Icma.az
close
up
RU
525ci qəzet BAMF İsveçrə parlamentinin “Dağlıq Qarabağ: Sülh forumu” qətnaməsi ilə bağlı bəyanat yaydı

525ci qəzet BAMF İsveçrə parlamentinin “Dağlıq Qarabağ: Sülh forumu” qətnaməsi ilə bağlı bəyanat yaydı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 17-də İsveçrə parlamentinin aşağı palatası “Dağlıq Qarabağ: Sülh forumu” adlı qətnamə qəbul edib. Dağlıq Qarabağ reallıqlarının təhrif olunduğu qətnamə mətni ölkə ictimaiyyəti içində ciddi narazılığa səbəb olub. Məsələyə biganə qalmayan Beynəlxalq Avrasiya Mətbuat Fondu qətnaməyə dair rəsmi bəyanat verib. Bəyanatın mətnini təqdim edirik.
525.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), sülhün təşviqinə yönəlmiş beynəlxalq təşkilat olaraq, 17 dekabr 2024-cü il tarixində İsveçrə Parlamentinin Aşağı Palatasında müzakirəyə çıxarılan təkliflə bağlı ciddi narahatlığını ifadə edir. Sözügedən qətnamədə “Dağlıq Qarabağ münaqişəsi” mövzusu ətrafında beynəlxalq sülh forumunun təşkili və bölgədən könüllü şəkildə ayrılmış erməni sakinlərin geri qaytarılması üçün şəraitin yaradılmağı nəzərdə tutulur. Bu, həm hüquqi, həm də siyasi baxımdan dərin təhlil və hərtərəfli araşdırma tələb edən mürəkkəb məsələlərə yol açır.

Bu yanaşma, təəssüf ki, sülhün təşviqinə xidmət etmir, əksinə, gərginliyi artırmaq riskini yaradır. Qətnamə  barışıq və qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əks etdirir.

2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş və Qarabağ regionu işğaldan azad olunmuşdur. Bu nəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Yanlış narrativlər əsasında forumların təşkilinə dair irəli sürülən təkliflər Cənubi Qafqazda uzun illərin zəhməti , hətta fədakarlığı nəticəsində əldə edilmiş davamlı sülh və sabitliyə ciddi təhlükə yaradır. Bu məsələlərin Azərbaycanın suverenliyinə hörmətlə və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsi zəruridir.

Biz müşahidə edirik ki, bəzi dairələrdə regionun reallıqları ilə bağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflər işğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktını gözardı edir. Son 30 il ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması ilə bağlı problemlər barədə çoxları məlumatsızdır. Xocalı, Qaradağlı, Ağdaban kimi foto, video faktları olan ermənilər tərəfindən törədilmiş çoxsaylı qətliamlar və soyqırımlar diqqətdən kənarda qalmışdır. Bunun əvəzinə, 1915-ci il hadisələri kimi yalan olduğu tarixi faktlarla üzə çıxarılan hadisələr naməlum səbəblərdən diqqət mərkəzində qalmağa davam edir. Belə laqeydlik saysız-hesabsız qurbanların haqq səsini susdurur və regionun tarixi haqqında təsəvvürləri təhrif edir. Bu faktorlar səmimi və əhatəli barışıq səylərinin təcili ehtiyacını bir daha vurğulayır.

Belə təkliflər və bəyanatlar mövcud məsələlərin həllinə, münasibətlərin yaxşılaşdırılmasına və gərginliyin azaldılmasına nəinki xidmət etmir, hətta onları böyüdür və dərinləşdirir. Üç onillik ərzində Azərbaycan ədalət və sülh uğrunda mübarizə aparmış, bu məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar göstərmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sülh quruculuğu təşəbbüslərinin irəliləməsinə, millətlər və cəmiyyətlər arasında konstruktiv dialoqun təşviqinə olan dəyişməz bağlılığını bir daha vurğulayır. Biz İsveçrəni  neytrallıq və vasitəçilik ənənəsi ilə tanınan  ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlış anlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlü şəkildə töhfə verməsini təmin etməyə çağırırıq.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri