid edək ki, şəffaf şəkildə araşdırma aparılacaq, bu cinayətdə əli olanlar öz cəzasını alacaqlar. Rəsmi Bakı istintaqın şəffaf şəkildə aparılmasının əhəmiyyətini dəfələrlə vurğulayıb. 

Prezidentlərin telefon danışığı zamanı da dövlət başçılarının faciə ilə bağlı başlanmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulamaları da Prezident İlham Əliyevin qətyyətli, prinsipial mövqeyinin ifadəsi kimi dəyərləndiriməlidir. 

Qeyd edək ki, ölkə vətəndaşlarının təhlükəsizliyi məqsədilə Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırılıb.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov bildirib ki, Rusiya Prezidenti Putinin zəngi və üzr istəməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin nətisəsi kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycanın haqlı iradarını, tövsiyələrini nəzərə almaq önəmlidir: “Eyni zamanda, bu, vacib bir gedişatı da formalaşdırır. Azərbaycanın qətiyyəti, cənab Prezidentin burada mühüm siyasi iradəsi, hesab edirəm ki, həlledicidir və xüsusi anlam kəsb edir”. 

Politoloqa görə, prosesin davamı olaraq Rusiya tərəfinin dəymiş ziyana görə kompensasiya ödəməsi, eləcə də bu faciəli hadisədə məsuliyyət daşıyan şəxsləri cəzalandırması hazırda atılmalı olan addımlardır: “Eyni zamanda, hesab edirəm ki, bu hadisəyə hüquqi qiymət veriməli, Rusiya tərəfinin özü də prosesə ciddi şəkilidə cəlb olunmalı və istintaqın gedişi ilə bağlı koordinasiyalı fəaliyyət təşkil olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri